FACT-INFO.AZ » CƏMİYYƏT » Qarabağ döyüşçüsünün Şuşa xatirələrinin davamı
16-06-2026, 08:00 | CƏMİYYƏT
Qarabağ döyüşçüsünün Şuşa xatirələrinin davamı

Azərbaycan insanı üçün Vətən anlayışı hər zaman müqəddəs olub. Bu gün Ermənistanla Azərbaycan arasında sülh prosesi davam etsə də, regionumuzda sabitlik yaransa da, xarici havadarlarının köməyi ilə ermənilərin xalqımıza qarşı törətdiyi faciələri heç zaman unutmamalıyıq. Həmçinin torpaqlarımızın müdafiəsində, ərazi bütövlüyünün  təmin edilməsində xidmətləri olan şəxslərin də xidmətlərini unutmayaraq, onların döyüş və həyat yoluna nəzər salırıq. Keçmiş döyüşçünün Şuşa xatirələri ilə tanış olaq.


Fact-info.az saytının bugünkü qonağı, Qarabağ qazisi, Şuşa rayon polis şöbəsinin keçmiş rəisi, polkovnik Vahid Bayramovdur. O, Şuşa  və ətraf kəndlərin müdafiəsi haqqında, cəmiyyətin o qədər tanımadığı qəhrəmanlarla bağlı danışır:

 

  

Göytala faciəsinin qarşısını aldıq

 Şuşanın kiçik kəndlərindən biri olan Göytala  erməni kəndləri ilə əhatə olunmuşdu. Bir çox ərazilərimiz kimi Göytala kəndi də təhdid altında idi. Əhali qorxu içərisində yaşayırdı. 1988-ci ildən başlayaraq erməni silahlıları bizim yaşayış məntəqələrimizə hücumlar edirdilər. 1990-cı ilin noyabrın 18-də belə hücum oldu. Həmin hücumu biz əlimizdə olan yüngül silahlarla  dəf etdik. Mən həmin döyüşdə yaralandım. Aldığım yaralar ağır olduğuna görə, məni helikopterlə  paytaxta xəstəxanaya çatdırmışdılar. O zaman  Göytala kəndində ermənilər Xocalı soyqırımı kimi  faciə torətmək istəyirdilər.

Azərbaycan polisi o zaman bunun qarşısını aldı. Xəstəxanada  müalicə aldığım vaxta Daxili İşlər naziri Məhəmməd Əsədov gəlmişdi. O, söhbətimiz zamanın mənə digər rayonların birində xidmətimi davam etdirməyimi təklif etdi. Mən isə nazirdən Şuşada qalıb xidmətimi  davam etdirməyimi xahiş etdim.    

 Fədakar insan Mikayıl Gözəlovun itkisi

Mikayıl Gözəlovun atası Qoca əmi Qarabağın sayılıb-seçilən insanlarından biri olub. Bizim atalarımız dost olublar. Ümumiyyətlə, Mikayıl Gözəlov idarəetmə sistemində böyük bacarığa malik bir şəxsiyyət idi. O, Şuşanın icra başçısı olsa da, heç zaman kabinetində oturmazdı. Daim insanlar arasında, bizimlə bərabər ön cəbhədə çiyin-çiyinə durardı.  Rayonun müdafiəsi üçün gecə-gündüz çalışırdı. Sovet dövründə  bulud dağıtmaq üçün toplar var idi. Həmin topu da, “Alazan” tipli raketi də  və digər silah-sursatı da o Şuşaya gətirmişdi. Onun belə fədakarlığı əhalidə, şəhərin  müdafiəçilərində yaxşı əhval-ruhiyyə yaratmışdı. Bir faktı deyim. Bir dəfə Kərkicahanda çox döyüşkən oğullarımızdan biri, Milli Qəhrəman Teymurov Rizvanın meyiti qalmışdı. Həmin kənd Xankəndiyə yaxındır.  Mikayıl Gözəlov bizimlə bərabər həmin soydaşımızın cənazəsinin gətirilməsində yaxından iştirak etdi. O, çox qeyrətli və idarəetməni bilən bir rəhbər idi.  1991-ci ilin dekabrın 11-i idi. Qaz, işıq yox idi, möhkəm yağış yağmışdı.  Mən Mikayıl Gözəlovla birlikdə gəldim. O, maşından düşüb İcra hakimiyyətinə getdi, mən isə polis şöbəsinə gəldim. Bir az keçəndən sonra mənə növbətçi bildirdi ki, başçını vurublar. Mən dərhal ora getdim. Onu kabinetində vurmuşdular. Sonra biz cinayətkarı Şuşa ətrafında  Xəlfəli meşəsində tapıb həbs edik. Mən əməliyyat qrupuna tapşırdım ki, onu sağ tutun və elə də etdik.  Onu Bakıya  polisin müşayiəti ilə göndərdik. Cinayətkar məhkəmənin hökmü ilə cəzasın aldı. Amma Mikayıl Gözəlovun itkisi bizim hər birimizə təsir etdi. Onun Şuşanın müdafiəsində xidmətləri böyük idi.  Belə rəhbərin itkisi Şuşanın müdafiəsində çatlara səbəb oldu. 

