FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Faciələrimizin qaranlıqlarına doğru bir İŞIQ
28-12-2024, 08:30 | TƏDQİQATLAR-ANALITIKA
Faciələrimizin qaranlıqlarına doğru bir İŞIQ

 Dünyada  taleyinə  faciələr  yazılmış azadlıqsevər, sülhsevər xalqlardan biri də Azərbaycan xalqıdır. Əgər tarixə nəzər yetirsək, yarandığı zamandan  müasir dövrümüzədək yüzminlərcə insanımızın qanı  qırğınlarda, müharibələrdə, soyqırımlarında, deportasiyalarda, repressiyalarda axıdılıb, kütləvi şəkildə həyatlarını itiriblər.

Yadellilərin torpaqlarımıza göz dikməsinə  qarşı mübarizələrdə həlak olmaq həm şərəf, həm də başadüşüləndir. Bəs öz vətəndaşına qarşı repressiya maşınını işə salmaq nə deməkdir? Bu haqda internetdən əldə etdiyimiz  məlumatda oxuyuruq:
 Repressiya (latınca-repressio) sözündən olub-cəza tədbirləri,dövlət tərəfindən həyata keçrilən cəzalandırma,təzyiq mənasındadır.Sovet imperiyasının başçıları, əsasən də Stalin və M.Bağırov tərəfindən törədilən qanlı hadisələr imperiyanın SSRİ-nin bütün ərazilərində olmuşdur.Ən ağır repressiyalar  isə sovet respublikaları sıyahısında  Azərbaycan öndə olub. Kütləvi repressiyaların təşkilində xalqımızın  tarixi düşməni olan ermənilərin xüsusi rolu olmuşdur.

Ötən əsrdə,1930-50-ci illəri əhatə edən qanlı hadisələrdə Vətənimizin  minlərlə oğul və qızları xüsusi amansızlıqla qətlə yetrilmişdir. İnsanların həbs qərarı 15-20 dəqiqə içərisində verilirdi. Ağır işgəncələrdən sonra isə ya güllələnirdi, ya Nargin adasına aparılaraq Xəzər dənizində batırılırdı, ya da Sibirə omürlük sürgünə göndərilirdi. Təkcə 1937-ci ildə Azərbaycanda 29 min nəfər"xalq düşməni"adı altında cəzalandırıldı. Həmin ildə İsmayıllı, Şirvan, Cəbrayıl, Cəlillabad və başqa rayonlarda keçrilmiş"gecə əməliyyatları" nəticəsində 70 min insan həbs olunaraq sürgün olundu, 3 mindən çox insan isə qətlə yetirildi.

 Bu sovet  diktaturasının qurbanlarından olan həmvətənlərimizin ruhlarının harayına mənəvi cəhətdən “hay verən” vətənpərvər oğullardan biri də hörmətli həmkarımız   tədqiqatçı-jurnalist, yazar Əkrəm Bəydəmirlidir. Onun son 4 ildə apardığı araşdırmalarının nəticəsi olaraq, “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” adlı kitabının  I hissəsinin çap olunmasını və təqdimatını 2024-cü ilin mühüm hadisələrindən biri hesab etmək olar. Çünki belə bir məşhur müdrik deyimlər var:”Unutsaq unudularıq” və ya “Keçmişini bilməyənin gələcəyi də olmaz”. Məhz bu mənada tariximizin bu qaranlıq səhifələrinə işıq salan qələm sahiblərindən  biri kimi  Əkrəm Bəydəmirli sözün əsl mənasında Vətənin keşiyində  sayıq duran qeyrətli məğrur əsgərimizi xatırladır. O, qələmi ilə silahlanaraq 4 il  bu  əziyyətli tədqiq işini zərgər dəqiqliyi ilə  aparmışdır. Həmin tədqiqatları nəticə etibarı ilə  bir növ təhqiqat  da  adlandırmaq olar. Əkrəm Bəydəmirli saralmış arxiv sənədlərdə  diqqətini daha çox çəkən yazıları, məktubları, fotoları, verilən əmrləri, siyahıları üzə çıxarıb onları şərh edərək müasir oxuculara kitab halında təqdim etmişdir. Və bununla da hadisələri aydın, rəvan şəkildə sıralayıb, faciələrimizin nə qədər dəhşətli olduğu görüntüsünü daha qabarıq formada  göstərməyə səy etmişdir.Və  oxucularda  Stalin rejiminin Azərbaycan  repressiyalarının təşkili  haqqında təsəvvür yaratmağa çalışmış, buna da nail olmuşdur. Çünki həmin hadisələrin şahidləri olmuş insan nəsli dünyadan köçdükcə gələn yeni nəsillər öz xalqının nələr yaşadığını belə dəyərli kitablardan tarix olaraq öyrənir və gələcəkdə də  öyrənəcəklər...

