FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Əli Həsənovun “Xocalı soyqırımı” kitabı qırğız və rus dillərində çap olunub
19-02-2018, 18:50 | MƏDƏNİYYƏT
Əli Həsənovun “Xocalı soyqırımı” kitabı qırğız və rus dillərində çap olunub

Kitabı qırğız dilinə Bekten Dıykanbay tərcümə edib. Dünyanın müxtəlif dillərində nəşr edilmiş kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil olunur. Nəşrdə XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələr əsasında araşdırılır. Xüsusilə XX əsrin sonlarında ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi səciyyələndirilir. Müəllif 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı həyata keçirilən cinayətləri, xüsusilə dinc əhaliyə qarşı törədilən vandalizm aktlarını xarici mənbələrə əsasən geniş təhlil edir. Xocalı soyqırımının dünyaya çatdırılması, ona siyasi-hüquqi qiymətin verilməsi istiqamətində görülən işlər, eləcə də Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı aktı kimi tanınması məsələləri geniş tədqiq olunur. Kitabda Xocalı soyqırımının tanınması ilə bağlı qəbul edilən sənədlər müxtəlif dillərdə verilib. Kitab xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

“Tarixdə görünməmiş müsibət” adlı “Ön söz”də Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov qeyd edir ki, uzun müddət ictimai-siyasi fəaliyyətlə məşğul olan elmlər doktoru, professor Əli Həsənov siyasət, geosiyasət və beynəlxalq münasibətlərə həsr olunan müxtəlif əsərlərin müəllifidir. Bu kitab Dağlıq Qarabağ münaqişənin ən qanlı soyqırımlarından birinə həsr olunub. Xocalı soyqırımı XX əsrin digər dəhşətli faciələri - Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi faciələrlə bir sırada dayanır.

“Ön söz”də deyilir ki, ermənilərin Azərbaycanın tarixi ərazilərinə qarşı iddiaları hələ 1918-1920-ci illərdən başlayıb, İrəvan xanlığı və Zəngəzurda yaşayan azərbaycanlılara qarşı soyqırımları törədilib. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının yeni mərhələsi 1988-ci ilin fevral ayından başlayıb. Onlar Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinin Ermənistana birləşdirilməsi ilə bağlı qeyri-qanuni tələblərlə çıxış edib, bu tələblər Ermənistan SSRİ-nin rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənib. 1988-1989-cu illərdə azərbaycanlılara qarşı törədilən deportasiya nəticəsində 214 nəfər soydaşımız öldürülüb. Bildirilir ki, 1992-1993-cü illərdə Dağlıq Qarabağ və ona bitişik olan yeddi rayon, yəni Azərbaycan ərazisinin 20 faizi işğal olunub. Bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası cinayətkarları məsuliyyətə cəlb etmək üçün dünyanın bütün qüvvələrini səfərbər edir. Qeyd olunur ki, hadisələrdən 26 il keçməsinə baxmayaraq, Xocalıda soyqırımı törədənlər hələ də məsuliyyətə cəlb olunmayıblar. Bu cür cəzasızlıq regionda sülhün əldə edilməsi və ədalətin bərpası üçün ciddi maneədir. Hazırda da Ermənistanın hərbi qüvvələri atəşkəs rejimini hər gün pozaraq, Azərbaycanın dinc əhalisini və mülki obyektləri atəşə tutur, bu da insanların ölümünə səbəb olur.

Kitab müəllifinin əsas məqsədi soyqırımın dəhşətlərini dünya ictimaiyyətinə çatdırmaq və bütün bəşəriyyəti zorakılığa qarşı mübarizədə birləşdirərək, cinayət törədənlərin məsuliyyətə cəlb edilməsidir. Nəşrin fotoalbom hissəsinə Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotoşəkillər, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin xəritələri daxil edilib.




Baxış sayı: 1 766
Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik Dünən, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür Dünən, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub Dünən, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib Dünən, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30 Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir 19-11-2026, 19:30 “Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib 19-11-2026, 19:00 Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach 19-11-2026, 17:30 Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb 19-11-2026, 17:00 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib 19-11-2026, 14:30 Azərbaycanda aqrar subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir 19-11-2026, 12:30 On ayda sürət həddinin aşılması səbəbindən yol qəzalarında 256 nəfər ölüb 19-11-2026, 12:00 Azərbaycan və Gürcüstan alimləri Nizami və Rustaveli yaradıcılığını birgə tədqiq edirlər 19-11-2026, 10:30 Fransa hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq 19-11-2026, 10:00 QHT Agentliyinin 2027-ci il üzrə qrant müsabiqələri elan olunacaq 19-11-2026, 10:00 Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir 18-11-2026, 17:30 Yohan David Vadeful: Azərbaycan Avropa üçün çox önəmli tərəfdaşdır 18-11-2026, 17:30 Nəğmələrdə yaşayan ömür 18-11-2026, 17:00 ANAMA sədri "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda iştirak edib 18-11-2026, 15:30 “Eternity-2026” təliminin iştirakçıları Zəfər parkını ziyarət ediblər 18-11-2026, 12:00 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər 18-11-2026, 11:00 Agentlik sədri: Süni intellekt daha strateji və yaradıcı düşünməyimiz üçün bizə geniş meydanlar açır 18-11-2026, 11:00 COVID-19-a yoluxmuş şəxslərdə xəstəliyin hansı fəsadları qalmaqdadır 18-11-2026, 10:00 MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar 18-11-2026, 10:00 Rizvan Nəbiyev: Azərbaycanın xarici siyasət imkanlarının genişləndirilməsi qarşıdakı dövrün prioritet istiqamətlərindəndir 18-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30