Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvaya səfəri zamanı Ankaranın Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstəyini bir daha təsdiqləyəcək və Cənubi Qafqazda sabitliyin əhəmiyyətini vurğulayacaq.
TASS agentliyi xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə xarici işlər nazirinin iyunun 16–17-də Moskvaya nəzərdə tutulan səfəri ərəfəsində məlumat verib.
Mənbənin sözlərinə görə, danışıqlar zamanı Hakan Fidan Cənubi Qafqazda sülh və sabitliyin həm Türkiyənin, həm də Rusiyanın maraqlarına xidmət etdiyini diqqətə çatdıracaq.
Bundan başqa, Moskvada keçiriləcək görüşlər çərçivəsində tərəflər Yaxın Şərqdəki vəziyyət, ABŞ ilə İran arasında aparılan danışıqlar, Suriyadakı durum, eləcə də Türkiyə ilə Rusiya arasında ikitərəfli əməkdaşlıq da daxil olmaqla, aktual beynəlxalq məsələləri müzakirə edəcəklər.
Mənbə qeyd edib ki, Türkiyə-Rusiya münasibətləri regional sabitlik və rifah baxımından mühüm əhəmiyyət daşıyır. Danışıqlarda ticarət, energetika, təhlükəsizlik və konsulluq sahələrinə dair məsələlərin ətraflı nəzərdən keçirilməsi planlaşdırılır.
Baxış sayı: 115
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