 Milli Qəhrəman Riyad Əhmədov

Riyad Əhmədovun Şuşa ilə bərabər Göranboyun bəzi kəndlərinin azad olunmasında, müdafiəsində böyük xidmətləri olub. O, MTN-nin əməkdaşı idi. Şuşada bir çox tədbirlərdə iştirak etmişdi. Onun ailəsini tanıyırdım. Anası Bahar xanım dünyasın dəyişəndə yas mərasimində iştirak etmişdim. Bacısı tanınmış bəstəkar Mehriban Əhmədovadır. O ailəyə biz hər zaman borcluyuq ki, Riyad kimi qəhrəman oğul yetişdiriblər. Onu deyim ki,  Riyadı bir ara işdən uzaqlaşdırmışdılar. Sonradan Müdafiə Nazirliyində ona vəzifə verilmişdi. Nəhayət ki,  Daşaltı əməliyyatından əvvəl onunla Şuşada görüşdüm. Onun səhhətində ciddi problemlər olmasına baxmayaq, döyüşə getdi və Daşaltı əməliyyatında itkin düşdü. Riyadın nəşi ötən il tapılaraq dəfn edildi. O, unudulmayacaq cəngavər oğul, əvəzsiz qəhrəman idi. Bu yaxınlarda Riyadın bacısı  Mehriban xanımla görüşdüm. O, şəhid bacısı olaraq, Şuşada keçirilən tədbirlərə dəvət olunmadığını təəssüflə qeyd etdi.

Şuşa 1992-ci il yanvar ayı

Tacəddin Mehdiyevin uğursuz Daşaltı əməliyyatından sonra Rəhim Qazıyev Şuşaya gəlmişdi. Amma həmin vaxt o, müdafiə naziri deyildi. O, öz dəstəsilə pedaqoji məktəbin binasında yerləşmişdi. Bir gün eşitdim ki, Rəhimin olduğu yerdə atışma olub. Mən hadisə yerinə getdim. Ölən də vardı, Rəhim Qazıyev ayağından yaralanmışdı. Mən nə baş verdiyini soruşdum. Rəhim dedi: “Mənə qarşı təxribat törədiblər, mənim arxamca gəlmişdilər. Belə hadisə baş verdi”. Biz bu məsələni axıra  qədər aydınlaşdıra bilmədik.Çünki elə geniş imkanlarımız yox idi. Sonra Rəhimi Bakıya çağırdılar və onu müdafiə naziri təyin etdilər.  

Milli Qəhrəman Ramiz Qəmbərovun itkisi

Ruslar tərəfindən himayə olunan  ermənilər isə mütəmadi olaraq Şuşaya və kəndlərə hücumlar təşkil edirdilər. Döyüşlər zamanı Azərbaycanın Milli Qəhrəmanı, Şuşa Könüllü Özünümüdafiə Batalyonunun komandiri  Ramiz Qəmbərov yaralanmışdı. Onu xəstəxanaya çatdırsaq da, həyatını xilas etmək mümkün olmadı. Xəstəxananın qarşısında izdiham var idi. Ramiz şəhid oldu. Şuşa balaca bir yerdir. Xeyirdə-şərdə hamı ilə görüşürdük. Ramizin valideynləri ilə əlaqələrimiz var idi. Gözəl insanlar idi. Elə bir oğulun itkisi döyüşçülərin  əhval-ruhiyyəsinə təsir göstərmişdi. Mayın əvvəlində Ramiz Qəmbərovun dəfn mərasimi keçirildi. Sonra məlum hadisələr, mitinqlər, çevrilişlər Bakı şəhərində baş verdi. Şuşada olan BMP  Bakıda parlamentin qabağında  görünmüşdü. Bizə məlumat verirdilər ki, Şuşadan-Laçından çıxan silahlı dəstələr, texnikalar paytaxta üz tutub.  Belə özbaşnalıqlar Şuşanın  müdafiəsiz qalmasına gətirib çıxarırdı.  Bəzi könüllü batalyonlar, hərbi birləşmələr dövlətə tabe olmurdular. Dövlətə tabe olan və rayonun müdafiəsində əvəzsiz xidmətlər göstərən polis idi.  

Əvvəl SSRİ, sonra Rusiya rəhbərliyi və onların Qarabağdakı silahlı qüvvələri birmənalı olaraq erməniləri müdafiə edirdi. O zaman bizim qətiyyətli rəhbərliyimizin olmaması, hərbi sahədə özbaşnalıqlar, lazımı şəkildə silah təminatımızın çatdırılmaması və digər səbəblər rayonlarımızın işğalına səbəb oldu. Amma, Azərbaycan yenidən toparlandı, Ali Baş Komandanımızın, Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, Ordumuzun şücaəti nəticəsində 44 günlünlük müharibədə torpaqlarımız işğaldan azad oldu. Allah şəhidlərimizə rəhmət eləsin.

Fact-info.az



 




Baxış sayı: 370
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30