FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan Prezidentinin Ermənistanla bağlı fikirləri beynəlxalq ictimaiyyətə ünvanlanan prinsipial ismarışlardır
9-07-2020, 09:10 | SİYASƏT
Azərbaycan Prezidentinin Ermənistanla bağlı fikirləri beynəlxalq ictimaiyyətə ünvanlanan prinsipial ismarışlardır

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışında yerli TV kanallarına verdiyi geniş müsahibəsində mühüm məqamlara toxundu. Dövlət başçısının üzərində dayandığı diqqətçəkən mövzulardan biri də Ermənistanın beynəlxalq hüquqazidd əməllərinin hər platformada özünü göstərməsi və işğalçı ölkənin düşdüyü rəzil durumla bağlı idi. Azərbaycan Prezidenti həmişə olduğu kimi, çox prinsipial, qəti mövqeyini ifadə edərək ölkəmizin haqq işində qalib gələcəyini bildirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva söyləyib.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Ermənistanla bağlı söylədiklərini aşağıdakı tezislərlə ifadə etmək olar: pandemiyadan ən çox zərər çəkən ölkələrdən biri kimi Ermənistan BMT Baş Assambleyasının keçirilməsində maraqlı olmalı idi; Avropanın hüquq-mühafizə orqanları Ermənistan hökumətinin Avropada korrupsiyanın yayılmasına verdiyi “töhfəni” araşdırmalıdırlar; Azərbaycanın məqsədyönlü fəaliyyəti nəticəsində Ermənistanın əsl faşist mahiyyətini ifşa edildi; Ermənistanın müstəqillik tarixi rüsvayçılıq tarixidir; Ermənistanda xunta getdi, indi də diktatura hökm sürür; beynəlxalq təşkilatlar Ermənistanda formalaşmış diktatura rejiminə heç bir reaksiya vermir; artıq heç kimdə şübhə yoxdur ki, beynəlxalq təşkilatlar tərəfindən verilən qərarların əksəriyyəti siyasi xarakter daşıyır, siyasi sifarişdir; Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır; Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərindən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir.

Q.Paşayeva deyib: “Azərbaycanın koronavirusla bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü 130-dan çox ölkə tərəfindən dəstəklənərək dünya miqyasında yüksək qiymət alıb. Azərbaycanın bu təşəbbüsünün mahiyyəti nədir? COVID-19-la mübarizədə vahid qlobal yanaşmanın tətbiqinə, ölkələrin özlərinə qapanmamasına, inkişaf etmiş ölkələrin ağır durumda olan ölkələrə kömək göstərməsinə nail olmaq. Bu, elə bir mövzu, elə bir təşəbbüsdür ki, hər hansı bir ölkənin buna qarşı çıxması heç bir məntiqə sığmır. Çünki koronavirus ümumbəşəri problemdir. Təsəvvür edin, Ermənistanın demokrat libaslı, işğalçı zehniyyətli hökuməti XXI əsrin 20-ci ilində belə bir rəzilliyə razı olaraq, antibəşəri addımı məqbul saydı. Bu, bir daha göstərdi ki, Azərbaycana, haqq-ədalət işinə münasibətdə öz sələflərindən zehniyyətcə qətiyyən fərqlənməyən Nikol Paşinyan “demokrat libası” ilə də gülünc görünür. Demokratiya ilə işğalçılıq, demokratiya ilə antibəşəri davranış bir araya sığırmı? Əlbəttə, yox. Ermənistan pandemiyadan əziyyət çəkdiyi, ən kiçik yardımlara bel bağladığı halda təşəbbüs Azərbaycan tərəfindən verilib deyə buna qarşı çıxmaqla özünü bir daha rəzil etdi.

Komitə sədri Azərbaycan Prezidentinin Ermənistanın niyə belə münasibət göstərdiyini məntiqi ifadələrlə izah edir: “BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən Ermənistanın mövqeyi bu ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur. Ermənistan rəhbərliyi etiraf edir ki, pandemiya ilə bacarmırlar. Özləri döymədikləri qapı qalmayıb ki, onlara yardım etsinlər. Yenə də dilənə-dilənə, yalvara-yalvara, oradan-buradan hansısa yardım hesabına yaşamağa çalışırlar. Belə olan halda onlar özləri maraqlı olmalıdır ki, BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutsun. Ermənistanın mövqeyi onların ksenofob, irqçi və faşist mahiyyətini göstərir. Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir.

Əlbəttə, biz bilirik ki, erməni lobbisi Ermənistanı bütün təşkilatlarda müdafiə edir. Prezident İlham Əliyev bu haqsız müdafiəyə vurğu edərək Avropa Şurası Parlament Assambleyasının işğalçı dövləti tənqiddən tamamilə kənar tutduğunu və bəzi siyasi xadimlərin, deputatların, bəzi Avropa ölkələrinin hökumət üzvlərinin Ermənistana xüsusi münasibət bəsləməsini, əslində, Avropa hüquq-mühafizə orqanlarının Ermənistan hökumətinin Avropada korrupsiyanın yayılmasına verdiyi “töhfə”ni araşdırmalı olduğunu dedi və bildirdi ki, Ermənistanın lobbiçilik fəaliyyəti, əslində, korrupsiya fəaliyyətidir. Bu fəaliyyət Avropada geniş araşdırılmalıdır”.

Deputat vurğulayıb ki, Ermənistan “forpost” adı üstündə olan bir ölkədir. Ancaq hər şeyin bir hədd-hüqudu var - dünyanı aldatmağın da, özünü inanmış, aldanmış kimi göstərməyin də, erməni məkrindən, hiyləsindən yararlanmağın da. Azərbaycan Prezidentinin tutarlı, dərin məntiqli təsbiti bu kəlmələrdə özünü tapır: “Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir”.

Qənirə Paşayeva fikirlərinə yekun vuraraq deyib: “Azərbaycan Prezidentinin Ermənistanla bağlı fikirləri işğalçı ölkənin iç üzünü faktların dili ilə, təkzibolunmaz dəlillərlə açmaqla və bunun üzərindən beynəlxalq ictimaiyyətə, konkret olaraq, əlaqədar qurum və təşkilatlara ünvanlanan prinsipial ismarışlardır. Bu ismarışlardan hər kəs özü üçün nəticə çıxarmalıdır.




Baxış sayı: 1 268
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30