FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Qarabağın memarlıq abidələri rəssamların əsərlərində
12-12-2020, 09:45 | MƏDƏNİYYƏT
Qarabağın memarlıq abidələri rəssamların əsərlərində

Bir qərinəyə yaxın çəkən bu həsrətə son qoyulsa da, biz yenə də həmin tikililərin durumundan narahatlıq keçirməkdəyik. İşğaldan azad olunmuş yerlərin ictimailəşdirilən görüntüləri bizə onların əksəriyyətinin bədxahlarımız tərəfindən vəhşicəsinə məhv edildiyini göstərir. Erməni vandallarının toxunmadıqları daha çox xristian tikililəridir.

Bu bədxahlar hələ də qanmaq istəmirlər ki, həmin dini abidələr ermənilərə-qriqoryanlığa heç bir dəxli olmayan Alban memarlığı nümunələridir. Onlar unutmağa çalışsalar da, tarix vətənsizliklərini dəfələrlə təsdiqləyən bu tayfanın "Gülüstan" (1813) və "Türkmənçay" (1828) müqavilələrindən sonra Azərbaycana köçdüklərini, hətta Cənubi Azərbaycandan gəldiklərini Qarabağda (Ağdərə rayonunun Marağa kəndində) ucaltdıqları "Marağa-150" abidəsi (Hadisələr başlananda onu söküblər) ilə etiraf da ediblər.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də əminliklə vurğuladığı kimi, biz heç şübhəsiz, dağıdılmış nə varsa, hamısını bərpa edəcəyik. Qənaətimizcə, bu işdə bərpaçılara həmin abidələrin yerli və xarici ölkə rəssamları tərəfindən zamanında çəkilmiş təsvirləri yardımçı olacaqdır. Bu gün sizlərə onların bəziləri haqqında məlumat verməklə, belə abidələrin xalqımız üçün nə qədər qürurverici mənəvi dəyər olduğundan söz açmaq istəyirik...

Hər bir xalqın qədimliyini təsdiqləyən mənbələrin sırasında daşdan yaradılmış memarlıq tikililərinin xüsusi yeri vardır. Çox qədimlərdə zamansızlığa qovuşmuş belə memarlıq nümunələrinin "daşlaşmış poeziya"ya bənzədilməsinin kökündə ilk növbədə onların insan ağlını ovsunlayan gözəlliyə bələnməsi və bəşəriyyətə bu günə kimi sonsuz estetik duyğular bəxş etməsi durur. Çoxəsrlik tarixə və özünəməxsus bədii ənənələrə malik olan Azərbaycanımızın - Qarabağımızın "tanınma nişanı"na çevrilə biləcək belə memarlıq abidələri ilə zəngin olması danılmazdır.

Rusiyalı məşhur fırça ustası V.Vereşaginin Sankt-Peterburqdakı nüfuzlu Rus muzeyinin kolleksiyasında saxlanan bir neçə qrafik lövhəsi Şuşa ünvanlı gözəl sənət nümunələrindən sayılır. Bu əsərlərdə milli adət-ənənələrlə yanaşı, şəhər mənzərələri də təsvir olunub. 1864-1865-ci illərdə Şuşada olan rəssamın çəkdiyi "Şuşa qalası" və "Yuxarı Gövhər ağa məscidi" lövhələrində ağ-qara cizgilərin vasitəsilə yerli sənətkarların ərsəyə gətirdikləri "daş möcüzələri" yaddaqalan biçimdə bədiiləşdirilmişir.

Milli qürur saxlancımız kimi dəyərləndirilən memarlıq abidələrimizə əhatəli maraq göstərənlər arasında İvan Şeblıkinin fəaliyyəti də xüsusilə seçilir. Bəs Azərbaycan təsviri sənət tarixini zənginləşdirməyə layiq olan həmin sənət əsərlərinin müəllifini bu torpaqla bağlayan nə olmuşdur?

