FACT-INFO.AZ » CƏMİYYƏT » Kompleks yanaşma, innovativ təşəbbüslər medianı xilas edə bilər
18-01-2021, 18:10 | CƏMİYYƏT
Kompleks yanaşma, innovativ təşəbbüslər medianı xilas edə bilər

Əlqərəz keçmişi qamçılamaq yox, keçmişdən ibrət dərsi götürmək lazımdı.

Mediada proseslərin gedişatı və narahatedici reallıqlarla bağlı bəzi məqamlara nəzər salmaq istərdim. Ümumiyyətlə, media sisteminin təmərküzləşməsinə, bu sahədə davamlı islahatların aparılmasına böyük ehtiyac var.

Ənənəvi medianın problemləri ilə bağlı çox danışılıb, yazılıb. Çap mətbuatı haqqında səslənən bədbin proqnozlar sonda reallığa çevrilir. Bu gün deyəsən, çap mətbuatı ilə bağlı vəziyyətdən çıxmaq üçün heç Əlləddinin sehirli çırağı da köməyə gəlməyəcək. Dünyada olduğu kimi Azərbaycanda da qəzetlərin perspektivi gündən-günə azalır. Rentabelliyini itirən bu sahəyə sərmayə yatırmağa ehtiyac varmı?

Kimin necə düşünməsindən asılı olmayaraq media özü-özlüyündə bir biznes sahəsidir. Yəni məhsul bazarın tələblərinə uyğun olmalıdır. Tələb və təklif bir-birini tənzimləməlidir. Əlqərəz, bugün qəzet var, onun satışı isə yoxdur. Məhsul satılmırsa deməli, bu biznes sahəsi rentabelliyini itirəcək.

Normal iqtisadi mühitdə belədir ki, hər bir məhsul istehsal olunarkən marketoloqlar ilk öncə bazarı öyrənib təlabatı müəyyən edirlər. Hərçənd ki, bizdə marketinq-təhlil mərkəzlərinin yetərincə oturuşmaması tək qəzet bazarında deyil, digər sahələrdə də özünü göstərir. Bəzi insanlar düşünürdülər ki, elektron kitabxanalar yarandığına görə, kitablar satılmaycaq. Ancaq araşdıranda görürük çap olunmuş kitablar alınır, oxunur .

Bəs, çap olunmuş qəzetlər niyə satılmır? Bunun səbəbləri təbii ki, çoxdur.

Bu gün baş verən hadisələr haqqında məlumatları internet saytlarından elə həmin andaca əldə edirik. Bu eşitdiyimiz, oxuduğumuz məlumatları olduğu kimi sabah qəzetlər çap edir. O zaman belə sual yaranır, bu, qəzeti mən niyə almalıyam? Bəlkə də mən səhv edirəm. Qənaətim belədir ki, qəzet satışında yaranan problemlərin bir qismi bundan qaynaqlanır. Tezliklə qəzetlərin sıradan çıxması özü-özlüyündə ciddi itki olar. Ona görə də, çap mətbuatının perspektivi naminə bir sıra addımlar atılmalıdır.

Qəzetə bazar elementi kimi baxaraq daha fərqli yanaşmalar tətbiq olunmalıdir. Dövlətə yük olan bəzi çap mətbuatının (bir sıra qəzetlərin) birləşdirilməsi effektli olar. Bundan əlavə qəzetlər daha çox səhifəli, jurnal formatına uyğun, zəngin yazılarla oxucunun görüşünə gəlməlidir. Necəki oxucu dəyəri olan kitaba pul verir, eləcə də, internetdə tapa bilmədiyi, geniş həcmli, cəmiyyəti düşündürən məqalənin çap olunduğu qəzetə pul verəcək. Həmçinin paytaxtda və regionlarda qəzet yayımı, satışı ilə bağlı mövcud problemlər həllin tapmalıdır.

Onu da unutmaq olmaz ki, cəmiyyətdə çox mənfi imici olan reket jurnalistikasına qarşı aparılan mübarizənin metodologiyası dəyişməlidir. Bu məsələlər hüquqi müstəvidə həllini tapmalıdır. Hərçənd ki, bu gün mətbuatın əsas problemi reket jurnalistikası deyil. Problemi doğuran səbəblər aradan qalxdıqca reketçilikdə öz həllini tapar.

Ötən illər ərzində Mətbuat Şurası reket jurnalistikasının qarşısını almağa çalışaraq papağını günə verdi. Reket jurnalistikası var. Haqlı olaraq onları ifşa etmək lazımdır. Əslində onların məsələsi hüquq mühafizə orqanlarının məşğul olacağı sahədir.

Həmçinin medianın savadlanması məsələsi üzərində düşünmək lazımdır. Çünki zaman- zaman çox intellektli insanlar media sahəsini incidilərək və yaxud başqa səbəblərdən tərk edib. Əvəzində təsadüfi şəxslər mediaya gəlib. Bu daha çox telekanallarda acınacaqlı şəkildə hiss olunur. Əlqərəz fədakar, öz peşəsini ləyaqətlə davam etdirən, heç zaman qələmini və qürurunu qırmayan jurnalistikanın qorunub saxanması, inkişafı üçün və həmçinin dövlətimizin strateji maraqları naminə medianın maddı texniki bazası zənginləşməli, medianın iqtisadiyyatı formalaşmalıdır.

Medianın iqtisadiyyatı müstəqil reklam bazarının inkişafı ilə bağlıdır. Ona görə hədəf reklam bazarının problemlərinə yönəlməlidir. Azərbaycanın media qurumlarının təmsilçiləri reklam bazarının darlığından, reklamların bölüşdürülməsində ədalət prinsipinin pozulmasından şikayətlənirlər. Təəssüf ki, belə problemlər çox dərinləşib. Əslində Azərbaycanın iqtisadi inkişaf tendensiyasına reklam bazarının hazırkı göstəriciləri uyğun gəlmir.

Təbii ki, mövcud problemlər Azərbaycan jurnalistikasının inkişafını ləngitməklə bərabər azad bazar münasibətlərinin prinsipləri ilə ziddiyyət təşkil edir. “Reklam haqqında” qanun müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Ümumiyyətlə, bu sahə ilə bağlı inkişaf strategiyası işlənib hazırlanmalıdır. Digər tərəfdən reklam verən şirkətlərin mütəmadi olaraq reytinq göstəricisini göstərilməklə bərabər onlara maksimum güzəştlərin tətbiqi zəruridir.

Əkrəm Bəydəmirli




Baxış sayı: 2 274
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30