Məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvanın Ermənistanın təhlükəsizliyinin qorunmasını təmin etmək üçün müdaxilə etməsi ilə bağlı rəsmi müraciət etdiyi bildirilir. Paşinyanın sözügedən məktubuna Rusiya XİN-dən rəsmi cavabın gecikmədiyi və cavab məktubunda rəsmi Moskvanın Ermənistanın ərazisi üçün birbaşa təhlükə yaranmadığı və qarşıdurmaların birbaşa Ermənistan ərazisinə keçdiyi halda Rusiyanın lazım olan yardımı edə biləcəyi qeyd edilib.
Bildirilib ki, ölkəsinin rəzil duruma düşdüyünü anlayan Ermənistanın Rusiyadakı səfiri V.Toğanyan Rusiya xəbərlər agentliyinə verdiyi müsahibədə Ermənistanın Rusiya ilə ikitərəfli müqavilələri çərçivəsində təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələr aparmaq istədiyini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iştirakı barədə heç bir söhbət getmədiyi və erməni tərəfinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bundan əvvəl yardım üçün müraciət etmədiyini söyləyib. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəsinin digər tərəflərin Qarabağ regionunda davam edən qarşıdurmaya müdaxilə etməsini istəmədiyi, Ermənistanın böhranı beynəlmiləlləşdirməyə çalışdığı barədə fikirləri diqqətə çatdırılıb.
Daha sonra Prezident İlham Əliyevin öz müsahibəsində üçüncü bir ölkənin müdaxiləsini gözləmədiyi, ətrafımızdakı ölkələrlə ortaq və dost olduğumuz üçün hər hansı bir dövlətin müdaxiləsi ehtimalını da görmədiyi, Ermənistanın digər ölkələri döyüşlərdə iştirak etmək üçün sürükləmək istədiyi və ancaq bunun mümkün olmayacağına əminliyi barədə fikirləri qeyd edilib.
Məqalədə o da bildirilib ki, Azərbaycan Prezidenti Bakının münaqişəni həll etmək məqsədilə danışıqlar masasına oturmağa hazır olduğunu təsdiqləyib, lakin döyüşlərin uzadılmasının yalnız 3 atəşkəs müqaviləsini pozan Ermənistanın mövqeyindən asılı olduğunu və bunun işğalçı ölkənin öz məğlubiyyətini etiraf etdiyi zaman torpaqlarımızı tamamilə azad etməsinə dair cədvəl təqdim etdikdən sonra baş verə biləcəyini də əlavə edib.
Ərəb qəzeti onu da vurğulayıb ki, son bir ay ərzində BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsini müzakirə etmək üçün iki qapalı iclas keçirməsinə baxmayaraq, həmin iclasların sonunda heç bir qərar və məcburi sənəd qəbul edilməyib.
Baxış sayı: 708
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

