FACT-INFO.AZ » SİYASƏT » “Bir bayraq altında” adlı vətənpərvərlik tədbiri keçirilib
8-11-2018, 08:40 | SİYASƏT
“Bir bayraq altında” adlı vətənpərvərlik tədbiri keçirilib

Bakı qarnizonunun birlik, birləşmə və hərbi hissələrinin, qoşun növlərinin, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti əvvəlcə Təlim və Tədris Mərkəzinin həyətində Azərbaycanın tarixi bayraqlarının sərgisi ilə tanış olub. Suraxanı rayonundakı N.Əliyev adına 282 nömrəli tam orta məktəbin müəllimi Gülər Musayevanın təşəbbüsü ilə hazırlanan, üzərində 12 min 62 şəhidimizin adlarının yazıldığı 5 metr uzunluğundakı bayraq da böyük marağa səbəb olub.

Azərbaycan Hərb Tarixi Muzeyinin və Gəncə Qarnizonu Zabitlər evinin birgə təşkil etdiyi sərgi barədə məlumat verən layihənin rəhbəri, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycan bayrağının tarixi haqqında məlumat verib. Bildirib ki, sərgidə erkən orta əsrlər və orta əsrlər Azərbaycan tarixinə, eləcə də xanlıqlar dövrlərinə aid, sovet dövründə milli diviziyalarımıza məxsus bayraqlar nümayiş etdirilir. Tədbir Azərbaycan Respublikası dövlət bayrağının, Aprel döyüşlərində, eləcə də bu ilin mayında Naxçıvanda keçirilən uğurlu əməliyyatda iştirak etmiş, xüsusi xidmətləri olan hərbi hissələrin, hərbi paradlarda nümayiş olunan döyüş bayraqlarının gətirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin ifasında dövlət himni səsləndirilib.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev Azərbaycan dövlətinin və istiqlalımızın müqəddəs rəmzlərindən olan dövlət bayrağının milli kimliyimizin simvolu olduğunu bildirib. O, hər bir azərbaycanlının qürur mənbəyi olan üçrəngli bayrağımızın yaranma tarixindən, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş dövlət bayrağımızın XX əsrin sonunda yenidən bərpa olunmasından danışıb. İdarə rəisi Azərbaycan bayrağının yenidən qaldırılması üçün canlarını fəda etmiş Vətən övladlarının xatirəsini hörmət və ehtiramla yad edib. R.Əliyev xüsusi vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin sayəsində Azərbaycan bayrağının tezliklə Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və işğal altındakı digər torpaqlarımızda da dalğalanacağı gün uzaqda deyil. Tərtər rayonundan gəlib tədbirdə iştirak edən, Azərbaycan Ordusunun ilk döyüşçülərindən olan Pənah Məmmədov torpaqlarımız və bayrağımız uğrunda gedən döyüşlərdəki xatirələrini iştirakçılarla bölüşüb.

Mötəbər idman yarışlarında Azərbaycanın dövlət bayrağını dəfələrlə ucaltmış kunq-fu üzrə 12 dəfə Azərbaycan, ikiqat Avropa, yeddiqat dünya çempionu, dünya kubokunun ikiqat qalibi Fərid Mayılov və uşu-sanda üzrə dünya çempionu Elçin Eminov himnimizin sədaları altında Azərbaycan bayrağının qaldırılmasından duyduqları qürur hissindən danışıblar. Onlar Azərbaycan bayrağının, Vətənimizin onlar üçün hər şeydən üstün olduğunu bildiriblər. Tədbir respublikanın tanınmış incəsənət ustalarının, bədii qiraətçilərin, Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının iştirakı “Bayrağım varlığım, bəxtiyarlığım” mövzusunda ədəbi-musiqili proqramla davam edib.




Baxış sayı: 1 395
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Dünən, 21:30 Zeytun Festivalı başlayıb Dünən, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Dünən, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Dünən, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Dünən, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Dünən, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Dünən, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Dünən, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Dünən, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Dünən, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031