FACT-INFO.AZ » SİYASƏT » Quram Marxuliya: Prezident İlham Əliyev yüksək liderlik keyfiyyətlərinə malik tarixi şəxsiyyətdir
26-12-2020, 10:10 | SİYASƏT
Quram Marxuliya: Prezident İlham Əliyev yüksək liderlik keyfiyyətlərinə malik tarixi şəxsiyyətdir

Bu sözləri AZƏRTAC-ın Gürcüstan bürosuna müsahibəsində gürcü tarixçi alim, Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti Quram Marxuliya söyləyib.

O deyib ki, müstəqil dövlət quruculuğuna, siyasi sabitliyin möhkəmləndirilməsinə, yüksək iqtisadi artım templərinə nail olmaq, Azərbaycanın qısa müddətdə dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına qoşulması Prezident İlham Əliyevin xidmətidir.

Onun sözlərinə görə, son 30 ildə gedən proseslər göstərdi ki, yeni Azərbaycanın böyük salnaməsini yazmaq, xalqın konsolidasiyasının, sülhün və harmoniyanın möhkəmlənməsi, habelə ölkənin düzgün xarici siyasət kursunun dəqiq müəyyənləşdirilməsi Azərbaycanın beynəlxalq aləmdə yeni qələbələrinə səbəb olan bir prosesdir. Ən maraqlısı isə ondadır ki, bütün bu nailiyyətlər olduqca mürəkkəb geosiyasi reallıqlar fonunda əldə edilib.

Tarixçi alim bildirib ki, ötən illər ərzində Azərbaycan yalnız gələcəyi üçün deyil, keçmişi üçün də mübarizə aparıb, tarixini qoruyub. Azərbaycanın yeni elmi, milli siyasət konsepsiyasının və təbliğatının həyata keçirilməsində mühüm işlər görülüb. Bu cəhətdən vətənpərvərlik Azərbaycan xalqının həyatında mühüm yer tutub.

Marxuliya vurğulayıb ki, müasir dünyada təbliğat silahlarının dövlətin potensial düşmənə qarşı metod və fəaliyyət arsenalında mühüm amil olduğunu dəqiq bilən lider, praqmatik siyasətçi İlham Əliyev milli maraqların və milli təhlükəsizliyin təmin olunması üçün çox böyük işlər görüb, Azərbaycanın hərbi gücünü inkişaf etdirib.

Dünya tarixinin təcrübəsi göstərir ki, resursların hazırlanması, toplanması və səfərbər edilməsi dövlətin hərbi təhlükəsizliyinin möhkəmləndirilməsi ilə sıx vəhdətdədir. XX və XXI əsrin əvvəllərində baş verən müharibə vasitələri və üsullarındakı genişmiqyaslı dəyişikliklər, qələbə qazanmaq üçün hərbi təlim keçmiş ehtiyatın əhəmiyyətini azaltmadı.

Ötən üç onillikdə Azərbaycan rəhbərliyi dünya birliyindən Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasını istədi. Lakin dünya birliyi bu çağırışa qulaq asmadı. Bu illər ərzində Azərbaycanın əsas diplomatik səyləri Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasına yönəlmişdi. Bu, tamamilə təbiidir, çünki ölkənin ərazi bütövlüyünün bərpası Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioriteti və vəzifəsi idi. Diplomatik cəbhədə rəsmi Bakı həm dünyanın aparıcı oyunçuları, həm də nüfuzlu beynəlxalq strukturları ilə fəal işlərini davam etdirdi.

Tarixçi alim deyib: “Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün erməni terroruna qarşı mübarizə aparırdı. Ermənistanın azğın və səriştəsiz rəhbərliyinin Azərbaycana qarşı hücumları, təhqiramiz hərəkətləri cavabsız qalmadı. Cəmi 44 günlük müharibə göstərdi ki, Azərbaycan artıq 90-cı illərin əvvəllərindəki zəif Azərbaycan deyil. Azərbaycan iqtisadi, siyasi, hərbi və diplomatik sahələrdə sözə, nüfuza və gücə malik qüdrətli dövlətə çevrilib. Ən başlıcası isə onun əsl liderə məxsus bütün parametrləri özündə cəmləşdirən Prezidenti, Ali Baş Komandanı var. Məhz həmin liderin – Prezident İlham Əliyevin qətiyyəti sayəsində xalq arzusuna çatdı, torpaqları işğaldan azad olundu. Bununla da dünya birliyi güclü və qüdrətli Azərbaycan dövlətini tanıdı və artıq onunla hesablaşmağın vacibliyini dərk etdi.

Mərkəzin rəhbəri onu da bildirib ki, Azərbaycanın 44 günlük müharibədə tarixi və misli görünməmiş qələbəsi təkcə bir xalqın deyil, qonşu xalqların, dövlətlərin və bütövlükdə regionun inkişafına, çiçəklənməsinə rəvac verəcək.




Baxış sayı: 1 031
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30