FACT-INFO.AZ » AKTUAL » KTMT-nin üzvü olan bütün dövlətlərlə fəal ikitərəfli dialoqu və qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlığı inkişaf etdiririk
24-10-2018, 09:10 | AKTUAL
KTMT-nin üzvü olan bütün dövlətlərlə fəal ikitərəfli dialoqu və qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlığı inkişaf etdiririk

Fact-info.az həmin mənbəyə istinadən müsahibəni təqdim edir.

-Cənab nazir, biz sizinlə Aktauda Xəzər sammiti ərəfəsində söhbət etmişdik. Azərbaycan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından iqtisadi sahədə hansı dividendlər əldə edəcək? Sazişin nə vaxt ratifikasiya edilməsi planlaşdırılır?

-İlk növbədə, vurğulamaq istəyirəm ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması həqiqətən beş sahilyanı dövlətin xoş məramının əlaməti olan tarixi hadisədir. Ölkəmiz üçün bu sənədin əsas əhəmiyyəti sahilyanı dövlətlərin dənizin təbii ehtiyatlarından istifadə etmək üçün suveren və müstəsna hüquqlarını müəyyənləşdirməsindən ibarətdir. Beləliklə, Konvensiya neft-qaz sənayesi sahəsində müxtəlif layihələrin reallaşdırılmasının, habelə dənizdə digər təsərrüfat-iqtisadi fəaliyyətin həyata keçirilməsinin ardıcıllığını və təhlükəsizliyini təmin edir. Bundan əlavə, Konvensiya sahilyanı dövlətlərin suverenliyinin və müstəsna hüquqlarının şamil edildiyi ərazi sularını və balıq ovu zonalarını müəyyənləşdirir. Dəniz gəmiçiliyin sərbəstliyi və təhlükəsizliyi təmin olunur. Bu, Xəzər dənizində ticarətin və ölkələrimizin iqtisadiyyatının inkişafı baxımından müstəsna rol oynayır.

Konvensiyanın ratifikasiyası məsələsinə gəldikdə isə, ümid edirik ki, onu imzalamış ölkələr yaxın vaxtda zəruri dövlətdaxili prosedurları icra edə biləcəklər.

-Xəzərə dair işçi qrupun birinci görüşünün nə vaxt keçirilməsi gözlənilir? Danışıqların gündəliyindəki əsas məsələlər nədən ibarətdir?

-Məlum olduğu kimi, Konvensiyanın səmərəli şəkildə yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın icmalı məqsədilə Aktau sammitində dövlət başçıları Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələri – xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrup yaradılmasını qərara alıblar. Həmin qrupun ilk görüşünü bu il noyabr ayında Bakıda keçirmək planlaşdırılır. Bundan əlavə, dövlət başçıları sahilyanı ölkələrin ərazi sularının müəyyən edilməsi üçün ilk növbədə, Xəzər dənizində ilkin düz xətlərin müəyyən edilməsi metodikasına dair beştərəfli sazişin razılaşdırılmasına başlamaq barədə tapşırıq veriblər. Beştərəfli formatda danışıqların yeni mərhələsinin əsas gündəliyi bu məsələ olacaq.

-Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənistan liderlərinin görüşü hazırlanırmı? Bu ilin sonunadək onların əlaqələri mümkündürmü?

-Azərbaycan münaqişənin mərhələli şəkildə nizamlanması prosesinə başlamaq məqsədilə substantiv danışıqları davam etdirməyə hazırdır. Bundan əlavə, əgər siz son zamanlar danışıqların gedişini izləyirsinizsə, görmüş olarsınız, məhz Bakı nəticə əldə edilməsinə - Azərbaycanın ərazilərinin işğalına son qoyulmasına, məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələrinin öz evlərinə təhlükəsiz və layiqli şəkildə qayıtmaları, daha sonra Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmalarından ibarət əhalisi üçün geniş özünüidarə hüquqlarının təmin edilməsi üçün şərait yaradılmasına yönəlmiş məsuliyyətli dialoqu davam etdirməyin zəruriliyi barədə mövqeyini dəfələrlə səsləndirib.

MDB-nin Düşənbədə keçirilmiş sonuncu sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının Baş naziri arasında yüksək səviyyədə söhbət Azərbaycanın məzmunlu dialoqa hazır olduğunu göstərən əyani nümunədir. Təəssüf ki, Yerevanda hakimiyyətin dəyişməsi və hələ də müşahidə olunan siyasi turbulentlik bu prosesi müəyyən dərəcədə ləngidib. Ümidvarıq ki, Ermənistan rəhbərliyi yaxın vaxtlarda mövcud format çərçivəsində və məlum gündəlik əsasında danışıqlar prosesini davam etdirmək üçün siyasi iradə nümayiş etdirə biləcək.

-ABŞ Prezidentinin müşaviri Bolton bu həftə Azərbaycana gələcək. Amerikalı siyasətçinin sizin respublikanıza səfərinin gündəliyi nədən ibarətdir, hansı əsas mövzuları müzakirə etmək planlaşdırılır?

-Kifayət qədər çoxşaxəli xarici siyasi əlaqələr sisteminə malik olan Azərbaycan dünyada çox aktorlarla əlaqə saxlayır. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri və ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olan Birləşmiş Ştatlar həm də o dövlətlər sırasına aiddir ki, Azərbaycanın onlarla dialoq üçün geniş məkanı var.

-Hazırda Azərbaycanın KTMT-yə daxil olmasının mümkünlüyü məsələsi mətbuatda fəal müzakirə edilir. Doğrudanmı sizin respublika hazırda həmin təşkilatın üzvü olan ölkələrlə danışıqlar aparır?

-Biz dəfələrlə qeyd etmişik ki, Azərbaycan balanslaşdırılan xarici siyasət yürüdür. Bu baxımdan biz KTMT-nin üzvü olan bütün dövlətlərlə fəal ikitərəfli dialoqu və qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlığı inkişaf etdiririk. Təbii ki, Ermənistan istisna olmaqla, çünki Ermənistan Azərbaycana qarşı hərbi təcavüzü, ölkəmizin beynəlxalq miqyasda tanınmış ərazilərinin işğalını davam etdirir, orada azərbaycanlı əhaliyə qarşı qanlı və total etnik təmizləmələr aparıb.




Baxış sayı: 1 493
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30