  Xatırladaq ki, Əkrəm Bəydəmirli bundan bir neçə il öncə “Unudulmayan tarix “ adlı layihəsində ermənilərin ötən XX əsrin əvvəllərində azərbaycanlıları soyqırıma məruz qoyması ilə bağlı belə  ağır bir mövzuda da kitab yazıb, sənədli filmi ərsəyə gətirmişdir. Maraqlıdır ki, istər soyqırım,istərsə də repressiya mövzularında respublikamızda xeyli tədqiqat və təhqiqat işləri aparılmasına baxmayaraq Əkrəm Bəyrəmirli həmin mövzulara yenidən qayıdıb özünəməxsus şəkildə apardığı  tədqiqatlardan qiymətli əsər hazırlamışdır. Müəllif bu böyük ,ağır layihələri ilə oxuculara  sanki sovet imperiyasının Azərbaycan xalqının  tarixi düşməni olan ermənilərin əli ilə törətdirdiyi kütləvi qətliamların, soyqırımların və deportasiyaların birbaşa repressiyalarla da bağlılığını göstərmək istəmişdir.Çünki bütün bu hadisələrdə rejimin və rejimi dəstəkləyən aktorların fəal rolu arxiv sənədlərdə və şahidlərin dediklərində danılmazdır.   

  Müəllif tədqiqatları ilə kimliyindən asılı olmayaraq müasir sadə insanların ötən yüzilliyin tarixinə yenidən baxmasına və bu tarixi olaylardan nəticə çıxarıb gələcəkdə öz  həyatlarında bu faciələri yaşamamasına  imkan yaradıb.Yəni insanları hər hansı bir imperiyanın qəddar zülmünə qarşı aciz deyil, mübariz olmalarına, ayıq-sayıq olmalarına bir növ istiqamət verib. Buna görə də tədqiqatçı Əkrəm Bəydəmirlinin araşdırması təkcə Azərbaycan xalqı üçün deyil, həm də beynəlxalq səciyyə daşıyır. Elə bu mənada Afrika və  Suriya hadisələrinə nəzər yetirək.

 Son vaxtlarda Afrika xalqlarının Fransa müstəmləkəçiliyinə  qarşı əhval-ruhiyyəsinin güclənməsi, açıq etirazların kütləvi hal alması  onu deməyə əsas verir ki, 500 illik qatı müstəmləkəçilik siyasətinə sadiq qalaraq bu bədnam siyasətini  davam etdirən Makron rejimi  Afrikada xalqın etirazları qarşısında  özünün  son dövrünü yaşayır.
Suriyada isə illərlə zalım diktator  Hafiz Əsəd kimi cəllad olan oğlu Bəşər Əsəd də xalqına qarşı bəşəriyyətidən gizlətdiyi qanlı cinayətlərinin bədəlini gördü. O, idarəçiliyində  ölkəsini təcrid halında  saxlayır,günahsız insanlara olmazın zülmlər edirdi. Nəhayət ki, Suriyada 61 illik BƏƏS rejimi süqut etdi, 54 illik Bəşər Əsəd hakimiyyətinə son qoyuldu, O, ailəsi ilə birlikdə ölkədən qaçdı. Son dərəcə dəhşətli repressiyalardan sonra, suriyalılar  8 dekabr 2024-cü ildə hakimiyyəti devirməklə Suriyanın müasir tarixində yeni səhifə açdılar...

