FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Məhəmməd Hadi sehrindən Abdulla Sur sevgisinə
17-03-2022, 08:30 | MƏDƏNİYYƏT
Məhəmməd Hadi sehrindən Abdulla Sur sevgisinə

Onun 2011-ci ildə nəşr etdirdiyi, istiqlal şairi M.Hadinin irsi ilə bağlı fundamental araşdırmaları sayəsində qələmə aldığı “Azərbaycanlı şair Məhəmməd Hadinin həyatı, sənəti, əsərləri” adlı kitabı (İstanbul, “Ötükən” nəşriyyatı, 245 səh.) elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. İstedadlı alim bu yaxınlarda daha bir uğura imza atıb və “Hür fikirli türk Abdullah Sur: həyatı, çalışmaları, görüşləri, haqqında yazılanlar” adlı (İstanbul, “Ötükən” nəşriyyatı, 255 səh.) mühüm əsərini nəşr etdirib.

Ata-babadan gəlmə Türkiyə sevdası ilə böyüyən Mehdi orta məktəbi bitirdikdən sonra xəyallarının ardınca qardaş ölkəyə gedib. Mərmərə Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinə daxil olub. Sonra həmin Universitetin Türkiyyat Araşdırmaları İnstitutunda yüksək lisans (2002) və doktorluq təhsili (2008) alıb. 2012-ci ildən M.Gəncəli doğma Universitetdə pedaqoji fəaliyyətə başlayıb, eyni zamanda Azərbaycan-Türkiyə ədəbi əlaqələri istiqamətində elmi araşdırmalarını davam etdirir. Gənc tədqiqatçı türk mətbuatında “Qafqasyalı Hadi” kimi tanıdılan şairin Türkiyə həyatı və irsini araşdırmağı qərara alır. Fədakarlıqla aparılan araşdırmalar nəticəsində M.Gəncəlinin yuxarıda adını çəkdiyimiz “Azərbaycanlı şair Məhəmməd Hadinin həyatı, sənəti, əsərləri” kitabı işıq üzü görüb. Amma Məhəmməd Hadi irsinin sehrinə düşən M.Gəncəli istiqlal şairi ilə əlaqəli sənədlərlə tanış olduğu müddətdə tez-tez Abdulla Surla (Mirzə Abdulla Məhəmmədzadə Tofiq, 1883-1912) bağlı bəlgələrə, təzkirələrə də rast gəlirdi. Mehdi Gəncəli vur-tut 29 il ömür sürmüş heyrətamiz istedada malik Abdulla Surdan bəhs edən qeydlərə də laqeyd qalmır, onları da gözdən keçirirdi. Tədqiqatçının Abdulla Sur irsinə isti, doğma münasibəti tezliklə Abdulla Sur sevgisinə çevrilir və o, bu soydaşımızın həyat və yaradıcılığını dərindən və əhatəli tədqiqə başlayır. Bununla Abdulla Surun həyatı, yaradıcılığı ilə bağlı mövcud elmi-nəzəri materiallar maraqlı, bir sıra yeni mülahizə və qənaətlərlə zənginləşdirilir, nəticədə sanbalı, dəyəri ilə seçilən “Hür fikirli türk Abdullah Sur: həyatı, çalışmaları, görüşləri, haqqında yazılanlar” əsəri ərsəyə gəlir.

Orijinal tədqiqat metodu və üslubu ilə diqqəti çəkən kitab Abdulla Surun həyat və fəaliyyətini müəllifin təbirincə desək, “bütün yönləri” ilə əhatə edir. Müəllif indiyədək ölkəmizdə bu istiqamətdə görülən işləri də yeri gəldikcə qədirbilənliklə qeyd edərək yazır: “Sovet dönəmində Abdulla Surdan ilk bəhs edən, Abdulla Surun adını büsbütün yeni şərtlər içində ilk anan və dolayısıyla Abdulla Surun Sovet öncəsi “qaranlıq dönəmin” bir siması olaraq unudulmasına izn verməyən Mir Cəlal Paşayevdir”.

M.Gəncəli Kamal Talbzadənin 1954-1959-cu illərdə qələmə aldığı “Abdulla Sur - tənqidçi və ədəbiyyat tarixçisidir” məqaləsindən söz açır, Əbülfəz İbadoğlunun, Kamran Əliyevin, Cəlal Qasımovun, Alxan Bayramoğlunun, Şamil Vəliyevin A.Surun həyat və fəaliyyətinə dair araşdırmalarına da nəzər salır. Həmçinin, Sur haqqında Türkiyə və Almaniyada yazılanlara da da münasibətini bildirir, bu mövzuda Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimi Nağı Şeyxzamanlının, professor Əli Yavuz Akpinarın, Volker Adamın məqalələrini yada salır.

