FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Fransa: Dağlıq Qarabağın separatçı rejimi ilə müəmmalı və intensiv təmaslar
25-10-2018, 07:30 | TƏDQİQATLAR-ANALITIKA
Fransa: Dağlıq Qarabağın separatçı rejimi ilə müəmmalı və intensiv təmaslar

Fact-info.az-ın məlumatına görə, bu nəticələri AZƏRTAC-a şərh edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib:

-Birincisi, Fransanın yüksək rütbəli təmsilçilərinin separatçı rejim ilə belə təmasları, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycan qanunvericiliyinin mühüm tələblərinə, o cümlədən Fransanın milli qanunları və üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik və onların kobudcasına pozulması aktıdır.

İkincisi, bu addımlar ümumən radikalizm, ekstremizm və terrorizmlə yanaşı, eyni zəncirin mühüm həlqəsi olan separatizmin, konkret halda isə Azərbaycanın işğal altındakı ərazisi olan Dağlıq Qarabağda bu təhlükə mənbəyinin təbliği və təşviqi anlamındadır. Belə siyasət, ilk növbədə, ərazisində Korsika, Bretan, Yeni Kaledon, Polineziya, Mayotta və s. kimi potensial separatizm ocaqlarının “tüstüləndiyi” Fransanın uzaq olmayan perspektivdə eyni mənbədən qidalanmaqla milli maraqlarının hədsiz təhlükə altına alınmasına rəvac verə bilər. Üçüncüsü, qeyd edilən qeyri qanuni hərəkətlər, o cümlədən Fransadan olan merlərin qondarma Dağlıq Qarabağ separatçıları ilə Qarabağın tarixi mərkəzləri olan Şuşada və Laçında imzaladıqları “dostluq xartiya”ları, nəticə etibarilə, Azərbaycan-Fransa dostluq və tərəfdaşlıq münasibətlərinin həm keçmişinə, həm bu gününə, həm də gələcəyinə ciddi kölgə salan hadisələrdir.

Ulu öndər Heydər Əliyevin dövlət başçısı kimi ilk rəsmi səfərinin 1993-cü ilin dekabr ayında məhz Fransaya olması əslində rəsmi Bakının Parislə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verməsinin bir təzahürü kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, cənab İlham Əliyev də Prezident olaraq ilk rəsmi səfərlərinə 2004-cü ilin yanvar ayında məhz Fransadan başlayıb. Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fransanın mədəni irsinin qorunması üçün Strasburqda, Versalda, Normandiya bölgəsində müxtəlif layihələr icra edilib. Bakıda möhtəşəm "Plaisirs de France" sərgisi keçirilib. Bakı Fransız Liseyi, Azərbaycan-Fransız Universiteti açılıb. Bu və digər faktlar Azərbaycanın Fransa ilə məhz qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsində maraqlı olduğunu təsdiqləyir.

Təəssüf ki, Fransanın bəzi siyasi və lobbi dairələri bu dövlətin böyük dövlətçilik maraqlarını bir kənara atıb, cılız və dar erməni mənafeyinin keşiyində dayanmağa üstünlük veriblər. Bununla da beynəlxalq hüququn deyil, separatizmin, etnik təmizləmə siyasətinin, terrorçuluğun və insanlıq əleyhinə cinayət olan soyqırımının yanında yer alıblar. Bu hal Fransanın əlində bayraq etdiyi və ayrı-ayrı dövlətlərə qarşı ikitərəfli və Avropa İttifaqı çərçivəsində təzyiq elementi kimi istifadə etdiyi demokratik dəyərlərin ayaqlar altına atılıb tapdalanması effektini yaradır.

Dördüncüsü, Fransada yaşayan təxminən 500 minlik erməni diasporu və lobbisinin cizdığı çevrədə “rəqs edən” bu üzdəniraq siyasətbazların qanunazidd davranışı, heç şübhəsiz, bu dövlətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində üzərinə götürdüyü vasitəçilik missiyası ilə ziddiyyət təşkil edir. Tərəfsiz, qərəzsiz və obyektiv mövqe vasitəçilik institutunun əsas fəlsəfəsini təşkil edir. İndiki halda isə Fransanın səlahiyyətli təmsilçilərinin işğal altındakı ərazilərə dəfələrlə təkrarlanan qeyri-qanuni səfərləri rəsmi Parisin münaqişənin həlli ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizliyi, üzərinə düşən missiyanı qərəzli, tərəfkeş və qeyri-obyektiv formada yerinə yetirməsi kimi qiymətləndirilməlidir.

