FACT-INFO.AZ » SİYASƏT » Azərbaycanın enerji strategiyası uzaqgörənlik, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə uğurla icra olunur
23-01-2021, 10:05 | SİYASƏT
Azərbaycanın enerji strategiyası uzaqgörənlik, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə uğurla icra olunur

Mövcud reallıqlar göstərir ki, enerji XXI əsrin əsas determinatoru qismində çıxış edir. Bu determinatorun lokomotivi isə neft və qazdır. Xarici siyasətə enerji təhlükəsizliyi amili prizmasından yanaşdıqda enerji dünyada davamlı inkişaf üçün əsas element, çağdaş beynəlxalq münasibətlərdə isə əsas amillərdən biridir. Müasir dünyada enerji istehlakının kəskin şəkildə artması ilə enerji mənbələrinin əldə edilməsi dövlətlərin əsas siyasi məqsədlərinə və hədəflərinə çevrilməkdədir. Çünki geniş enerji mənbələri ölkələrin iqtisadiyyatına, onların dirçəldilməsinə, inkişafına töhfə verirsə, ölkədəki enerji qaynaqlarının azlığı onları enerji baxımından zəngin ölkələrdən asılı vəziyyətə gətirir. Bu baxımdan dəyərləndirilikdə ölkəmiz birinci kateqoriyada qərarlaşmaqdadır. Azərbaycan zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq, enerji infrastrukturuna və sisteminə malik ölkədir. Eyni zamanda, tərəfdaş çıxdığı layihələr çərçivəsində götürdüyü öhdəlikləri vaxtında icra etməsi Azərbaycanı istər regionda, istərsə də dünyada beynəlxalq münasibətlər sisteminin etibarlı tərəfdaşı kimi tanıdıb. Bütün bu amillər onun qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə olduqca mühüm təsir göstərir ki, həm region, həm də digər dünya aktorları Azərbaycanla münasibətlərinə xüsusi diqqət yetirirlər.

Bu fikirləri AZƏRTAC-a politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq qeyd edib ki, Azərbaycanda neft sənayesinin tərəqqisi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illər Xəzər dənizində yeni yataqların kəşf olunması, ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulması və müasirləşdirilməsində dönüş mərhələsi kimi xarakterizə olunur. Əgər 1970-ci illərə qədər Xəzər dənizində istifadə olunan texniki vasitələr yalnız dənizin dərinlikləri 40 metrə qədər olan sahələrdə işləməyə imkan verirdisə, 1970-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikaya dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən "Azərbaycan" kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və digər yeni müasir avadanlıqlar və texniki vasitələr gətirilmişdir. 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi yarandı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün uğurlu enerji layihələrimizin təməlində birbaşa ümummilli lider Heydər Əliyevin şəxsi keyfiyyətləri və siyasi uzaqgörənliyi nəticəsində baş tutan, 1994-cü il sentyabrın 20-də Bakı şəhərində imzalanan, tarixə “Əsrin müqaviləsi” kimi daxil olmuş, Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında müqavilə dayanır. Bu, Azərbaycanın enerji siyasətinin əsas ana sütununu təşkil edir. Müqavilə imzalandığı dövrdə – 1994-cü ildə Azərbaycan praktiki olaraq siyasi və iqtisadi blokada vəziyyətində idi. Bu çətin vəziyyətdə ulu öndər Heydər Əliyev yeddi ölkədən on bir xarici neft şirkətini inandırmağa müvəffəq oldu ki, yenicə müstəqillik əldə etmiş gənc bir dövlətə sərmayə qoysunlar. Tarixdə ilk dəfə olaraq xarici şirkətlər Xəzərdəki neft və qaz yataqlarının işlənilməsində iştirak etməyə başladılar. “Əsrin müqaviləsi” Azərbaycanın dünyaya açıq ölkə olduğunu nümayiş etdirdi. Bu müddətdə Azərbaycanın yeni neft strategiyası və onun doktrinası uğurla başladı. Azərbaycan Heydər Əliyevin cəsarəti və müdrikliyi sayəsində dünyada özünü təsdiq edə bildi.

