FACT-INFO.AZ » SİYASƏT » Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir
15-10-2018, 10:05 | SİYASƏT
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir

Fact-info.az həmin mənbyə istinadən müsahibəni təqdim edir:

- Azay müəllim, məlum olduğu kimi, 11-12 oktyabr tarixlərdə İrəvanda 17-ci Frankofoniya sammiti keçirildi. Bu tədbirin mahiyyəti haqqında nə deyə bilərsiniz?

- İqtisadi və siyasi böhran vəziyyətində olan işğalçı Ermənistan ciddi bir beynəlxalq tədbirə ev sahibliyi etmək imkanına malik olmadığından mövzusundan və əhəmiyyətindən asılı olmayaraq orada keçirilən istənilən tədbiri özünün bəsit təbliğatı və işğalçı mahiyyətini ört-basdır etmək məqsədilə istifadə edəcəyi, belə tədbirləri ucuz siyasi şouya çevirəcəyi heç kim üçün gözlənilməz deyildi. Ona görə də bu cür tədbirlər bir qrup insanın yemək-içmək, şənlik qurmaq və oynamaq kimi məişət xarakterli davranışlardan başqa heç nə ilə yadda qalmır. Ermənistanda keçirilən Frankofoniya sammiti də bu baxımdan istisna olmadı. Tədbir nə mahiyyət, nə də beynəlxalq mötəbərlik nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb etmədi. Toplantının əhəmiyyətini heçə endirən təkcə onun Ermənistanda keçirilməsi deyildi, eyni zamanda uzun müddət təşkilata rəhbərlik etmiş Mişel Janın beynəlxalq aləmdə bir baş katibin öz təşkilatı haqqında presedenti olmayan açıqlaması - Frankofoniya təşkilatını "ölü təşkilat" adlandırması idi. Düşünün ki, bir təşkilatın baş katibi rəhbərik etdiyi qurumu "ölü təşkilat", yəni əhəmiyyətsiz və mənasız bir qurum adlandırır. Məncə, artıq şərhə ehtiyac yoxdur, baş katibin bir cümləlik "tvitter" açıqlamasını Ermənistanda keçirilən Frankofoniya sammitinə mahiyyəti üzrə verilmiş ən dəqiq və doğru qiymət kimi qəbul etmək olar. O zaman sual oluna bilər ki, belə bir mənasız tədbirə niyə biz diqqət ayırmağı lazım bilirik. Cavab sadədir. Ona görə ki, Ermənistan bu tədbirdən istifadə edərək dünya ictimaiyyətini aldatmağa, münaqişə ilə bağlı yalan və saxta məlumatlar verməyə cəhd etdi. Şübhəsiz ki, belə cəhdlər və addımlar cavabsız qalmamalıdır və qalmır da.

- Sizin fikrinizcə, Ermənistanın bu tədbirdən gözləntiləri nədən ibarət idi və o, qoyduğu məqsədlərə nail ola bildimi?

