FACT-INFO.AZ » CƏMİYYƏT » Sözün, sənətin doğma beşiyi
28-10-2020, 07:40 | CƏMİYYƏT
Sözün, sənətin doğma beşiyi

Bütün dünyada yeganə ədəbiyyat muzeyi olan bu sənət məbədi haqqında söz açmazdan əvvəl diqqətinizi onun yerləşdiyi binanın tarixçəsinə yönəltmək istəyirəm.

Gözəl Bakımızın tam mərkəzində, o zamanlar Nikolayevski adlanan, indiki İstiqlaliyyət küçəsinin sonunda XIX əsrin ortalarında milyonçu Hacı Hacıağa tərəfindən karvansara kimi tikilən bina sonralar, yəni 1860-cı ildə bir qat, 1915-ci ildə daha bir qat əlavə olunmaqla üç mərtəbəli "Metropol" otelinə çevrilir.

1939-cu il mayın 3-də Azərbaycan Xalq Komissarları Şurası dünya bədii fikrinin ən görkəmli nümayəndələrindən olan Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyini hazırlamaq və keçirmək haqqında qərar qəbul etdikdən sonra "Metropol" oteli əlverişli yerdə yerləşdiyi üçün yubiley komissiyasına verilir. Həmin ilin noyabrında xüsusi qərarla Respublika Həmkarlar İttifaqının bir böyük zal və üç geniş otağı Nizami Gəncəviyə həsr edilən sərgiyə ayrılır. Elə binanın yanındaca Nizaminin böyük heykəlinin ucaldılması qərara alınır. Muzeyin dahi Nizaminin möhtəşəm heykəli ilə üzbəüz fasadında 6 tağdan ibarət eyvan tikilməsi, hər tağın altında 6 klassikin heykəlinin qoyulması, binaya dördüncü mərtəbənin də əlavə olaraq tikilməsi ideyası da o zaman meydana çıxır. 1945-ci il may ayının 14-də Azərbaycan ədəbiyyatını əks etdirən, Nizami Gəncəvinin adını daşıyan Muzey təntənə ilə açıldı.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Muzeyin tarixində yeni mühüm mərhələ başlanır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə elmin bütün sahələrində olduğu kimi ədəbiyyata, mədəniyyətə xüsusi diqqət və qayğı göstərib. O, dəfələrlə Nizami muzeyini ziyarət etmiş, bu müqəddəs ocağı belə qiymətləndirmişdi: "Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi nadir bir binadır, unikal bir muzeydir. Oranı qorumaq, saxlamaq lazımdır". (28 avqust, 1996)

Nizami Muzeyi – yaddaş körpüsü”

Ulu öndərin yolunu ən layiqli səviyyədə davam etdirən Prezident İlham Əliyevin təşəbbüsü ilə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi əsaslı təmir və bərpa olunaraq 2009-cu il may ayının 14-də qapılarını ziyarətçilərinin üzünə açdı.

***

Muzeyin müasir dünya standartlarına uyğun, yeni texnika, innovativ vasitələrlə zənginləşdirilən ekspozisiyasında ədəbiyyatımızın zaman-zaman keçdiyi inkişaf yolları canlanır. Muzeyin zallarında müxtəlif çeşidli al-əlvan eksponatlar sərgilənib. Azərbaycan və Şərq sənətkarlarının, ədiblərinin, alimlərinin nadir əlyazmaları, klassiklərinin əsərlərinə çəkilmiş miniatürlər, illüstrasiyalar, kitablar, keçən əsrin əvvəllərində nəşr olunan mətbuat nümunələri, müasir Azərbaycan və dünya ədəbi əsərləri, təsviri sənət, heykəltəraşlıq nümunələri, fotoşəkillər, yazıçıların, şairlərin şəxsi əşyaları, xalq yaradıcılığı və folklor nümunələri, arxeoloji qazıntılar nəticəsində tapılmış qədim sənətkarlıq nümunələri, qızıl sikkələr kolleksiyası, müxtəlif dövrlərdə toxunmuş bədii, sujetli xalçalar və digər maddi mədəniyyət abidələri muzeyin zallarını bəzəyir. Hazırda 30 zalda 100000 ədəbi eksponat nümayiş olunur.

