FACT-INFO.AZ » XƏBƏR » Misirli professor: Prezident İlham Əliyev İslam tarixində müzəffər sərkərdə kimi qalacaq
8-12-2020, 08:30 | XƏBƏR
Misirli professor: Prezident İlham Əliyev İslam tarixində müzəffər sərkərdə kimi qalacaq

Mən onu İslam aləminin xilaskarı olmuş Səlahəddin Əyyubi kimi tarixi şəxsiyyətlərlə müqayisə edərdim. Azərbaycan Prezidenti torpaqları işğaldan azad etməklə yanaşı, həm də İslam mədəni irsinin bir hissəsini tamamilə məhv olmaqdan xilas etdi və bütün dünyanın qarşısında onların tezliklə bərpa ediləcəyi bəyanatını səsləndirdi.

Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi, Benha Universitetinin professoru Əbdülrəhman Saad söyləyib. O əlavə edib: “Mən və Dostluq Cəmiyyətinin digər üzvləri Azərbaycan xalqını və şəxsən Prezident İlham Əliyevi böyük Qələbə münasibətilə təbrik etmişik. Biz 30 ilə yaxın işğal altında qalmış Azərbaycan torpaqlarının azad edilməsinə sevinirik. Azərbaycanın dostu kimi, hər tədbirdə, hər forumda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların nəticə verməməsindən narahatlığımızı ifadə edirdik. Bu münaqişənin nizama salınmasına ən böyük maneə BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz olaraq azad edilməsi haqqında qətnaməsinə məhəl qoymayan Ermənistan rəhbərliyi idi. Lakin son illər hərbi təxribatları daha da artıran, üstəlik qızışdırıcı bəyanatlarla çıxış edən Ermənistanın baş naziri vəziyyəti müharibə həddinə gətirib çıxardı. Bilirəm ki, Azərbaycan Prezidenti problemin sülh yolu ilə həlli üçün bütün səyləri göstərib. Amma səbrin də bir həddi var. Qısa müddət ərzində torpaqlarını işğaldan azad edən Azərbaycan Ordusunun rəşadətinə heyran qaldım. Bu, tarixə qızıl hərflərlə yazılacaq bir Zəfərdir. Bir daha Azərbaycan xalqını və onun lideri İlham Əliyevi təbrik edirəm. Misirlilər dost və qardaş azərbaycanlıların Qələbə sevincini bölüşürlər.

Misirli professor vurğulayıb ki, Azərbaycan ərazisində olan İslam mədəni irs abidələrinin, məbədlərin ermənilər tərəfindən təhqir olunması videokadrları Misir ziyalılarını da məyus edib. “Misirlilər də azərbaycanlılar kimi tolerant xalqdır. Biz Misirdə İslam abidələri, məscidlərlə yanaşı, yəhudi sinaqoqları, xristian kilsələri, xüsusən qədim qibti xristianların məbədlərini qoruyur, onları bərpa edirik. Azərbaycan da öz məscidlərini, həmçinin sinaqoq və kilsələri dövlət səviyyəsində qoruyur. Lakin ermənilərin məscidləri təhqir etməsi heç bir insanlıq meyarına sığmır. Mən Səlahəddin Əyyubini niyə misal çəkdim? Çünki bu tarixi şəxsiyyət də məscidləri dağıdan səlib yürüşü iştirakçılarına qarşı döyüşüb və onlara qalib gəlib. O da humanistlik nümayiş etdirərək xristian abidələrinə, kilsələrə toxunmayıb, onları mühafizə edib”, - deyə Əbdülrəhman Saad vurğulayıb.




Baxış sayı: 815
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30