M.Gəncəli Abdulla Surun vəfatı ilə bağlı dövrün mətbu orqanlarında - “İqbal”, “Kaspi” qəzetlərində dərc edilmiş çoxsaylı yazıları, şeirləri, təziyə qeydlərini araşdıraraq belə qənaətə gəlir ki, bu cür diqqət, doğma, həssas münasibət A.Surun cəmiyyətdə və ədəbi həyatda böyük nüfuza malik olduğuna dəlalət edir. Əli Razi Şəmsizadənin, C.Acizin, A.H.Rəsulzadənin, Molla Mahmud Çakər Naxçıvaninin, Əli Nəzminin, Balaxanalı Nimətin, Əli Səttarın, Gəncəli müəllim Nərimanın “İqbal”, “Təzə xəbər”, “Məktəb” kimi mətbu orqanlarda A.Surun ruhuna ithaf etdikləri şeirlər ona sənətkar və xalq məhəbbətinin göstəricisidir. Abdulla Surun vəfatından dörd il sonra M.Ə.Rəsulzadənin redaktorluğu ilə çıxan “Açıq söz” qəzetində “Ələkbər” imzası ilə “Suru unutmayınız” adlı məqalə dərc edilmişdi. Məzmunu son dərəcə təsirli, forma və üslub baxımdan təqdirəlayiq yazı müəllifin A.Surun məzarı başında xəyali nitqindən ibarətdir. Natiq çıxışında A.Suru “millətimizin və Qafqasyamızın dəyərli simalarından biri”, “millətin süru” və “müəllim” adlandırır, təəssüflə qeyd edir ki, ötən dörd ildə “kimsə onu anmamış”, “əsərləri toplanılmamış, basılmamışdır”: “Biz belə möhtərəm kimsələri unudacaq olursaq, xatırlayacaq kimlər olacaq?” Sonda natiq ümid edir və inamla bildirir ki, millət Suru daima yaşadacaq, əsərləri millət arasında yayılacaq, adı, xidməti, fikri, məqsədi layiqincə dəyərləndiriləcək.

Səriştəli tədqiqatçı M.Gəncəli Abdulla Surun vəfatından sonra onun ömür yolu ilə bağlı qələmə alınan məqalələri, əlyazmaları da araşdırır, ədibin bioqrafiyası haqqında mübahisəli və qaranlıq məqamlara, miladi və hicri tarixlərində təvəllüd və vəfatı ilə bağlı fərqli rəqəmlərə aydınlıq gətirir. Müəllif bu nəticəyə gəlir ki, A.Surun qələmə aldığı 70-dən çox yazısının böyük əksəriyyəti Bakıda yayımlanan qəzet və jurnallarda, bir qismi Krımda nəşr olunan “Aləm-i sivan” dərgisində işıq üzü görmüşdü. Osmanlı mətbuatında tənqidçinin hələlik bir məqaləsi tapılıb. Monoqrafiyanın “Əsərləri” hissəsində M.Gəncəli A.Surun əlyazmaları ilə yanaşı, mətbuatda dərc olunmuş məqalələrindən, hekayə və şeirlərindən, sağlığında nəşr edilmiş yeganə kitabından - “Əlifbadan sonra qiraət” dərsliyindən geniş bəhs edib. A.Surun tanınmış rus türkoloqu Vladimir Qordlevskiyə, Abdulla Şaiqə, Firudin bəy Köçərliyə ünvanladığı məktubların təhlilinə xeyli yer ayırıb. M.Gəncəli A.Surdan “Qəhrəman Qulu” və “Bir mollanın həyatı” adlı iki hekayənin qaldığını yazır.

Abdulla Surun elmi, dini, fəlsəfi, sosial, iqtisadi, ədəbi-nəzəri görüşlərinə, cəmiyyətdə məktəbin, mədəniyyətin, qadının rolu və yerinə, dil, əlifba, imla məsələsinə, Şərq-Qərb problemlərinə dair “Şərqi Rus”, “İrşad”, “Tərəqqi”, “Həyat”, “Məktəb”, “Həqiqət”, “Aləm-i nisvan”, “Füyuzat” kimi qəzet və jurnallarda çoxsaylı məqalələri dərc edilmişdi. Onun “Elm-i iqtisad”, “Sənayeyə aid”, “Əkinçilərə aid”, “Ey müsəlman qardaşlar”, “Məktəblərdə türk dili”, “Tarixə bir nəzər”, “İstanbulda günəş doğduqdan sonra”, “Əski İstanbul xanımları”, “Türk xanımlarının tərəqqisi”, “Türk xanımlarının istiqbalı”, “Şərqdə şəfəq sökülərkən”, “Boğaz”içində günəş doğarkən”, “İrana məxsus bir mülahizə”, “Bir tövsiyə”, “Bir dövlət”, “İmla məsələsi”, “Müəllim qıtlığı”, “Məktəblərdə türk dili”, “Amerikada məktəblilər andı” və sair yazılarını peşəkarlıqla təhlil edən M.Gəncəli toxunduğu mövzudan asılı olmayaraq A.Surun zəngin, çoxşaxəli yaradıclığının milli duyğularla süstləndiyi qənaətindədir.