Məlumat üçün bildirək ki, Qafqazşünas kimi də tanınan İvan Şeblıkin Azərbaycana 1928-ci ildə gəlmişdi. Onu Bakıya respublikada tarixi və mədəniyyət abidələrinin geniş tədqiqinə və bərpa işlərinə başlanması ilə bağlı dəvət etmişdilər. Kazan incəsənət məktəbinin bədii-memarlıq şöbəsini bitirən İ.Şeblıkin, Şimali Qafqazda zəngin təcrübə toplayandan sonra Bakıya üz tutmuş və burada bir-neçə il fəaliyyət göstərmişdir. Uzun müddət Azərbaycanda çalışan İ.Şeblıkinin Azərbaycan Milli İncəsənət Muzeyində və Milli Azərbaycan Tarix Muzeyində qorunan rəngkarlıq və qrafika əsərləri ciddi əhəmiyyət daşıyır.

Onun təsvir etdiyi memarlıq abidələrinin bir çoxunun artıq mövcud olmadığını nəzərə alsaq, onların, sözün əsl mənasında, həm də tarixi mahiyyət daşıdığını söyləyə bilərik. Bu mənada onun Qarabağa həsr etdiyi əsərlər arasında "Mir Əli türbəsi", "Horadizdə türbə", "Əsgəran qalası", "Laçın. Daş abidə" və "Ağdamda Pənah xan türbəsinin qalıqları" xüsusi əhəmiyyət kəsb edir.

Adları çəkilən lövhələrdə hər biri xalqımızın qürur qaynağına çevrilmiş abidələrimizin rəssam tərəfindən əyaniləşdirdiyi bədii tutum duyulası dərəcədə cəlbedici və yaddaqalandır. Bunun rəssam tərəfindən axıcı cizgi və rəng ahəngdarlığı ilə əldə etməsi də görünəndir...

Rəssamların xalq arasında "Musiqi beşiyi" kimi tanınan Şuşa abidələrinə münasibəti də özünəməxsusdur. Q.Əlizadənin "Şuşa" və "Şuşa. İbrahimin qalası" lövhələri bu qəbildəndir. Sulu boya ilə çəkilmiş hər iki əsərdə şəhərin panoram xarakterli təqdimatı tamaşaçı gözü qarşısında qədim yurdun bir parçasını canlandırır. Tikililərin arxasındakı yaşıllığın arasından göyə ucalan məscidin qoşa minarəsi, möhtəşəmliyi diqqət çəkən şəhər divarlarına xüsusi möhtəşəmlik bəxş edən qalanın görüntüsü, həmin obyektlərin nə qədər əhəmiyyətli olduğunu duymağa imkan verir.

Zamanında Şuşanın memarlığı haqqında elmi əsər yazan Əməkdar incəsənət xadimi Elturan Avalovun o vaxtdan şəhərin tikililərinə məhəbbət dolu münasibəti davamlı olmuş və bu vaxta qədər çoxlu sayda qrafik lövhələr yaratmışdır. Əlavə edək ki, memar-rəssamın şəhərə sonsuz sevgisinin kökündə həm də anası Məhbubə xanımın əslən Şuşadan olması dururdu. Bir yaşından başlayaraq ömrünün müxtəlif illərini Şuşada keçirən və buranın hər məhəlləsinə bələd olan E.Avalov sonralar əslində, özünün uşaqlıq və gənclik dövründə yaddaşına hopan təəssüratlarına bədii tutum vermişdir. Onun "şəhər-qala"nın memarlıq incilərinə yaradıcı memar-rəssam münasibətindən Şuşanın cəlbediciliyi və ecazkarlığı ilk baxışdan duyulan "memarlıq salnaməsi" yaranmışdır.

Şəhərin iyirmiyə qədər məhəlləsində yerləşən və milli memarlıq ənənələrimiz əsasında ucaldılan orijinal biçimli tikililər, Şuşanın və ətrafının gözoxşayan guşələri, o cümlədən, Cıdır düzü, Daşaltı, "Xəzinə qala" mağarası və digər təbii gözəllik qaynaqları onlarla üz-üzə, göz-gözə qalan memar-rəssamın heyrət qaynağına çevrilmişdir. Gördüklərini rəng və cizgilərlə ifadə edən Elturan Avalov həm də yüksək inşa sənətkarlığının ifadəsi olan şəhər tikililərinin rakurs rəngarəngliyi və bədii münasibət özünəməxsusluğu ilə cəlbedici görüntülərini yarada bilmişdir.

