FACT-INFO.AZ » XƏBƏR » Dühası haqq yolumuzu işıqlandıran dahi
8-12-2020, 21:45 | XƏBƏR
Dühası haqq yolumuzu işıqlandıran dahi

Bu nadir insanlar sırasında siyasi müdrikliyi mənəvi kamilliyi ilə öz şəxsiyyətində birləşdirmiş, adı qızıl hərflərlə müasir dünya tarixinə ümummilli lider kimi həkk olmuş, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Dahi şəxsiyyət, görkəmli siyasi xadim, böyük İnsan Heydər Əliyev haqqında, onun Azərbaycanın hərtərəfli inkişafında misilsiz xidmətləri, xalqımıza və dövlətimizə verdiyi töhfələr barədə nə qədər söhbət açsaq, nə qədər bölüşsək də, fikir və düşüncələrimiz tükənən deyil. Ümummilli liderin nəhəng, zəngin və çoxşaxəli siyasi fəaliyyətində Azərbaycanın vətəndaş rifahına təminat verən sosial dövlət modelinin formalaşması xüsusilə önəmlidir. Sosial rifah amili Ulu öndərin dövlətçilik fəlsəfəsinin əsasını təşkil etməklə ölkəmizdə sosial müdafiə sisteminin formalaşmasını təmin etmiş, Azərbaycanın milli iqtisadiyyatının inkişafında əhalinin sosial maraqlarının təminatı prinsipi onun ölkəyə rəhbərlik etdiyi dövrdə daim ön planda olmuşdur.

1993-cü ilin iyun ayında Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışı ilə Azərbaycanda dövlət quruculuğu prosesləri ilə yanaşı, sosial müdafiə siyasətinin də formalaşması və həyata keçirilməsi istiqamətində mühüm addımların atılmasına başlanıldı. “Sosial yönümlü bazar iqtisadiyyatı bizim iqtisadiyyatımızın əsas prinsipi olmalıdır” deyə bəyan edən Ulu öndərin qəbul etdiyi qərarlar onun sosial dövlət ideyasının Azərbaycanın inkişafında aparıcı amil kimi müəyyən edilməsini təsdiqlədi.

Heydər Əliyevin qəbul etdiyi qərarlar nəticəsində sosial cəhətdən həssas kateqoriyaların, o cümlədən yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi, ahıllara və tənhalara yardım edilməsi kimi istiqamətlərdə ilk və mühüm addımlar atıldı. “Biz sosial cəhətdən köməyə ehtiyacı olan insanların sosial təminatını gündən-günə yaxşılaşdırmağa çalışmalıyıq”, deyə qeyd edən Ulu öndərin təşəbbüsü və tapşırığı ilə sosial cəhətdən həssas qruplarla bağlı sosial müdafiə tədbirlərinin əhatə dairəsi xeyli genişləndirildi. Heydər Əliyevin müəllifi olduğu uğurlu sosial-iqtisadi inkişaf strategiyası, yoxsulluğun azaldılmasına və iqtisadi inkişafın təmin edilməsinə istiqamətlənən dövlət proqramları ölkəmizdə yaşlı əhalinin sosial rifahının yüksəldilməsində mühüm irəlilləyişlərə şərait yaratmış oldu.

Azərbaycan tarixinin 1993-2003-cü illəri əhatə edən şərəfli dövründə güclü sosial siyasətin formalaşdırılmasına və gücləndirilməsinə, pensiya və müavinətlərin 8 dəfə artırılmasına nail olundu, pensiya təminatı sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurularaq təkmilləşdirilməsi üçün islahatlara başlanması təmin edildi.

Heydər Əliyevin müstəqilliyini bərpa etmiş dövlətə rəhbərlik etdiyi dövrdə ahıl vətəndaşların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial və digər həyati tələbatlarının ödənilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ulu öndər tərəfindən 1994-cü ildə “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” Fərmanın, Fərmandan irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsi üçün “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” növbəti sənədin, 2001-ci ildə “Ahıllara sosial xidmət haqqında” Qanunun, pensiya təminatının yaxşılaşdırılmasına xidmət edən bir sıra vacib normativ hüquqi aktların imzalanması buna bariz nümunədir.

Ümummilli lider Heydər Əliyev tərəfindən ahıl insanlara, onların sosial müdafiəsinə daim xüsusi diqqət və qayğının göstəricisi kimi, hələ 1993-cü ildən ölkəmizdə hər il 1 oktyabr tarixində Beynəlxalq Ahıllar günü yüksək səviyyədə qeyd olunur.

Ulu öndərin yaşlı insanlara qayğılı münasibəti həmin il Beynəlxalq Ahıllar günü münasibətilə müraciətində öz əksini tapmışdı: “Ağsaqqal və ağbirçəyə hörmət bizim mənəvi-əxlaqi keyfiyyətimizdir. Babalarımızın tarixin süzgəcindən keçən belə bir müdrik kəlamı var: "Qibləsiz yerdə otur, böyüksüz yerdə oturma”. Yaşadığımız çətin dövrdə hamımızın ağsaqqal-ağbirçək məsləhətinə və nəsihətinə ehtiyacımız var. Onlar öz nüfuzlarından ümummilli məqsədlərimiz üçün istifadə etməli, gənc nəslə əsl həqiqətləri deməkdən çəkinməməlidirlər. Nəsillər arasında sağlam varislik prinsipinin formalaşması və ona əməl olunması respublikamızda əmin-amanlığın, siyasi sabitliyin möhkəmlənməsini təmin edən vacib amillərdəndir”.

Ulu öndərin 8 aprel 1998-ci ildə Qurban bayramı ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri pansionatına (Qocalar evində) səfəri, burada tam dövlət təminatında yaşayan ahıllarla görüşü, onlarla səmimi söhbəti xüsusilə yaddaqalan olmuşdur.

Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Onların sosial müdafiəsinin gücləndirilməsi, ahıllara və tənhalara böyük diqqət və qayğı “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyən ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Ulu öndərin bizə miras qoyduğu strategiya və ideyalar bu gün onun layiqli davamçısı tərəfindən uğurla davam etdirilir. İstər pensiya yaşına çatmış şəxslərin, istər ahıl və tənha insanların sosial problemlərinin həlli ilə bağlı ölkə Prezidenti hər zaman irəliyə aparacaq qətiyyətli addımlar atmışdır.

Diqqətçəkən addımlardan biri 2006-cı ildə “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” haqqında Sərəncam imzalaması olmuşdur. Bu rəsmi sənədlə ahıl vətəndaşların hüquqları artırılmış, onların ölkənin sosial-iqtisadi həyatında iştirakı təmin edilmiş, bu kateqoriyadan olan vətəndaşların sosial-mədəni tələblərinin ödənilməsi, sağlamlıqlarının qorunması və sosial müdafiəsinin təmin edilməsi, həmçinin, bu işdə ictimai bölmənin fəaliyyətinin artırılması istiqamətində ciddi tədbirlər görülmüşdür.

Ömrünü Azərbaycanın inkişafı və tərəqqisi uğrunda mübarizəyə həsr edib azərbaycanlı olması ilə daim fəxr edən Ulu öndərimiz Heydər Əliyevin bizi cismən tərk etdiyi gündən 17 il keçsə də, bu dahi şəxsiyyətin əziz xatirəsi, ona olan yüksək ehtiram daim qəlbimizdə yaşayır, parlaq dühası haqq yolumuza işıq saçır. Bu işıq əbədidir... Azərbaycanın dövlət müstəqilliyi əbədi olduğu kimi.

Ruhiyyə Məmmədova

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri




Baxış sayı: 1 004
Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930