FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Son iclas” filmi Ankarada
24-10-2018, 11:00 | MƏDƏNİYYƏT
“Son iclas” filmi Ankarada

Gecəyə rəsmi şəxslər, səfirlər, Türkiyə Böyük Millət Məclisinin üzvləri, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərləri və əməkdaşları, paytaxt ictimaiyyətinin nümayəndələri, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri qatılıblar. Filmin nümayişindən əvvəl Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Cümhuriyyətin qurulması, inkişafı və süqutunun səbəbləri barədə danışıb. Ötən əsrin sonunda müstəqilliyini bərpa edən xalqımızın ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşərək tarixin ağır sınaqlarından alnıaçıq çıxdığını diqqətə çatdıran səfir deyib ki, bütün sahələr üzrə sürətlə inkişaf edən Azərbaycanın Türkiyə dövləti ilə səmimi qardaşlıq münasibətləri sayəsində böyük uğurlar əldə olunmaqdadır.

“BP-Türkiyə” şirkətinin rəhbəri Mick Stup Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli və çətin yoldan bəhs edib. Habelə “BP” şirkətinin reallaşdırdığı mədəniyyət layihələrinin əhəmiyyətindən danışıb, təqdim olunan filmin tarixi əhəmiyyətini vurğulayıb. Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu Osmanlı dövləti ilə Cümhuriyyətin münasibətlərinə, eləcə də Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasına toxunub. O, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyət İli” elan edilməsini müsəlman Şərqində ilk parlament respublikasının qurucularına böyük ehtiram kimi dəyərləndirib.

“Son iclas” filminin ərsəyə gəlməsində görülən işlərdən və kinonun məqsədlərindən danışan ssenarist Müsəllim Həsənov diqqətə çatdırıb ki, hərbi işğal nəticəsində süqut edən Cümhuriyyətə düşmən münasibət sovet dövründə də davam edib. Bolşevik təbliğatı nəticəsində Cümhuriyyət hakimiyyəti, onun ideyaları barədə yanlış məlumatlar yayılıb. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra bütün bu ədalətsizliklərə son qoyulub. Çıxışçılar filimin ərsəyə gətirilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna dərin minnətdarlıqlarını ifadə ediblər. Əminliklə qeyd olunub ki, “Son iclas” hər zaman tamaşaçı rəğbəti ilə üz-üzə dayanacaq.

Rəsmi hissədən sonra filmin nümayişi olub.

Cümhuriyyətin fəaliyyətini, qarşılaşdığı problemləri, süqutunun səbəblərini, eləcə də müstəqilliyimizin bərpasının ilk illərində mühüm tarixi məqamları əks etdirən film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” bədii-sənədli filmi Bakı Media Mərkəzi tərəfindən Azərbaycanın bu şanlı tarixinə töhfə vermək üçün çəkilib. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.

Filmdə Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb. Filmin ssenarisi indiyədək araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizəsi əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır.

Sovet dövrünün amansız qadağalarına baxmayaraq 1980-ci illərin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin bayrağı milli-azadlıq hərəkatının kütləvi tədbirlərində istifadə olunmağa başlanıb. Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq olunub və belə bir addımın atılması Azərbaycan hakimiyyətinə də tövsiyə edilib. Bütün bu tarixi məqamlar barədə filmin sonunda maraqlı və orijinal kadrlar canlanır.




Baxış sayı: 1 540
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031