FACT-INFO.AZ » XƏBƏR » Mayor İlqar Verdiyevin xatirəsinə həsr edilən abidənin açılış mərasimi keçirilib
15-06-2026, 07:30 | XƏBƏR
Mayor İlqar Verdiyevin xatirəsinə həsr edilən abidənin açılış mərasimi keçirilib
Azərbaycanın vətənpərvər, istedadlı və sabiq döyüşçülərindən söhbət düşəndə şəhid mayor Verdiyev İlqar Tapdıq oğlunun da adı hörmətlə yad edilir. İlqar 1975-ci il oktyabrın 31-də doğulub, Bakıdakı 129 nömrəli tam orta məktəbi, General Naxçıvanski adına Hərbi Liseyi və Türkiyədə fəaliyyət göstərən Ankara Kara Harb Okulunu bitirib.Ali hərbi təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdan leytenant İ.Verdiyev öncə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmətə başlayıb. Az sonra Nazirliyin Mətbuat Xidmətinə işə dəvət olunan İlqar müəllim işin keyfiyyətinin artırılması üçün var qüvvəsilə çalışıb.
Mətbuat Xidmətinin rəhbəri Polkovnik Ramiz Məlikovun tövsiyələrini daim rəhbər tutan zabit İ.Verdiyevin nüfuzu xeyli artıb. O, dəfələrlə xarici ölkələrdən gələn qonaqlara Azərbaycan həqiqətləri, həmçinin, Qarabağ faciəsi və Xocalı soyqırımı barədə məlumatlar verib. Azərbaycan, türk, rus və ingilis dillərində sərbəst danışan və yazan İ.Verdiyev lazım gəldiyi zamanlarda tərcüməçi işini də aparıb. 1998-ci ildə sabiq Müdafiə Naziri Səfər Əbiyevin əmrilə cəbhə bölgəsindəki "N" saylı hissənin Mühəndis İstehkam Bölüyünün komandiri vəzifəsinə təyin edilib. İlqar müəllim bu hərbi hissədə çətin və məsuliyyətli işin öhdəsindən ləyaqətlə gəlib. 2012-ci il iyun ayının 9-da xidməti tapşırığı yerinə yetirərkən düşmən tərəfin quraşdırdığı Tank əleyhinə minaya toxunub.
Onu helikopterlə Silahlı Qüvvələrin Mərkəzi Klinik Hospitalının Reanimasiya şöbəsinə gətiriblər.Tibb işçilərinin gərgin səylərinə baxmayaraq İlqar müəllim 2012-ci il iyun ayının 14-də şəhid olub. İlqar müəllimi Bakının Şüvəlan qəsəbəsindəki qəbristanlıqda dəfn ediblər. İ.Verdiyevin xatirəsi həmişə el-oba tərəfindən əziz tutulub: jurnalist Şamil Sabiroğlunun layihəsi əsasında və Azərbaycan Müdafiə Nazirliyi tərəfindən "Andına sadiq oğul" adlı sənədli film hazırlanıb.İlqarın ömür yolu haqqında kitab çap edilib. Həmçinin, ailə üzvlərinin və keçmiş qonşularının dəstəyi ilə Bakı şəhərində, vaxtı ilə yaşadığı evin yaxınlığında (Gəncə prospektində) İlqar Verdiyevin möhtəşəm abidəsi hazırlanıb.
İ.Verdiyevin şəhadətə qovuşmasının 14-cü ildönümü ilə əlaqədar onun abidəsinin açılış mərasimi keçirildi. Mərasimi Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, jurnalist Şamil Sabiroğlu açdı. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlər zamanı və atəşkəs dövründə şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Şəhidin anası Rəna Verdiyeva qonaqları salamladı.
O, bildirdi ki, övladlarını vətənpərvər ruhda böyüdüb. İlqar da onlardan biridir. II Vətən savaşı zamanı şəhid olmuş Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun atası Aydın Həsənov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Professoru Tahir Seleymanov, ehtiyatda olan Polkovnik İlkin Türksoy, mərhum Polkovnik Ramiz Məlikovun ömür-gün yoldaşı Dilbər xanım, ön cəbhədə İlqar müəllimlə birgə xidmət etmiş mayor Anar Quliyev, şairə Lətifə Rəşid Laçınlı, 44gunsavash.az saytının baş redaktoru, yazıçı-publisist Mövsümağa Ədalət oğlu, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin üzvü Aynurə Adıgözəlova, jurnalist Fəridə Behbudova və başqaları möhtəşəm abidənin hazırlanmasında zəhməti olan hər bir kəsə öz təşəkkürlərini bildirdilər. İlqar müəllimin adını daşıyan 12 yaşlı qardaşı oğlu İlqar Verdizadə əmisinə həsr olunmuş şeir söylədi.
İlqar müəllimin qardaşı Azər Verdiyev ailə üzvləri adından gələn qonaqların hər birinə təşəkkür etdi.
Daha sonra şəhidin abidəsi ziyarət olundu, "Vida" mərasim zalında ehsan süfrəsi açıldı.
Mövsümağa Ədalət oğlu,
yazıçı - publisist.
Bakı, 14.06.2026.
Baxış sayı: 305
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
Bu gün, 19:30
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib
Bu gün, 18:00
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Bu gün, 18:00
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Bu gün, 14:30
Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır
Bu gün, 14:00
Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir
Bu gün, 12:30
Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub
Bu gün, 12:30
Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib
Bu gün, 12:00
Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb
Bu gün, 12:00
Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub
Bu gün, 09:30
“Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub
Dünən, 18:30
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib
Dünən, 18:00
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb
Dünən, 17:00
В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа»
Dünən, 16:30
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Dünən, 16:30
Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb
Dünən, 13:00
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib
Dünən, 11:00
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
Dünən, 10:30
Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib
Dünən, 10:30
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Dünən, 10:00
Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir
4-11-2026, 20:30
Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub
4-11-2026, 20:00
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
4-11-2026, 16:30
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
4-11-2026, 16:00
Ürək sağlamlığı diqqət mərkəzində
4-11-2026, 15:00
“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi”
4-11-2026, 14:30
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub
4-11-2026, 09:30
BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib
4-11-2026, 09:30
ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb
4-11-2026, 09:30
Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu
4-11-2026, 09:00
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