Bununla yanaşı, enerji təhlükəsizliyi regional tarazlıqlara və tarixi dostluq münasibətlərinə də böyük təsir göstərmək imkanlarına malikdir. Məsələn karbohidrogen ehtiyatlarının əksəriyyətinin yerləşdiyi ölkələr əsasən öz xarici siyasətlərində digər enerji güclərinin gələcəyini təhlükə altına salmaq və qütbləşməyə doğru aparmaq kimi bir xətti əsas tuturlar ki, Azərbaycan bu siyasi xətdən tamamilə uzaqdır. Həm də geniş enerji mənbələrinə sahib olmaq həmişə güclü olmağın və enerji gücü olmağın göstəricisi deyil. Müxtəlif ölkələrin enerji siyasətlərini təhlil edərkən onların iqtisadi və siyasi dividentlərinin eyni olmadığını görürük. Bəzi enerji baxımından zəngin ölkələr enerji qaynaqlarını yalnız mənfəət əldə etmək üçün satır, bəziləri də siyasi maraqlarını qarşılamağa, daxili və hətta lazım gəldikdə xarici enerji infrastrukturunu inkişaf etdirməyə, ölkələrinə investisiya cəlb etməyə, bəzi qonşu ölkələrə qarşı siyasi təsir gücünü qazanmağa çalışır və s. O zaman “enerji ilə siyasət ayrılanda uğur əldə edilə bilər” tezisini əsas tutsaq Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycan təşəbbüskarı və tərəfdaşı qismində çıxış etdiyi enerji layihələrində enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti öz siyasi xəttində əsas tutur, istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa çalışır və enerjini siyasi alət kimi istifadə etmir. Bu mühüm faktları əsas götürərək Azərbaycan Respublikası hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərmişdir və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış etmişdir. Azərbaycanın atdığı addımlar Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi konsensusun əldə edilməsinə xidmət etmişdir. Xəzər dənizində bölgü məsələləri üzrə sahilyanı ölkələr arasında dialoq üçün həm ikitərəfli, həm də çoxtərəfli formatlara üstünlük verilmişdir. Müəyyən zaman çərçivələrində Azərbaycanın ayrılıqda Qazaxıstan və Rusiya ilə ikitərəfli və üçtərəfli formatda birlikdə bu ölkələrin hamısı arasında Xəzər dənizinin dibinin bölünməsi üzrə müvafiq razılaşmalar əldə olunmuşdur. Bu isə mahiyyət etibarilə bütün sahilyanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə beştərəfli formatda aparılan prosesə güclü təkan vermişdir. Eyni zamanda, Xəzər dənizinin hüquqi statusu üzrə ümumi razılaşma əldə olunmuşdur ki, bu da göstərir ki, Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiya məqsədyönlü və əsaslıdır.

Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanmışdır ki, bu, olduqca mühüm əhəmiyyətli bir tarixi hadisə olmaqla yanaşı, həm də Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu “Dostluq” yatağı iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimizin bu işlərdə olduqca böyük əməyi var. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə uzun illər onun işlənilməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb. Bu baxımdan da razılaşmanın əldə edilməsi, eyni zamanda, Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir. 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə toplantısı ərəfəsində bu memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığı daha da genişləndirəcək.