Əks halda, necə ola bilərdi ki, sabiq deputat Fransua Roşbluan Fransa parlamentində təmsil olunduğu uzun müddət ərzində təkcə qanunverici orqan çərçivəsində yaradılmış Fransa-Ermənistan dostluq qrupuna deyil, eyni zamanda, eyni çərçivədə fəaliyyət göstərən Fransa-Dağlıq Qarabağ dostluq qrupuna da rəhbərlik edə bilib? Axı, necə mümkün ola bilir ki, siyasi kursunda separatizmə “yox” deyən Fransa parlamentində separatçı rejim ilə dostluq qrupu fəaliyyət göstərə bilir? Nəhayət, axı, demokratik Fransanın terrorçu və separatçı Ermənistan və onun yaratdığı oyuncaq rejim ilə dostluğu nədən mümkün olub? Bu kimi suallar bu gün təcili cavabını gözləyir. Əks halda, hüquq və güc arasında qlobal balansın pozulduğu müasir sivilizasiyamız fəlakətlərin girdabında məhvə sürüklənə bilər.

Beşincisi, yuxarıda sadaladığımız reallıqların məntiqindən qaynaqlanaraq Fransa dövləti və onun ali rəhbərliyi həm öz böyük milli maraqlarından, həm də qlobal dünyanın təhlükəsizlik maraqlarından çıxış edərək bu kimi separatizmə dəstək və onun təşviqi kimi təxribatçı əməllərə qarşı prinsipiallıq və qətiyyət göstərməli, bir həyəcan təbili çalmalıdır.

Separatizmə qarşı bütün dünya ölkələri koordinasiya olunmuş fəaliyyət göstərməlidir. Mübarizə “hər yerdə və hər zaman” prinsipi ilə aparılmalıdır. “Yaxşı” və “pis” separatçıya bölgü prinsipi qəbuledilməzdir. Əks halda, bir tərəfdə sivil dünya, digər tərəfdə isə separatizm və terrorçuluğun dayandığı qeyri-sivil dünyanın qlobal qarşıdurmasında birincinin məğlub statusuna enməsi labüd ola bilər. Bu səbəbdən, rəsmi Parisin təmsilçilərinin Dağlıq Qarabağın erməni separatçılarının yanında yer alması əslində ikincilərin mənafeyinə xidmət edir. Fransa dövləti bütün bu reallıqları nəzərə alaraq, özünün potensial separatizm ocaqlarına malik olması, regionda və bütövlükdə Azərbaycanda cəmləşdiyi ciddi maraqlarından çıxış edərək nəinki Dağlıq Qarabağda separatizmi dəstələyən hərəkətlərinə rəvac verməməli, ilk növbədə, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb etməli və bu istiqamətdə hüquqi, əməli və təşkilati xarakterli addımlar atmalıdır.

Eyni məntiqdən qaynaqlanaraq Fransa dövləti ərazisində özünü mühacir kimi təqdim edən bəzi Azərbaycan vətəndaşlarının ölkəmizdə zorakılığa, terrorçuluğa və separatizmə çağırışlar etməsinə imkan verməməli, bu istiqamətdə həm də öz milli maraqlarından çıxış edərək hüquqi müstəvidə adekvat addımlar atmalıdır. Azərbaycan dövləti və ictimaiyyəti dost hesab etdiyimiz Fransa dövlətindən məhz belə davranış tərzi gözləyir.

Əks halda, dəyəri 2 milyard avro səviyyəsinə çatan iqtisadi-biznes əlaqələrimiz, geniş humanitar əməkdaşlığımız, enerji təhlükəsizliyi sferasında təmaslarımız, bir sözlə, məhsuldar ikitərəfli və çoxtərəfli münasibətlərimiz ciddi sınağa çəkilə bilər. Düşünməyə dəyər.




Baxış sayı: 1 542
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30