FACT-INFO.AZ » XƏBƏR » ATƏT-də məcburi köçkünlərin hüquqlarının təmin edilməsinə həsr olunan tədbir
17-11-2017, 10:20 | XƏBƏR
ATƏT-də məcburi köçkünlərin hüquqlarının təmin edilməsinə həsr olunan tədbir

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, ATƏT-in Vyana şəhərində yerləşən mənzil-qərargahında Azərbaycanın Avstriyadakı səfirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “ATƏT məkanında məcburi köçkünlər üçün ədalətə əlçatanlıq və bunun münaqişələrin həlli prosesində rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə ATƏT-in iştirakçı dövlətlərinin daimi nümayəndəliklərini, Vyanada akkreditə olunmuş diplomatik korpusu, vətəndaş cəmiyyətini, beyin mərkəzlərini təmsil edən nümayəndələr iştirak ediblər.

Tədbiri açan Beynəlxalq Hüquq və Qlobal Siyasi Araşdırmalar Mərkəzinin sədri, professor Anis Bayrektareviç ATƏT məkanında 4 milyona yaxın insanın münaqişələr nəticəsində məcburi köçkün vəziyyətinə salınması faktına diqqəti cəlb edib, onların çoxsaylı hüquq pozuntularından əziyyət çəkdiyini bildirib. O, məcburi köçkünlərin hüquqlarının səmərəli müdafiəsi üçün xüsusi beynəlxalq hüquqi mexanizmin olmamasını ciddi çatışmazlıq kimi vurğulayıb. Belə olan halda, Avropa İnsan Hüquqları Məhkəməsinin ayrı-ayrı işlər üzrə qəbul etdiyi qərarların presedent hüququ yaratdığını və bu sahədə olan boşluğun aradan qaldırılması istiqamətində mühüm mexanizm olduğunu qeyd edib. Anis Bayrektareviç, eyni zamanda, məcburi köçkünlərin hüquqlarının təminatı ilə əlaqədar ATƏT çərçivəsində çoxsaylı öhdəliklərin olmasına baxmayaraq, bu öhdəliklərin praktik icrası sahəsində atılmış addımların qənaətbəxş olmadığını diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı Elmar Hüseynov Azərbaycan Hökuməti tərəfindən məcburi köçkünlərin sosial və məişət problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb, Böyük Qayıdış proqramı barədə məlumat verib. O, bu proqramın Ermənistanın işğalına son qoyulduqdan sonra məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli geri qayıdışını nəzərdə tutan tədbirləri ehtiva etdiyini bildirib. E.Hüseynov qeyd edib ki, 2016-cı ilin aprel ayında Azərbaycan silahlı qüvvələrinin əks-həmlə əməliyyatları nəticəsində düşmən nəzarətindən azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası və məcburi köçkünlərin həmin kəndə qayıtması proqramın icrasının bariz nümunəsidir. Vurğulanıb ki, məcburi köçkünlərin hüquqlarının müdafiəsi yalnız onların işğal edilmiş ərazilərdəki daimi yaşayış yerlərinə təhlükəsiz və ədalətli şəkildə qayıtması, həmin ərazilərdə yerləşən mülkiyyətdən faydalanma hüquqlarının təmin edilməsi ilə mümkündür.

Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas və ayrılmaz elementini təşkil edir. Prezident Administrasiyasının rəsmisi Ermənistanın öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmasının münaqişənin həlli kontekstində kompromis kimi qiymətləndirilməsinin mümkün olmadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Müzakirələrdə Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan Respublikasının nümayəndəsi Çingiz Əsgərov məcburi köçkünlərin Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində hüquqlarının təmin edilməsində Avropa İnsan Hüquqları Məhkəməsinin rolundan danışıb və bu xüsusda, məhkəmənin “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə çıxardığı hökmün əhəmiyyətini vurğulayıb. Çingiz Əsgərov, eləcə də öz doğma yurdlarını ziyarət edən zaman Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş azərbaycanlı məcburi köçkünlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi barədə tədbir iştirakçılarını məlumatlandırıb və bu məsələdə Ermənistanın hüquqi məsuliyyətinə diqqəti cəlb edib.

O, həmçinin Ermənistan silahlı qüvvələrinin 2016-cı ilin aprel ayında azərbaycanlı dinc sakinlərə və mülki obyektlərə qarşı məqsədyönlü irimiqyaslı hücumları nəticəsində mülki şəxslərin öldürülməsi, onların mülkiyyətinə ziyan vurulması hallarını qeyd edib, zərərçəkən insanların hüquqlarının təmin edilməsi istiqamətində Avropa İnsan Hüquqları Məhkəməsi çərçivəsində aparılan fəaliyyət barədə məlumat verib.

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin nümayəndəsi, Şuşa şəhərində anadan olmuş Tural Gəncəliyev Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasətinin canlı şahidi kimi öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O, Dağlıq Qarabağın azərbaycanlı icmasının münaqişənin həlli prosesində erməni icması ilə bərabərhüquqlu maraqlı tərəf olduğunu, bunun münaqişə üzrə qəbul edilmiş ATƏT sənədlərində öz əksini tapdığını diqqətə çatdırıb və bundan irəli gələrək azərbaycanlı icmanın münaqişənin həlli ilə bağlı mövqeyini diqqətə çatdırıb. T.Gəncəliyev vurğulayıb ki, münaqişə yalnız Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa edilməsi və Dağlıq Qarabağın hər iki icmasının bərabərhüquqlu birgəyaşayışının təmin olunması yolu ilə həllini tapa bilər.

“Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə zərərçəkmişlərin nümayəndəsi qismində cəlb olunmuş vəkil, “Lanski, Qantsqer və Tərəfdaşları” şirkətinin partnyoru Qabriel Lanski həmin işin məcburi köçkünlərin hüquqlarının təmin olunması baxımından hüquqi-praktik əhəmiyyətindən bəhs edib. O, məhkəmənin Ermənistanın işğal edilmiş ərazilər üzərində effektiv nəzarət həyata keçirdiyini və hərbi işğala görə məsuliyyət daşıdığını, bundan irəli gələrək azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasına görə Ermənistanın dövlət məsuliyyətini təsbit etdiyini vurğulayıb. Əlavə olunub ki, məhkəmə Minsk qrupu çərçivəsində münaqişənin həlli üzrə siyasi danışıqların davam etməsinin Ermənistan tərəfindən məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasından imtina üçün əsas ola bilməyəcəyini birmənalı müəyyənləşdirib. Vəkil, ümumilikdə, məhkəmənin sözügedən iş üzrə hökmünü beynəlxalq humanitar hüququn inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirib.

Tədbir iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr və ATƏT-in müvafiq sənədləri əsasında tezliklə həllinin vacibliyini vurğulayıb, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpasının bu baxımından əsas şərt olduğunu qeyd ediblər.




Baxış sayı: 1 562
Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930