FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Dahi Azərbaycan şairinin əsərləri Ukraynada çap olunub
8-06-2021, 09:35 | MƏDƏNİYYƏT
Dahi Azərbaycan şairinin əsərləri Ukraynada çap olunub

Poema Ukrayna dilinə görkəmli şair və tərcüməçi Leonid Pervomayski tərəfindən tərcümə edilib. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin layihəsi olan bu nəşr Ukraynadakı “Yaroslavov Val” nəşriyyatında çapdan çıxıb. Layihənin məsul katibi Marina Qonçaruk, nəşrin redaktoru Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı, yazıçı Qriqori Hüseynovdur.

Layihənin məsul katibi Marina Qonçaruk deyib: “Bu nəşr cari ildə Ukraynada Nizamiyə həsr edilmiş ilk ədəbi layihədir. Ukraynada bu nəşri çoxdan gözləyirdilər, çünki indiyə qədər Nizaminin bu poeması ayrıca nəşr kimi yalnız bir dəfə - 1947-ci ildə buraxılıb. Onu da qeyd etmək istəyirəm ki, bu nəşr Nizaminin Ukrayna dilinə tam həcmdə tərcümə edilmiş yeganə poemasıdır. Kitaba ön söz görkəmli ukraynalı şərqşünas alim Aqatengel Krımskinin Nizami haqqında fundamental tədqiqatı olan “Nizami və müasirləri” əsərindən götürülüb. Yeni kitab Ukrayna ədəbi ictimaiyyətinin böyük marağına səbəb olub. Bu əlamətdar layihə dahi Nizami Gəncəvinin yaradıcı irsinin Ukraynada populyarlaşmasına, Ukrayna-Azərbaycan ədəbi əlaqələrinin inkişafına xidmət edəcək”.

Kitabın redaktoru, Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı, yazıçı Qriqori Hüseynov deyib: “Leyli və Məcnun” poeması Azərbaycan xalqının dəyərli ədəbi irsidir və çox əlamətdar haldır ki, Nizami Gəncəvinin yubileyi ilində onun dahiyanə əsəri ukraynalıların ana dilində səslənəcək. Azərbaycan Dövlət Tərcümə Mərkəzi müasir və klassik Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini müntəzəm surətdə ukraynalı oxuculara təqdim etməklə çox vacib və yüksək bir missiyanı – ölkələrimiz arasında ədəbi əlaqələrin inkişafı missiyasını həyata keçirir. Nizami Gəncəvinin poemasının nəşr edilməsi bu böyük şair və mütəfəkkirin ədəbi irsinin ukraynalı alim və şərqşünaslar tərəfindən öyrənilməsinə yeni təkan verəcək”.

Kitabın Kiyevdə təqdimat mərasiminin keçirilməsi gözlənilir. Bu nəşr Ukrayna kitabxanalarına və universitetlərə veriləcək, geniş oxucu auditoriyasına təqdim olunacaq.




Baxış sayı: 882
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30