  Bir sözlə, tədqiqatçı-jurnalist Əkrəm Bəydəmirlinin araşdırmaları  beynəlxalq  mövzuda   aktuallığı bir də ondan ibarətdir ki, müəllif Afrika və Suriyadakı son hadisələrdən bir xeyli  əvvəl öz layihələri üzərində işləmişdir.O,azərbaycanlıların soyqırımından bəhs olunan “1918-ci il hadisələri: Dünyasını dəyişən şahidlər,Unudulmayan Tarix” sənədli əsəri və filmi, həmçinin Azərbaycanda repressiya illərinə aid “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” adlı kitabının  I hissəsinin təqdimatını həyata keçirmişdir. Sözsüz ki,bu,  zamanın tələbindən irəli gəlib.Yəni digər sülhsevər xalqlar kimi Böyük Azərbaycan xalqı da zaman-zaman imperiya zülmlərindən,müharibələrdən  yorulub və artıq sakit, xoşbəxt illər yaşamasını istəyir. Bu isə,beynəlxalq aləmdə ölkəmizə qarşı qərəzli  mövqe sərgiləyən, müdaxilələr etməyə çalışan qüvvələrə bir siqnal, xarici ölkələrdə yaşayan həmvətənlərimizə isə birlik, həmrəylik mesajıdır...

P.S:  Tədqiqatçı  Əkrəm Bəydəmirli araşdırmalarını hələ də davam etdirir.  “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” adlı kitabının  II hissəsini yeni 2025-ci ildə oxuculara təqdim edəcəyini  planlaşdırıb. Bu şərəfli, böyük zəhmət, cəsarət və məsuliyyət tələb edən işdə istedadlı həmkarımıza uğurlar diləyirik. 

Yazar, veteran-jurnalist
Şahnaz Ağamir

 

 




Baxış sayı: 320
Azərbaycan əhalisinin sayı açıqlandı Bu gün, 17:00 Bakı-Tbilisi-Ərzurum kəməri ilə 7 ayda 13 milyard kubmetrdən çox qaz nəql edilib Bu gün, 17:00 “Əsas məqsədimiz İranın nüvə silahına malik olmasına yol verməməkdir” - Tramp Bu gün, 15:30 Azad edilmiş ərazilərdə daha 132 mina, 614 PHS aşkarlanıb Bu gün, 14:30 DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib Bu gün, 10:30 Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb Bu gün, 10:00 Tarixin yaddaşına işıq salan alim — Qafar Cəbiyev Bu gün, 09:30 Eşqin Abbasov – Qəhrəmanlıqla ucalan ömür Dünən, 18:00 Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür Dünən, 16:30 Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya yaradılıb Dünən, 10:30 Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var Dünən, 09:00 Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib Dünən, 08:00 Qazaxıstanın Orta Dəhliz strategiyası Azərbaycan üzərindən Pakistan üçün yeni imkanlar yaradır 15-08-2026, 11:00 Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində 15-08-2026, 10:30 Azərbaycanın mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub 15-08-2026, 09:00 Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil 14-08-2026, 21:00 Quba rayonunda zəlzələ baş verib 14-08-2026, 21:00 Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation” 14-08-2026, 17:00 “Azərbaycanla münasibətlərin yeni səhifəsini birgə yazmağa hazırıq” - Səfir 14-08-2026, 16:00 Мировые медиа широко осветили заявления Президента Ильхама Алиева, сделанные в Нахчыване 14-08-2026, 14:00 Kəlbəcərdə minanın partlaması nəticəsində yaralanan şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır 14-08-2026, 11:30 Pakistan səfiri: Regionda sülhün təmin olunması üçün səylərimizi davam etdiririk 14-08-2026, 11:00 “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib 14-08-2026, 10:30 Xankəndi, Ağdərə və Xocalı ilə Rumıniyanın şəhərləri arasında əlaqələr qurulur 14-08-2026, 10:00 Xankəndi şəhərinə növbəti köç yola salınıb 14-08-2026, 08:00 Ailə arxivləri miqrasiya və demoqrafik proseslərin öyrənilməsi baxımından mühüm mənbədir 13-08-2026, 21:00 Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb 13-08-2026, 19:00 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib 13-08-2026, 17:00 Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb 13-08-2026, 17:00 President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan 13-08-2026, 15:00
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31