E.Avalovun "Şuşa" adlı qrafik silsiləsi qısa zaman distansiyasından belə tarixi mahiyyət daşıdığını təsdiqləmişdir. Çünki şəhərin 1992-ci ilin 8 mayında işğalından sonra burada əvvəllər rəsmi qeydiyyata alınmış 170 memarlıq və 160 incəsənət abidəsinin taleyindən tam xəbərimiz yoxdur. İndiki halda isə memar-rəssamın ərsəyə gətirdiyi bu qrafika nümunələri duyulası dərəcədə bədiiləşdirilməsinə baxmayaraq, özündə həmin tikililərin orijinal forma-biçimində hifz olunan şaşırdıcı estetik tutumu və dövrün tarixini yaşatmaqdadır. Pənahəli xanın qəsri (XVIII əsr), Gəncə qapısı (1750-1770-ci illər), Qara Böyükxanımın qəsri (XVIII əsrin ikinci yarısı), İbrahim Xəlil xanın qəsri, Xan sarayı, Saatlı məscidi, Mehmandarovların mülkü (XVIII əsr), Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər Ağa məscidi (XVIII-XIX əsrlər), Xurşudbanu Natəvanın evi (XIX əsr), "Xan qızı"nın tikdirdiyi karvansara (XIX əsr), Xan qızı bulağı (XIX əsrin ortaları), Molla Pənah Vaqifin məqbərəsi (1982-ci il) vurğuladığımız bədii-estetik məziyyətləri özündə yaşadan abidələrdəndir.

Çox vaxt sənətkarlarımızın zamanında yaşadıqları dövrə "bədii güzgü" tutmaqda gecikmələrinin qarşılığında Elturan Avalovun ağ-qara cizgilərdən "boylanan" əsərlərini həm də onun yaradıcı-vətəndaş mövqeyinin nümayişi saymaq olar. Rəssamın Şuşa ünvanlı lövhələrində tarixiliklə bədiiliyin uğurlu sintezinin mövcudluğu yəqin ki, silsilənin əhəmiyyətini artıran amillərdəndir. Odur ki, tamaşaçı onların hər biri ilə üz-üzə, göz-gözə qalanda təkcə milli memarlarımızın yaradıcı təxəyyülünə heyranlığını ifadə etməyib, həm də daşlarda hifz olunan bənzərsiz gözəlliyi dərindən duymaqla, yaddaqalan biçimdə bədiiləşdirməyə nail olan rəssamın sənətkarlığını yüksək dəyərləndirirlər.

Sayı 50-yə çatan və tuş - pero texnikasında ərsəyə gətirilən bu qrafik lövhələrdə Elturan Avalov dəst-xətti və ifadə üslubu kifayət qədər duyulandır. Hər bir motivi qeyri-adiliyi ilə seçilən cizgi improvizələri ilə gerçəkləşdirən rəssam müxtəlif formalı cizgilərlə sözün əsl mənasında "daşlaşmış poetika" kimi qəbul olunan milli memarlıq tikililərinə duyğulandırıcı estetik tutum bəxş etmişdir. Onun "Yuxarı Gövhər ağa məscidi" əsəri bunun əyani nümunəsidir. Burada günəşin şüalarının qarşısını almağa çalışan buludların, minarələri səmaya ucalan məscidin, meydanın mərkəzinə yaraşıq verən daş bulağın və bütün bu gözəlliyə rəng qatan yaşıllığın bədii şərhində müəllifin nümayiş etdirdiyi sənətkarlıq-qrafik ustalıq şaşırdıcıdır... Eyni estetik təəssüratı onun böyük şövqlə yaratdığı "Gəncə qapısı", "Mehmandarovların evi", "Çuxur məhəllə", "Bəstəkar Üzeyir Hacıbəylinin evi", "Mamayi məhəlləsi", "Şeytan bazarı", "Xan qızı Natəvanın evi" və b. əsərlərindən də almaq mümkündür.