Şəbnəm Həsənova bildirib ki, yatağın “Dostluq” adlandırılması təsadüfi xarakter daşımır. Bu, iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Sözügedən sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Sənəd, eyni zamanda, iki ölkə arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu gün dünyanın bir çox yerində qeyri-sabitlik, terrorizm və inhisarçılıq enerji təhlükəsizliyinə böyük təhlükə yaradır. Enerji mənbələrinin varlığını hökumət üçün siyasi bir vasitə kimi qəbul edirlər ki, bu da klassik bir yanaşmadır. Belə ki, uzunmüddətli təhlillər göstərir ki, köhnə “enerji mənbələri siyasi bir vasitədir” fərziyyəsi artıq geridə qalır və yeni “enerji resurslarının rasional idarə edilməsi siyasi bir vasitədir” ifadəsi daha düzgün hesab edilir ki, Azərbaycan da klassik yox, müasir dövrün tələblərinə uyğun olaraq ikinci yanaşmanı əsas tutur. Bu konstruktiv xətti əsas tutaraq əminliklə deyə bilərik ki, sənəd, həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Burada əsas götürülməli bir məsələ də odur ki, ölkə nə qədər enerji mənbəyinə sahib olsa da yaxşı qərar qəbuletmə və koordinasiyalı şəkildə qurulmuş enerji siyasəti yoxdursa bunların heç birinə nail ola bilməzsiniz. Bu baxımdan da əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji strategiyası uzaqgörənlik, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə Prezident İlham Əliyev tərəfindən uğurla icra olunur.

Prezident İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. Nəzərə alsaq ki, bu layihə də çox böyük beynəlxalq və regional əhəmiyyətə malikdir, o zaman sözügedən sənəd Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaradır.




Baxış sayı: 826
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 20:00 WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub Dünən, 19:00 Azərbaycan və Özbəkistan HHQ-ləri arasında əməkdaşlıq inkişaf etdiriləcək Dünən, 18:00 Orta Şərqdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb Dünən, 17:00 QHT Agentliyinin məsul şəxsləri bir qrup QHT təmsilçiləri ilə birlikdə WUF13-ün keçiriləcəyi ərazi ilə tanış olublar Dünən, 17:00 NATO ölkələrinə çağırış Dünən, 11:00 Azərbaycan bu ölkələrlə yaşıl enerji dəhlizi üzrə əməkdaşlığı genişləndirir Dünən, 10:00 Azərbaycan filmi İtaliyada beynəlxalq festivalda təqdim olunub Dünən, 10:00 “Euronews” telekanalı Bakıda keçiriləcək WUF13 ilə bağlı xüsusi material hazırlayıb Dünən, 09:30 Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salınıb Dünən, 09:00 WUF13: Bakıda keçiriləcək forumun gözləntiləri və strateji əhəmiyyəti 12-05-2026, 19:30 “Türk dillərinin tibb terminləri sözlüyü” kitabının təqdimatı keçirildi- FOTOLAR 12-05-2026, 18:30 President Ilham Aliyev’s speech during meeting at first residential complex in Zangilan in world media spotlight 12-05-2026, 17:00 “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” 12-05-2026, 17:00 Yol təhlükəsizliyi ilə bağlı xəbərdarlıq 12-05-2026, 12:00 Bu ölkənin teleməkanında separatizmə dəstək tezisləri mütəmadi olaraq davam edir 12-05-2026, 11:30 “Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb 12-05-2026, 10:30 Qobustanda gənc müəllimlər arasında yarış keçirilib 12-05-2026, 10:00 Bakıda “Qarabağ və Şərqi Zəngəzurda urbisid, mina çirklənməsi və dirçələn həyat” mövzusunda fotosərgi 12-05-2026, 09:30 Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etməyi düşünür 12-05-2026, 09:30 Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər 12-05-2026, 08:00 Türkiyə mediası: Heydər Əliyevin Azərbaycan tarixindəki rolu danılmazdır 11-05-2026, 11:00 FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar 11-05-2026, 10:30 Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündən görüntülər paylaşılıb 11-05-2026, 09:30 QHT Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib 10-05-2026, 18:00 Ulu Öndərin İrsi: gələcək nəsillərə müqəddəs əmanətidir 10-05-2026, 15:00 "İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır" 10-05-2026, 12:30 Şair, publisist Ağatahir Cəbirli: Torpaq oğluyam! 10-05-2026, 11:30 Birinci vitse-prezident Mehriban Əliyeva : "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır" 10-05-2026, 11:00 TDT-nin Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda təşkil olunacaq 9-05-2026, 11:30
Köşə yazarları
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031