FACT-INFO.AZ » İQTİSADİYYAT » Tuğ və Hadrutda turizm informasiya mərkəzi fəaliyyət göstərəcək
7-05-2023, 21:40 | İQTİSADİYYAT
Tuğ və Hadrutda turizm informasiya mərkəzi fəaliyyət göstərəcək

Fact-info.az-ın əldə etdiyi məlumata görə, turizm sahəsində görüləcək işlərlə bağlı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin idarə heyətinin sədri Murad Ağabəyli açıqlamasında bildirib ki, istiqamətlərdən birincisi Tuğun tarixi memarlıq üslubunu saxlamaqla mədəni turizmin inkişaf etdirilməsi üzrə, ikincisi Tuğun zəngin təbiətindən istifadə etməklə ekoturizmin inkişaf etdirilməsi, üçüncü istiqamət isə Tuğun aqroturizm potensialı üzrədir.

“İlkin mərhələdə biz Tuğun tarixi hissəsində turizm infrastrukturunun yaradılması istiqamətində işlər aparacağıq. Artıq bu istiqamətdə işlər başlanıb. Biz konsepsiyalara uyğun müxtəlif obyektlərin layihələndirilməsi işlərini həyata keçiririk. Kəndin girişində avtodayanacaq, digər zəruri turizm infrastrukturlarının yaradılmasını, ikinci istiqamətdə kənd məktəbinin, Məlik saray kompleksinin bərpa edilməsini düşünürük və digər istiqamətdə turizm informasiya mərkəzinin, kulinariya mərkəzinin qurulmasını, eyni zamanda, iaşə obyektlərinin qurulmasını planlamışıq. Tuğun tarixi memarlıq üslubuna gəldikdə isə, göründüyü kimi binaların və tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vandalizmə məruz qalıb. İşğal dövründə bir çox abidələrimizin tarixi görkəmi dəyişdirilib. Biz xarici və yerli ekspertlərin birgə səyləri nəticəsində həmin abidələri yenidən araşdıracağıq və onları ilkin tarixi görkəminə qaytaracağıq. Tuğun mərkəzində turizm informasiya mərkəzi yaradılacaq. Beləliklə, Şuşaya gedən turistlər ətraf kəndlər barədə buradan məlumat ala biləcəklər”, - deyə Murad Ağabəyli qeyd edib.

Hadrut turizminin bərpası haqqında danışan Murad Ağabəyli bildirib ki, bu yerin tarixi hissəsində yerləşən qədim Alban məbədinin ətrafında olan üç evlə birlikdə vahid kompleks şəklində bərpa edilməsi nəzərdə tutulur: “Çünki həmin məbəd digər abidələrimiz kimi erməni vandalizminə məruz qalıb. Məbəd tarixi görünüşünü itirib. Ermənilər məbədi özününküləşdirmək üçün bir çox dəyişikliklər ediblər. Abidənin bərpası üçün ekspertlərin tədqiqatından yararlanaraq onun tarixi görünüşünün qaytarılması nəzərdə tutulub. Bundan başqa, Hadrutun mərkəzi hissəsində turizm informasiya mərkəzi fəaliyyət göstərəcək ki, bunun sayəsində turistlər ətraf yerlər haqqında və Hadrut haqqında məlumat əldə edə biləcəklər”.




Baxış sayı: 220
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30