FACT-INFO.AZ » İQTİSADİYYAT » Azərbaycan nəqliyyat dəhlizlərinin yaradılması və formalaşdırılmasına fəal dəstək nümayiş etdirir
21-05-2023, 21:30 | İQTİSADİYYAT
Azərbaycan nəqliyyat dəhlizlərinin yaradılması və formalaşdırılmasına fəal dəstək nümayiş etdirir

Son günlər barəsində geniş danışılan Şimal–Cənub Nəqliyyat Dəhlizinin yaradılması da region dövlətləri ilə yanaşı, Avropanın iqtisadi inkişafını sürətləndirmək məqsədi daşıyır. Bununla əlaqədar rəsmi səviyyələrdə söylənilən fikirlər də bunu təsdiqləyir. Məsələn, bir neçə gün bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Rəşt–Astara dəmir yolunun İrandan keçən hissəsinin inşası barədə iki ölkə arasında sazişin imzalanma mərasimində sözügedən dəhlizinin yaradılması sahəsində qarşılıqlı fəaliyyətin Azərbaycan ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilməsini bildirməsi də həmin fikrin bariz ifadəsidir. Yeri gəlmişkən, Rusiya ilə İran arasında imzalanan sazişə əsasən, Rusiya və İran tərəfi uzunluğu 170 kilometr olan, həmçinin Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini birləşdirən Rəşt–Astara dəmir yolunun layihələndirilməsi və inşasını birgə maliyyələşdirəcək. İran Astarası ilə Azərbaycan Astarası arasında olan sahə isə Azərbaycan, Rusiya və İranın iştirakı ilə inşa olunacaq.

Fact-info.az  xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, siyasi şərhçi Emin Bağırov bildirib.

E.Bağırov qeyd edib ki, Qəzvin–Rəşt dəmir yolunun davamı olan Rəşt–Astara dəmir yolu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentini təşkil edir. İranın Fars körfəzi sahilindəki Bəndər Abbas və Oman dənizi sahilindəki Çabahar limanlarına daxil olan yüklərin Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq Avropaya daşınacağı nəzərdə tutulur. Eyni zamanda, əks istiqamətdə də yüklərin həmin yolla daşınacağı planlaşdırılır. Bu isə yolun keçdiyi dövlətlərə ikiqat tranzit gəliri gətirəcəyini şərtləndirir.

Azərbaycan adıçəkilən nəqliyyat dəhlizinin formalaşması ilə bağlı indiyədək bir sıra önəmli layihələr həyata keçirib. Ələt–Astara magistral yolunun çəkilişi, Bakı Beynəlxalq Ticarət Limanının yenidən qurulması, habelə İran Astarası və Azərbaycan Astarası arasında dəmir yolu xətti bağlantısının yaradılması kimi layihələr böyük əhəmiyyət daşıyıb.

Azərbaycan, Rusiya və İran tərəfindən Qəzvin–Rəşt–Astara dəmir yolunun tezliklə inşa edilməsinə daim maraq göstərilib və bu layihə diqqət mərkəzində saxlanılıb. Onu da bildirim ki, yolun Qəzvin–Rəşt hissəsi 2018-ci ildə istismara verilib. Rəşt–Astara hissəsində isə işlər davam etdirilib. Rusiya bu yolun elektrik xətlərinin çəkilməsi ilə yanaşı, onun tikintisinin sürətləndirilməsi üçün yardım göstərəcəyini də bildirib.

İrana tətbiq olunan iqtisadi sanksiyalar yolun tikintisi üçün maliyyə vəsaitinin ayrılmasına maneələr yaradır. Buna görə də Rusiya 160 kilometrlik Rəşt–Astara dəmir yolunun tezliklə istismarı üçün səy göstərir. Çünki bu layihənin reallaşdırılması ilə Rusiya–Asiya ölkələri ticarət əməkdaşlığının genişləndirilməsinə əlverişli şərait yaranır.

Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi artıq son mərhələyə qədəm qoyub. Bu dəhlizin önəmli hissəsi olan Azərbaycan–Rusiya sərhədindən Azərbaycan–İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib. Yeri gəlmişkən, xatırladım ki, Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsi regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açılması qarşıya önəmli vəzifə kimi qoyulub.

Region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq bu Zəngəzur dəhlizi Azərbaycandan Türkiyəyə daşınan yükləri qısa müddətdə Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaradacaq. Dəhliz, eyni zamanda, respublikamızın Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək.

Sonda siyasi şərhçi əlavə edib ki, Zəngəzur dəhlizinin açılmasına Ermənistan mane olmaq istəsə də, dünyada söz sahibi olan ölkələr tərəfindən buna böyük maraq göstərilir. Çin, Rusiya və Türkiyə bu dəhlizin açılmasında israrlıdır. Üstəlik, Avropa ölkələri də bu dəhlizin açılmasını dəstəkləyir.

Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.




Baxış sayı: 193
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30