Ağ-qara cizgilərlə memarlıq abidələrinin və onların ayrı-ayrı elementlərinin, təbiət motivlərinin, müxtəlif formalı ağacların daşıdığı estetik qaynağı üzə çıxarmaq, onun cəlbediciliyinə nail olmaq nə qədər çətin olsa da, Elturan Avalov bunu çox sənətkarlıqla həyata keçirmişdir. "Zöhrabbəyovların evi", "Çuxur məhəllə", "Saatlı məhəlləsinin məscidi" və "Çuxur məhəllə meydanı" əsərlərindəki ağacların təqdimatındakı şaşırdıcı rəngarənglik kimi, "Gəncə qapısı", "Xan Şuşinskinin evi", "Mircanlı məhəlləsi", "Aşağı Gövhər ağa məscidi", "Xan evi" lövhələrində müxtəlif formalı daşlardan "boylanan" gözəllik qabarıq və yaddaqalandır.

Müstəqillik dövründə rəssamlarımızın Qarabağa həsr olunmuş əsərlərinin sayı duyulası dərəcədə artmışdır. Buna həm də Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkil etdikləri sərgi və müsabiqələr səbəb olmuşdur. Asif Azərelli, Sakit Məmmədov, İlqar Əkbərov, Əşrəf Heybətov, Səyyar Əliyev, Yavər Rzayev və Rövşən Bayramovun rəngkarlıq, Arif Hüseynov, Yusif Mirzə və Zaur Mirzəyevin qrafik əsərlərini qədim torpağı və onun tarixi-memarlıq abidələrini tərənnüm edən uğurlu sənət əsərləri hesab etmək olar...

Haqqında söz açdığımız əsərlərin yuxarıda qeyd etdiyimiz kimi yüksək dəyər daşımaları onların həm tarixi, həm də bədii əhəmiyyət daşımasındadır. Bu əsərlər həmin abidələrin bilavasitə, bütövlüyünü itirmədiyi vaxtlarda çəkildiyindən, malik olduqları görkəmlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından qiymətlidir...

Ziyadxan ƏLİYEV

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru




Baxış sayı: 1 179
DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib Bu gün, 10:30 Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb Bu gün, 10:00 Tarixin yaddaşına işıq salan alim — Qafar Cəbiyev Bu gün, 09:30 Eşqin Abbasov – Qəhrəmanlıqla ucalan ömür Dünən, 18:00 Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür Dünən, 16:30 Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya yaradılıb Dünən, 10:30 Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var Dünən, 09:00 Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib Dünən, 08:00 Qazaxıstanın Orta Dəhliz strategiyası Azərbaycan üzərindən Pakistan üçün yeni imkanlar yaradır 15-08-2026, 11:00 Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində 15-08-2026, 10:30 Azərbaycanın mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub 15-08-2026, 09:00 Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil 14-08-2026, 21:00 Quba rayonunda zəlzələ baş verib 14-08-2026, 21:00 Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation” 14-08-2026, 17:00 “Azərbaycanla münasibətlərin yeni səhifəsini birgə yazmağa hazırıq” - Səfir 14-08-2026, 16:00 Мировые медиа широко осветили заявления Президента Ильхама Алиева, сделанные в Нахчыване 14-08-2026, 14:00 Kəlbəcərdə minanın partlaması nəticəsində yaralanan şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır 14-08-2026, 11:30 Pakistan səfiri: Regionda sülhün təmin olunması üçün səylərimizi davam etdiririk 14-08-2026, 11:00 “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib 14-08-2026, 10:30 Xankəndi, Ağdərə və Xocalı ilə Rumıniyanın şəhərləri arasında əlaqələr qurulur 14-08-2026, 10:00 Xankəndi şəhərinə növbəti köç yola salınıb 14-08-2026, 08:00 Ailə arxivləri miqrasiya və demoqrafik proseslərin öyrənilməsi baxımından mühüm mənbədir 13-08-2026, 21:00 Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb 13-08-2026, 19:00 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib 13-08-2026, 17:00 Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb 13-08-2026, 17:00 President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan 13-08-2026, 15:00 Zelenski ABŞ-dən "Patriot" raketlərinin ən azı 5 faizini Ukraynaya satmağı xahiş edib 13-08-2026, 10:30 İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi 13-08-2026, 10:00 BDYPİ piyadalara müraciət edib: “Yol təhlükəsizliyi hər kəsin düzgün davranışından başlayır” 13-08-2026, 10:00 Türk dünyasında diasporun rolu müzakirə edilib 13-08-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31