Hər gün muzeyi ziyarət edən onlarla qonaq monitor zalında Azərbaycan mədəniyyəti, adət-ənənələri haqqında Azərbaycan, rus, ingilis, alman, fars dillərində geniş məlumat almaq imkanına malik olur. Muzeyin gülərüz bələdçiləri Azərbaycanın zəngin ədəbi irsi ilə qonaqları ətraflı tanış etmək misiyasını layiqincə yerinə yetirirlər. Bu ilin yazından pandemiya ilə əlaqədar olaraq muzeyin qədim dövrlər ədəbiyyatı və tarixindən başlayaraq müasir dövr ədəbiyyatı və tarixi mərhələlərinə qədər davam edən ekspozisiya zalları üzrə "Nizami Muzeyinin zallarına videoekskursiyalar" layihəsi həyata keçirilir. 5 dildə həyata keçirilən vitual ekskursiyalar muzeyin “Youtube” kanalında və rəsmi nizamimuseum.az saytında yerləşdirilmişdir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi hər il mütəmadi olaraq beş toplu buraxır: Muzeyin əməkdaşlarının elmi araşdırmalarından ibarət "Risalə" toplusu məzmunu etibarilə klassik, müasir ədəbiyyat, fəlsəfə, mədəniyyət problemləri, həmçinin, muzeyşünaslıq məsələlərini əhatə edir.

"Şərq" tərcümə toplusuna müxtəlif xarakterli mətnlərin əsasən Şərq dillərindən tərcümələri, eləcə də dünyanın məşhur şərqşünas, azərbaycanşünas araşdırıcılarının Şərq və Azərbaycanla əlaqədar xüsusi dəyər daşıyan yazılarının Qərb dillərindən çevrilmələri daxil edilir. "Qaynaq" toplusunda indiyədək tədqiqatdan kənarda qalmış məxəzlər öz əksini tapır. "Xəzinə" kataloqlar toplusu olaraq muzeyin fondlarında qorunan, daim ekspozisiyasında sərgilənən görkəmli ədəbiyyat və mədəniyyət simalarının şəxsi fondlarının, ayrı-ayrı kolleksiyaların, müxtəlif arxivlərin müfəssəl təsvirini verir. "Məclis" toplusuna isə il ərzində muzeydə keçirilmiş tədbirlərin stenoqrafik ifadəsi demək olar.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi - Neharada.az

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi elmi-tədqiqat institutu hüququ ilə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan müəssisədir. Muzeyin 15 ilə yaxındır ki, həm fəlsəfə, həm də elmlər doktorluğu hazırlığı üzrə filologiya elminin müxtəlif istiqamətləri və muzeyşünaslıq elm sahələrində kadr hazırladığı doktorantura və dissertanturası fəaliyyət göstərir. Uzun müddət filologiya üzrə əlaqələndirmə şurasının fəaliyyət göstərdiyi muzeydə ötən ildən etibarən 4 ixtisas üzrə dissertasiya şurası da öz işinə başlamışdır. Muzeyin çoxsaylı bölmələrdən ibarət (əlyazma, şəxsi əşyalar, heykəltəraşlıq, rəssamlıq və s.) fondu daim yeni eksponatlarla zənginləşdirilir. 5000-dən artıq kitab, jurnal, qəzet və s. məlumat bazası olan, müasirləşdirilmiş kitabxana və informasiya mərkəzi gənc tədqiqatçılara, dissertantlara xidmət göstərir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) təsdiq edildikdən sonra Muzeyin direktoru akademik Rafael Hüseynovun təşəbbüsü ilə Kürdəmir şəhərində yaranan Xaqani Şirvani adına Aran regional filialı Şirvan bölgəsində dövlətimizin kulturoloji strategiyasını həyata keçirən əsas mədəniyyət mərkəzidir. 2005-ci ildən fəaliyyətə başlamış ARF yarandığı gündən etibarən bir çox mədəni-kütləvi tədbirlər hazırlayaraq onları müvəffəqiyyətlə həyata keçirmişdir. ARF bu illər ərzində fondun zənginləşməsi, elmi-bədii materialların toplanması, tədqiqi, təbliği, ədəbi-bədii irsin öyrənilməsi, Şirvan, Aran regionunda yaşayıb yaratmış görkəmli şair, yazıçı, incəsənət xadimləri, el aşıqları haqqında ardıcıl olaraq tədbirlər, yaradıcılıq gecələri, yubileylər, təqdimatlar, elmi konfranslar keçirilməsi sahəsində də xeyli iş görmüşdür.

1924-25-ci illərdə Mərdəkanda Dendrarinin yaşıllıqları arasındakı kiçik, lakin yaraşıqlı evdə yaşamış rus şairi S.Yeseninin şərəfinə 1975-ci ildə yaradılmış ev-muzeyi 1999-cu ildən AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin tərkibinə daxil edilmişdir. Muzeyin direktoru, akademik Rafael Hüseynovun təşəbbüsü ilə ev-muzeyi Sergey Yeseninin adını daşıyan Rus-Azərbaycan Ədəbi Əlaqələri Mərkəzinə çevrilmişdir.