M.Gəncəli A.Surun türk ədəbiyyatı tarixində iz qoymuş sənətkarların - Füzuli, Sinan Paşa, Nəfi, Veysi, Nədim, Vehbi Sünbülzadə, Süruri, Sinasi, Namiq Kamal, Nigar xanımın irsi bağlı elmi tədqiqatlarının özünəxas cəhətlərindən, əhəmiyyətindən geniş söz açır. Monoqrafiyada A.Surun tarix və coğrafiya mövzularında yazdığı “Tarixə bir nəzər”, “Türk tarixi”, “Türklər kimdir”, “Gəncə”, “Bakı”, “İstanbul” məqalələri də dolğun araşdırılmışdır. M.Gəncəli A.Surun gürcülər, ermənilər, ərəblər haqqındakı yazılarını da diqqətlə və dərindən təhlil edir, dəyərləndirir.

“Hür fikirli türk Abdullah Sur: həyatı, çalışmaları, görüşləri, haqqında yazılanlar” əsərinin ən maraqlı hissələrindən biri Abdulla Surla eyni dövrdə yaşayıb-yaratmış şəxsiyyətlər barəsində qələmə aldığı məqalələrdir. Mehdi Gəncəli qeyd edir ki, A.Sur bu şəxslər haqqında yazarkən qarşısına iki məqsəd qoymuşdu: bu kişiləri tanıtmaq və onları topluma örnək göstərmək. M.Gəncəli A.Surun Məhəmməd Ağa Şahtaxtlı, Əli Mərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Hüseyn Cavid, Hacı Zeynalabdin Tağıyev, Əhməd Cavad, Əhməd Maqsudi haqqındakı portret oçerklərin qısa, lakin sanballı icmalını təqdim etməklə kifayətlənmir, onlara münasibətini bildirir. Həmin yazılar oxucunu portret qəhrəmanlarının həyat və fəaliyyətinin başlıca istiqamətləri və xidmətləri ilə yetərincə məlumatlandırır.

Mehdi Gəncəlinin “Hür fikirli türk Abdullah Sur: həyatı, çalışmaları, görüşləri, haqqında yazılanlar” monoqrafiyası XX əsrin əvvəlləri Azərbaycanın ədəbi-mədəni, mətbu həyatında mühüm yeri olan ədibin həyat və yaradıcılığı ilə bağlı mövcud ədəbiyyatşünaslıq materiallarını yeni fakt və elmi-nəzəri müddəalarla daha da zənginləşdirmiş sanballı mənbədir. Bu əsərlə müəllif eyni zamanda Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinə layiqli töhfə verib.

Məqalə çapa hazırlanarkən Mehdi Gəncəlinin bu istiqamətdəki fədakar fəaliyyəti sayəsində mühüm əhəmiyyət kəsb edən bir layihənin icrasına da imza atdığını eşitdik. ADA Universitetinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin rəsmi qəzeti “Azərbaycan”ın (1918-1920) tam mətni ərəb qrafikalı əlifbadan latın qrafikalı müasir Azərbaycan əlifbasına köçürülərək, lüğət, izahlar, şərhlər və adlar göstəricisi əlavə edilməklə çoxcildliyi nəşrə hazırlanır. “Azərbaycan” qəzetini transliterasiya edənlər - filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağoğludur. Qəzetin ilk 10 nömrəsini əhatə edən I-II cildlər nəşr olunub və təqdimatı keçirilib.

Abid TAHİRLİ




Baxış sayı: 565
Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydalarına dəyişiklik edilib Bu gün, 11:00 Azərbaycan kəlağayısının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi qeyd olunub Bu gün, 10:30 ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşıb Bu gün, 10:00 Moldovanın Aİ-yə üzv olmaq üçün real şansı var Bu gün, 09:30 “Azərbaycan kəlağayısı günü” Bu gün, 09:30 Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Dünən, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Dünən, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Dünən, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Dünən, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Dünən, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Dünən, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Dünən, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Dünən, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” 25-11-2024, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır 25-11-2024, 14:00 Kəlbəcər - alınmaz qalamız 25-11-2024, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir 25-11-2024, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır 25-11-2024, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb 25-11-2024, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib 25-11-2024, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 25-11-2024, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930