FACT-INFO.AZ » SİYASƏT » “Azərbaycan regional əməkdaşlığın tərəddüdsüz dəstəkçisidir”
29-12-2020, 07:15 | SİYASƏT
“Azərbaycan regional əməkdaşlığın tərəddüdsüz dəstəkçisidir”

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında keçirilmiş iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bunlar bizim işimiz üçün ümumi bir çərçivəni təşkil edir və Azərbaycan öz sədrliyində bu yanaşmaya əsaslanıb: “Ümumi hədəflərə xidmət etmək üçün sədrlik prioritetləri təyin olunub. Nəticə etibarilə, ticarət, nəqliyyat və kommunikasiya kimi perspektivli sahələrdə bizim əməkdaşlığımız daha da dərinləşib.

Biz əsasən Təşkilatımız üçün çox vacib layihə olan GUAM Nəqliyyat Dəhlizinin reallaşdırılmasına diqqət ayırdıq. Nəqliyyat Nazirlərinin sonuncu görüşü və birgə bəyanat bağlantının genişləndirilməsi üçün vacib addımdır. Artıq Nəqliyyat Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırması üçün Avropa İttifaqı ilə işləməyə başlamışıq və Aİ-nin bu layihəni dəstəkləməyə marağını yüksək qiymətləndiririk”.

O qeyd edib ki, GUAM-ın daha bir qabaqcıl təşəbbüsü - azad ticarət sazişi ilə bağlı danışıqlar davam edir: “Layihənin bütün üzv dövlətlərin maraqlarına və gözləntilərinə uyğun şəkildə inkişaf etməsi çox vacibdir.

Biz beynəlxalq təşkilatlarla GUAM formatında səmərəli əməkdaşlıqdan və birgə fəaliyyətlərin əlaqələndirilməsindən məmnunuq. BMT Baş Assambleyasının hazırkı 75-ci sessiyası çərçivəsində "Birləşmiş Millətlər Təşkilatı ilə GUAM arasında əməkdaşlıq" qətnaməsi yekdilliklə qəbul edilib. Biz eyni zamanda, BMT Baş Assambleyasının "GUAM regionunda həll olunmamış münaqişələr və bunların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsirləri" ilə bağlı qətnamə layihəsinin təşviqi istiqamətində işimizi davam etdirməliyik.

Biz Aİ üzv dövlətlərinin GUAM üzv ölkələrinin Helsinki Yekun Aktında bəyan edildiyi kimi ərazi bütövlüyü, müstəqillik və suverenliyi daxil olmaqla, qaydalara əsaslanan beynəlxalq nizama, beynəlxalq hüquqa öhdəliklərini təsdiqlədikləri 2020-ci ildən sonrakı Şərq Tərəfdaşlıq siyasətinə dair Aİ Şurası Nəticələrini alqışlayırıq. GUAM üzv dövlətlərinin mövzu ilə bağlı yekdil mövqeyi çox mühüm əhəmiyyət kəsb edib və ümid edirik ki, yuxarıda göstərilən məqamlar 2021-ci ilin martında keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannamə layihəsində də aydın şəkildə öz əksini tapacaq”.




Baxış sayı: 818
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30