FACT-INFO.AZ » XƏBƏR » Ekspert: Münaqişə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə heç vaxt öz ədalətli həllini tapa bilməyəcəkdi
16-11-2020, 08:05 | XƏBƏR
Ekspert: Münaqişə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə heç vaxt öz ədalətli həllini tapa bilməyəcəkdi

Çünki Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Minsk qrupunun həmsədrləri, xüsusilə də Fransanı qane etmirdi. Həmsədrlər münaqişəni və bu münaqişə vasitəsilə regiona təsir imkanlarını qoruyub saxlamaq istəyirdilər. Münaqişə bir sıra ölkələr, xüsusilə də Fransa üçün geosiyasi alət funksiyasının yerinə yetirirdi və təbii ki, rəsmi Parisin aqressiyasını şərtləndirən məhz bu amildir. Bu alət isə artıq geosiyasi təzyiq mexanizmi kimi heç bir əhəmiyyətə malik deyil.

Bu fikirləri AZƏRTAC-a siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Elçin Mirzəbəyli deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi vasitəsilə Cənubi Qafqazda siyasi oyunlar qurmağa və maraqlarını təmin etməyə çalışan dövlətlərin məkrli planlarının baş tutmaması təbii ki, həmin dövlətləri ciddi narahat edir. Fransanın Minsk qrupunun həmsədri kimi fəaliyyəti isə bütövlükdə bu ölkənin vasitəçilik mandatı ilə ziddiyyət təşkil edirdi və rəsmi Paris proses boyu tərəfsizlik prinsipini kobud şəkildə pozaraq Azərbaycan torpaqlarının anneksiyasına birbaşa və dolayısı ilə dəstək verirdi. Yaranmış vəziyyət və cəzasızlıqdan, himayə olunmaqdan ruhlanan təcavüzkar ölkənin davamlı hərbi təxribatları, həmsədrlərin işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyması, bir çox hallarda isə Ermənistanı açıq şəkildə dəstəkləmələri Azərbaycan üçün seçim yeri qoymurdu.

Azərbaycan Ordusunun qələbəsi isə münaqişə ətrafında yaradılmış geosiyasi vəziyyəti tamamilə və birdəfəlik dəyişdi. Azərbaycanın ərazi bütövlüyü ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə deyil, Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun qətiyyəti, cəsarəti, fədakarlığı nəticəsində təmin edildi. İllərdən bəri “başımızın altında yastıq qoymaq” məqsədi daşıyan, işğalın davam etdirilməsinə, işğalçının torpaqlarımızda möhkəmlənməsinə xidmət edən status-kvo ləğv edildi.

Problemin məhz Azərbaycanın səyləri nəticəsində həll edildiyinə baxmayaraq, həmsədr ölkə Fransanın siyasi dairələri bu gün də erməni lobbisinin təsiri altında qərəzli, aqressiv mövqe nümayiş etdirərək, bölgəyə davamlı sülhün gəlişinə mane olur. Rəsmi Paris mandatından irəli gələn vəzifələri icra etmək əvəzinə, tamamilə əks mövqedə dayanaraq Qarabağda sülhə və birgəyaşayışa, münaqişənin tam və hərtərəfli həllinə mane olmağa çalışır.

Ekspert qeyd edib ki, Azərbaycanın Ermənistan üzərindəki qələbəsini üçüncü tərəfin iştirakı müstəvisindən şərh etməyə cəhd göstərən qüvvələrin niyyəti prosesi bacardıqları qədər ləngitməkdən ibarətdir. Münaqişənin indiki formatda həlli isə bölgəyə xarici qüvvələrin müdaxiləsinin qarşısını alır və davamlı sülhün əldə edilməsinə böyük ümidlər yaradır. Məhz bu baxımdan, Türkiyə ilə Rusiyanın Qarabağda sülhyaratma missiyasına qoşulması həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur. Bu cür sülhyaratma missiyası Cənubi Qafqazla tarixi, siyasi, iqtisadi bağları olmayan ölkələri narahat etməməlidir. Bölgə dövlətlərinin bölgənin məsuliyyətini öz üzərlərinə götürmələri qədər təbii heç nə ola bilməz.




Baxış sayı: 909
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30