FACT-INFO.AZ » AKTUAL » Professor Surxay Musayev: “Vətən müharibəsi və COVİD- 19 pandemiyası zamanı bütün tibbi heyət üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirdi”
21-01-2021, 14:15 | AKTUAL
Professor Surxay Musayev: “Vətən müharibəsi və COVİD- 19 pandemiyası zamanı bütün tibbi heyət üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirdi”

- Surxay müəllim, rəhbərlik etdiyiniz bu klinika COVD-19 pandemiyası ilə əlaqədar olaraq “Pandemiya klinikası” kimi fəaliyyət göstərir. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası bu missiyanı necə yerinə yetirir?

-2020-ci ilin mart ayından Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası COVD-19 xəsətələrinin müalicəsi ilə əlaqədar fəaliyyət sisteminə keçib. İlk öncə koronavirusun müalicəsində nəzərdə tutulan bütün texniki tibbi avadanlıqla klinikamız təmin edildi. Burada müasir tibbi avadanlıqlarının olması mütərəqqi müalicə üsulları ilə xəstələri müalicə etməyə imkan verdi. Bütün bu proseslər, həkimlərimizin, tibb heyətinin səyi nəticəsində bura gətirilən xəstələrin böyük hissəsi sağalıb geri qayıtdı. Bu xəstəlikdən dünyalarını dəyişənlər oldu. Həmin xəstələr çox gecikmiş, ağırlaşmış halda klinikaya gətirilənlər idi. Fədakər həkimlərimiz maksimum çalışıb onların həyatını xilas etməyə səy göstəriblər.

-COVD-19 pandemiyası ilə mübarizədə müəyyən insanlarda inamsızlıq da var idi. Hətta bəziləri əks təbliğat aparırdılar. Bu amillər sizin işinizə mane olurdumu?

-Təəssüf ki, bəzi qüvvələrin insanlar arasında inamsızlıq yaratması, bəzi həkimliyə aid olmayan şəxslərin, belə demək mümkünsə ara “həkimlərinin” koronavirusa tutulmuş insanlara “müalicə” təyin etməsi nəticədə COVD-19 xəstələrinin ağırlaşmasına gətirib çıxarırdı. Məhz bunun nəticəsində bəzi hallarda bizim klinikaya təcili yardaımla çox ağırlaşmış xəstələr gətirilirdi. Həkimlərimiz bu xəstələrin sağalması üçün əllərindən gələni edirdilər.Təəssüf ki, kecikmiş, ağırlaşmış xəstələri bəzən sağaltmaq çətin olur. Ona görə hər kəs pandemiya ilə bağlı mövcud tələblərə riayət etməlidir, məsuliyyətlə davranmalıdır. Zamanında xəstəliklə bağlı həkimə müraciət olunmalıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın,Ümumdünya Səhiyyə Təşkilatının, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİBin müəyyən etdiyi təlimatlara, tövsiyələrə əməl etmək lazımdır. Koronavirus əlamətləri olan hər bir kəs zamanında həkimə müraciət etməlidir.

-Məlumdur ki, yanvarın 18-dən başlayaraq ölkəmizdə COVD-19 əleyhinə peyvəndləmə prosesinə başlanılıb. Vaksinasiya ilə bağlı fikirləriniz necədir?

-Dünya tarixində epidemiyalar çox olub. Məlumdur ki, keçən əsrin əvvəllərində ispan qripi 50-100 milyon aralığında insanın həyatına son qoyub. Ondan qabaqkı dövrlərdə vəba, çiçək,malyariya və s. epidemiyalar olub. Bunların böyük əksəriyyətinin aradan qaldırılmasında vaksinlər kömək edib. Peyvəndlərlə bağlı mən bir daha vurğulamaq istəyirəm ki, peyvəndləmə vacibdir. Bir qrup insanlar peyvəndin əleyhinədirlər. Düşünürlər ki, hansı peyvənd tətbiq olunacaq, yaxud peyvəndin zərərləri çoxdur. Lakin digər epidemiyaların təcrübəsi göstərir ki, peyvənd olunmadan koronavirusdan qurtulmaq çətin olacaq. Əgər normal həyat tərzinə qayıtmaq istəyiriksə, vaksinasiya bunun çıxış yoludur. Dövlətimiz insanların sağlam həyata qayıtması üçün bütün mümkün olanları edir. Ona görə, hər bir vətəndaş üzərinə düşən məsuliyyəti düzgün dərk etməlidir. Bütün gigeynik tələblərə riayət etməklə bərabər vaksinasiyada iştirak etməlidir.

-Koronovirusla mübarizədə xeyli sayda həkimlər, tibb işçiləri dünyalarını dəyişdi. Onların statusu, ailələrinə hər hansı förmada dəstək nəzərdə tutulurmu?

-Azərbaycan Respublikası ötən il Vətən müharibəsi apardı. 44 günlük müharibə nəticəsində Cənab Prezidentimiz, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız düşmən tapdağından azad olundu. İndi görürük ki, işğaldan azad olunmuş ərazilərimizi vəhşi düşmənlərimiz hansı bərbad vəziyyətə salıb. Məhz bu torpaqlarımızda quruculuq işlərinə başlanılıb. Heç şübhəsiz ki, dövlətimiz belə vaxtda gözəgörünməyən düşmən olan COVD-19 pandemiyasına qarşı mübarizəyə vəsait ayırır. Koronavirusa qarşı mübarizədə öz həyatlarını itirən xeyli sayda tibb işçilərimiz, həkimlərimiz oldu. Mən düşünürəm dövlətimiz tərəfindən onların da statusu müəyyən olunacaq. Torpaqlarımızın azad olunmasında dünyasını dəyişən bütün şəhidlərimizə, koronavirusa qarşı mübarizədə öz həyatlarını itirən həkimlərimizə və digər tibb işçilərimizə Allahdan rəhmət diləyirəm. Onların hər biri müqqədəs amallar uğrunda canlarından keçiblər.Onu demək istərdim ki, Vətən müharibəsi zamanı bizim klinika cəbhədə yaralanan, müxtəlif xəsarəti alan hərbiçilərimizin tam mülalicəsi ilə bağlı səfərbər olmuşdu. Bütün tibbi heyət üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirdi.

-COVD-19 pandemiyası təbii ki, nə zamansa başa çatacaq. Bu virus insan sağlamlığında müəyyən mənfi iz qoyması da mümkündür. Necə düşünürsünüz gələcəkdə bu məqamların elmi tədqiqi nəzərdə tutulurmu?

-Təbii ki, klinika rəhbəri kimi, elm adamı kimi bu sahədə tədqiqatlar haqqında düşünürəm. Çünki bu xəstəliyə tutulan insanlarda müəyyən izlərin qalması, yad cisimlərin pandemiyadan xilas olmuş orqanizmlərdə fəsadlarının olması mümkündür. Hesab edirəm ki, bu məsələlər tibb alimləri tərəfindən geniş tədqiq olunmalıdır. Cəmiyyətdə, xəstəliyə tutulan və yaxud tutulmayan insanlar arasında geniş tibbi maarifləndirmə işi aparılmalıdır. Ümumiyyətlə, tibbi maarifçilik işi hər zaman aktual olub. Müxtəlif formalı viruslar hər zaman olur. Ona görə, cəmiyyətin məlumatlı və tibbi təfəkkürü zəngin olmalıdır.

Fact-info.az




Baxış sayı: 2 889
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30