Muzeyin köçkün əməkdaşlardan ibarət "Natəvan" adına Qarabağ filialının ekspozisiyasında Qarabağ bölgəsində tarixən mövcud olmuş ədəbi mühit, həmin bölgədən çıxmış söz ustalarının irsi haqqındakı araşdırmalarla tanış olmaq olar. Güman etmək olar ki, bu filialın işi bundan sonra daha da canlanacaq. Filialın əməkdaşları işğaldan azad olunan Qarabağda ədəbi-mədəni tədbirlərin, sərgilərin, görüşlərin keçirilməsini nəzərdə tutur.

Onu da qeyd edim ki, dünyanın yeganə ədəbiyyat muzeyi sayılan bizim muzeyi sözlə təsvir etmək çətindir. Bu məbədi gözlə görmək, qarış-qarış gəzmək, sözün, sənətin möcüzəsini hiss etmək, duymaq lazımdır. Əgər bu həzdən bu anda məhrumsunuzsa, o zaman "Söz məbədi" iki hissəli sənədli-bədii-publisistik filmini izləyin. N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illik yubileyinə həsr olunmuş bu qiymətli filmin müəllifi muzeyin direktoru, muzeyin ekspozisiyasına, hər bir guşəsinə, daşına, divarına, nəminə-nişanına bələd olan, həssaslıqla yanaşan, bütün eksponatların dilini bilən, o dildə danışan akademik Rafael Hüseynovdur. Filmə tamaşa etdikcə muzeylə tanış olmaq, haqqında ümümi təəssürat almaq, muzeyin fəaliyyət çərçivəsi, strukturu, gördüyü işlər barədə ətraflı informasiya əldə etmək imkanınız olar.

Yaqut BAHADURQIZI

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru




Baxış sayı: 964
Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub Bu gün, 10:30 Hafizəni yaxşılaşdıran təbii vasitələr Bu gün, 10:30 Amerikalı ekspert: Azərbaycan Sülh Şurasının effektiv fəaliyyətinə əhəmiyyətli dərəcədə töhfə verəcək Bu gün, 10:00 “İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr olunub Bu gün, 10:00 DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs edib Bu gün, 09:30 Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub Dünən, 20:00 Pezeşkian ABŞ-la danışıqlara başlamağa göstəriş verib Dünən, 18:00 TRIPP layihəsinə etiraz edən Ermənistandakı revanşistlər Dünən, 17:00 Kibergigiyena və kibermaarifləndirmə təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub Dünən, 14:00 Zəngəzur dəhlizi layihəsi çoxşaxəli geoiqtisadi platformaya çevrilir Dünən, 11:30 ATU-da “Basarkeçər həkimləri” kitabının təqdimatı keçirildi- FOTOLAR Dünən, 10:30 Qərbi Azərbaycanın Basarkeçər həkimlərinin toplantısı və kitabın təqdimatı keçirilib- FOTOLAR Dünən, 10:00 Azərbaycan Prezidenti Gənclər Günü ilə bağlı paylaşım edib Dünən, 09:30 Suriya hökuməti əsir düşərgələrini bağlamağı planlaşdırır Dünən, 09:00 Cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında önəmli rol oynayır Dünən, 08:30 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb - VİDEO Dünən, 07:30 “Türkiye” qəzeti: Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün üç şərt irəli sürüb 1-02-2026, 15:00 “Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim edilib 1-02-2026, 09:00 Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib 1-02-2026, 08:00 Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub 1-02-2026, 07:30 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib 31-01-2026, 20:00 “Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir 31-01-2026, 11:00 Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür 31-01-2026, 10:00 Türkiyədəki muzeydə Azərbaycan tarixi bağlı guşələr yaradılacaq 30-01-2026, 20:30 Ali Rada: Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımın məbləği 45 milyon dolları ötüb 30-01-2026, 20:00 BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Hikmət Hacıyev ilə görüşüb 30-01-2026, 18:30 RİNN və bp süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində əməkdaşlıq edəcək 30-01-2026, 17:30 Qusarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün iki çoxmənzilli yaşayış binası inşa olunur 30-01-2026, 16:30 Antonio Quterreş: Dünya davamlı mənfi sürprizlər fonunda xaosa sürüklənir 30-01-2026, 11:00 Ötən il TƏBİB tabeli tibb müəssisələrində 94 milyona yaxın xidmət göstərilib 30-01-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728