FACT-INFO.AZ » SİYASƏT » Azərbaycanlı deputat AŞPA komitəsinin iclasında işğal altındakı muzeylərimizdən danışıb
5-12-2015, 11:40 | SİYASƏT
Azərbaycanlı deputat AŞPA komitəsinin iclasında işğal altındakı muzeylərimizdən danışıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Parisdə yerləşən qərargahında dekabrın 3-də və 4-də qış sessiyası ərəfəsində qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin son iclasları keçirilib. Avropada təhsilin, elmin, mədəniyyətin və mətbuatın bir sıra aktual problemlərinin müzakirəsi iki gün ərzində komitə iclaslarında dəvətli qonaqların və ekspertlərin iştirakı ilə davam edib. “Parlamentlər və araşdırmaçı media arasında əməkdaşlıq”, “İnternetdə ifadə azadlığı” və “Rəqəmsal dövrdə intellektual mülkiyyət hüququ” mövzularında məruzələrin müzakirəsinə komitə üzvlərindən başqa Avropa Qəzet Nəşrləri Assosiasiyasının icraçı direktoru Fransin Kunninqam, Avropa Jurnalistlər Federasiyasının baş katibi Rikardo Qutiyerez, Madriddəki Avropa İnformasiya Məkanı Təşkilatının icraçı direktoru Elen Darbşirr kimi təcrübəli mütəxəssislərin qatılması diskussiyaların daha faydalı və çoxistiqamətli olmasına imkan yaradıb.

Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov da bu müzakirələrdə iştirak edərək Azərbaycanda azad internet fəzasının olmasından, ifadə azadlığı üçün bütün imkanların mövcudluğundan bəhs edib. O deyib: “İnternetin tam açıq qapıları bəzən ondan sui-istifadə üçün də meydan açır. İstər ayrı-ayrı şəxslər, istərsə də informasiya agentlikləri internetdə hansısa materialları paylaşarkən azadlıq anlayışının mühüm bir şərtini bəzən unudurlar ki, bir kəsin azadlığının sərhədi digərinin azadlığının sərhədinə qədərdir. Yəni, ifadə azadlığı heç də kimin, ya kimlərinsə, eləcə də dövlət və onun hansısa xəttinin, siyasətinin haqqında sona qədər dəqiqliklə yoxlanmamış məlumatları ictimailəşdirmək üçün əsas ola bilməz. İfadə azadlığı, xüsusən internet kimi ani yayılma imkanı olan məkanda bu hüquqdan istifadə informasiya yayıcısından daxili nəzarəti qat-qat artırmağı, ən əvvəl özünün özünə nəzarətçi redaktor olmasını tələb edir”.

Mədəniyyət, elm, təhsil və media komitəsində britaniyalı deputat Ledi Diana Eklesin hazırladığı “Avropa kitabxana və muzeyləri dəyişikliklər dövründə” adlı məruzə də ciddi maraq doğuran mövzulardan olub. Müzakirələrdə çıxış edən deputat Rafael Hüseynov təmsil etdiyi ölkənin də dünya muzeylər və kitabxanalar şəbəkəsi ilə getdikcə daha artan rabitə və bağlılıqlarını vurğulayıb, yeni zamanın və elektronlaşmanın bu sahələrin inkişafına böyük töhfə verdiyini qeyd edib. Azərbaycanlı deputat, eyni zamanda, Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayonun muzey və kitabxana həyatına da sarsıdıcı zərbələr vurulduğundan bəhs edərək deyib: “Azərbaycanın işğal altındakı ərazilərində yüzlərlə kitabxana, onlarla son dərəcə maraqlı və zəngin muzeylər var idi. Təəssüflər olsun ki, həmin ərazilərdəki digər mədəni sərvətlər, tarixi abidələr, qədim tarixli məzarlıqlar kimi onlar da ya qəsb olunub, ya da tam məhv edilib. Qarabağdakı diyarşünaslıq muzeylərində arxeoloji qazıntılar zamanı tapılmış nadir eksponatlar, Azərbaycan xalçaçılarının və el sənətkarlarının misilsiz əl işləri, nadir əlyazmalar qorunurdu. Yüz minlərlə qiymətli tarix yadigarı erməni işğalı nəticəsində məhv edilib. Mənim rəhbərlik etdiyim Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Qarabağda, Şuşada filialı var idi. İyirmi ildən çoxdur ki, həmin muzeyin əməkdaşları məcburi köçkün həyatı yaşayırlar. Onlardan bəziləri Şuşa işğal edilərkən oradakı muzeydə qorunan tək-tək eksponatları xilas edərək özləri ilə gətirmişdilər. Amma xilas edə bilmədikləri minlərlə eksponat zəbt olunmuş ərazidə qalıb. XIX əsrdə çəkilmiş misilsiz freskaları, ya üstü yazı və rəsmlərlə örtülü qədim daşları necə xilas edib gətirmək olardı?! Müharibə zərərdidəsi olan həmin Qarabağ muzeyinin işçiləri digər beynəlxalq təşkilatlarla yanaşı, hər il məşhur dünya muzeylərinə, öz həmkarlarına müraciət edərək səslərinə səs verilməsini istəyirlər.

Biz bu gün dəyişən, yeniləşən, texniki tərəqqinin təzə-təzə imkanları ilə bir qədər də inkişaf edən muzey və kitabxanalarımızdan, onların daha gözəl gələcəyindən danışırıq. Amma bu fərəhli müzakirələri edə-edə işğal edilmiş ərazilərdəki müharibə, vandalizm, qəsb qurbanı olan muzey və kitabxanaları da unutmayaq!”

Məruzəçi yekun mətni hazırlayarkən deputat Rafael Hüseynovun fikirlərini nəzərə alacağını bildirib.

 

 

 

 

 




Baxış sayı: 2 159
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031