- Əlbəttə ki, yox. Ermənistan belə tədbirlərə ev sahibliyi etməklə bir neçə məqsəd güdür. Bunlardan bəzilərini qeyd etmək istərdim. İlk növbədə, Ermənistan bu kimi tədbirlərin köməyi ilə "özünütəcrid" vəziyyətindən çıxmağa çalışır, xarici ölkələrdən ianə və yardım toplamağa çalışır. Digər tərəfdən, özünün riyakar və saxta mahiyyətindən çıxış edərək Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasətinə don geyindirməyə və ona haqq qazandırmağa cəhd edir və beləliklə, Dağlıq Qarabağ münaqişəsini öz xeyrinə həll etmək üçün beynəlxalq dəstəyə nail olmağa səy göstərir. Tədbir çərçivəsində Dağlıq Qarabağ bölgəsinin Ermənistan pavilyonu nəzdində təqdim edilməsi də məhz Ermənistanın bu xislətindən irəli gəlirdi. Nəhayət, Ermənistan bu tədbirə ev sahibliyi etməklə özünün bəşəri dəyərlərə guya hörmət etdiyini və bu dəyərlərə sadiq olduğunu nümayiş etdirməyə çalışır. Baxın, Ermənistan həmişəki kimi yenə də nə qədər riyakar və ikiüzlü davrandı. Ancaq bu dəfə də Ermənistanın bütün cəhdləri iflasa uğradı və heç bir nəticə əldə edə bilmədi, edə də bilməz. Ən azı ona görə ki, orada iştirak edən ölkələrin, demək olar, hamısı Ermənistanın əsl iç üzünü və işğalçı mahiyyətini çox yaxşı bilirlər. Təşkilata üzv olan 58 və müşahidəçi statusuna malik 26 ölkənin böyük əksəriyyəti müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Dağlıq Qarabağı və ətraf 7 rayonu Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul edib və bu ərazilərin işğaldan azad olunması üçün Ermənistana ünvanlanan müraciətlərə və qətnamələrə səs veriblər, imza atıblar. Hətta fikir verdinizsə, Paşinyan Fransa Prezdenti Emmanuel Makronu və Kanadanın Baş naziri Castin Tridönü müəyyən təxribatlara çəkməyə və Dağlıq Qarabağla bağlı açıq dəstək almağa cəhd etdi, lakin adıçəkilən şəxslərin heç biri buna getmədi, Azərbaycanla münasibətəri korlamaq istəmədi və hətta münaqişə ilə bağlı hər hansı bir açıqlama belə vermədilər. Bu isə Ermənistanın bütün canfəşanlığının fiaskosu idi. Paşinyan üçün bəlkə də ən böyük təsəlli hər iki şəxsin ermənilərin bizdən oğurladığı musiqi sədaları altında bir neçə dəqiqəlik rəqs etməsi oldu.

- Ümumiyyətlə, Frankofoniya sammitinin Ermənistanda keçirilməsinə münasibətiniz necədir və bunu necə şərh edərdiniz?

- Məlum olduğu kimi, Frankofoniya sammitinin əsas məqsədlərindən biri humanizm prinsiplərinin, sülh və əmin-amanlığın, insan hüquq və azadlıqlarının dünyada təbliğ edilməsidir. Bu baxımdan Frankofoniya sammitinin Ermənistanda keçiriməsi faktının özü çoxlu sayda paradoks və ziddiyyətlərlə doludur. Dünyada monoetnik və irqçi dövlət kimi tanınan, bütün qeyri millətləri, xüsusilə, azərbaycanlıları deportasiya edən, ölkəmizin 20 faiz ərazisini işğal edən, 1 milyon 200 min vətəndaşımızı qaçqın və məcburi köçkünə çevirən, soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirən, bəşəriyyət və insanlıq əleyhinə çoxsaylı cinayətlərdə suçlanan və ən nəhayət, Xocalı soyqırımı kimi 20-ci əsrin ən dəhşətli soyqırımı cinayətini törədən Ermənistanda humanizmi, sülhü və insan haqlarını təbliğ edən Frankofoniya sammitinin keçirilməsi həqiqətən də bəşəri dəyərlər adına bir ləkədir və təhqirdir. Ona görə də "Erməni Frankofoniyası" təkcə yuxarıda qeyd etdiyim bəşəri dəyərlərin aşağılanması və ironiyası kimi deyil, həm də çağdaş beynəlxalq münasibətlər sistemi və insan hüquq və azadlıqlarına hörmət baxımından bir nonsensdir.

Yekun olaraq bir daha baş katib Mişel Janın Frankofoniya təşkilatı haqqında dediyi tarixi sözü xatırladaraq bildirmək istəyirəm ki, "ölü təşkilat"ların ümidinə qalan Ermənistan heç vaxt bu "ölülər"in hesabına nə zədələnmiş beynəlxalq imicinin düzəldilməsinə, nə düşdüyü "özünütəcriddən" çıxmağa, nə də Azərbaycanın əraziləri üzərində həyata keçirdiyi işğalçılıq siyasətini qanuniləşdirməyə nail ola bilməyəcək.




Baxış sayı: 1 585
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30