FACT-INFO.AZ » XƏBƏR » Birinci Qarabağ müharibəsi şəhidi Ramazan Quliyevin xatirəsi anılıb
Dünən, 16:30 | XƏBƏR
Birinci Qarabağ müharibəsi şəhidi Ramazan Quliyevin xatirəsi anılıb

“Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhərinin Kürdəxanı qəsəbəsində yerləşən 810 ailəlik məcburi köçkün qəsəbəsində Birinci Qarabağ müharibəsi şəhidi, kəşfiyyatçı, baş çavuş Ramazan Dünyamalı oğlu Quliyevin anım mərasimi keçirilib.

Fact-info.az xəbər verir ki, təşkilatın mətbuat xidmətinin rəhbəri, professor Elçin İsgəndərzadənin verdiyi məlumata görə tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edən “Dəmir Yumruq” İctimai Birliyinin Sabunçu rayon filialının sədri Lütfiyyə Baxşəliyeva şəhid Ramazan Quliyevin həyat və döyüş yolundan, Vətən qarşısında xidmətlərindən danışıb. Qeyd edib ki, 1992-ci ildə Milli Ordu sıralarına çağırılan Ramazan Quliyev 865-ci hərbi hissənin kəşfiyyatçı manqasının komandiri kimi döyüşlərdə iştirak edib, göstərdiyi igidlik və peşəkarlıqla fərqlənib. O, döyüş əməliyyatları zamanı iki düşmən hərbçisinin əsir götürülməsində, Zəngilan rayonunun Kolluqışlaq kəndi uğrunda döyüşlərdə isə düşmənə məxsus tankın ələ keçirilməsində iştirak edib.

Çıxışda xüsusi vurğulanıb ki, 1993-cü il avqustun 23-də Cəbrayıl rayonunun Minbaşı kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanan Ramazan Quliyev avqustun 25-də Mərcanlı hospitalında şəhid olub. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Lütfiyyə Baxşəliyeva, həmçinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, torpaqlarımızın işğaldan azad edilməsindən və ölkəmizin ərazi bütövlüyünün bərpasından bəhs edib. 

Bildirilib ki, Birinci Qarabağ müharibəsində şəhid olanların arzusu və uğrunda mübarizə apardıqları müqəddəs amal sonrakı nəsillərin qəhrəmanlığı sayəsində gerçəkləşib.

Anım mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, digər şəhid ailələrinin nümayəndələri, qazilər və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, 1961-ci il martın 9-da Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olan Ramazan Quliyev şəhid olduğu zaman cəmi 32 yaşında idi. Onun şəhadətindən cəmi 10 gün sonra dünyaya gələn qızı Nişanə atasını heç vaxt görməsə də, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlıq nümunəsi ilə böyüyüb. Bu taleyin özü müharibənin insan həyatında qoyduğu ağır izlərin və şəhid ailələrinin yaşadığı mənəvi itkinin ifadəsidir.

Tədbirin sonunda “Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyinin sədri Əbil Zeynalov anım mərasimlərinin təşkilinə göstərilən dəstəyə və yaradılan şəraitə görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyinə minnətdarlıqlarını bildirib.




Baxış sayı: 115
Birinci Qarabağ müharibəsi şəhidi Ramazan Quliyevin xatirəsi anılıb Dünən, 16:30 BMT Qərbi azərbaycanlıların hüquqlarını təmin edən praktiki həll yollarının tapılmasına dəstək verməyə çağırılıb Dünən, 15:30 Daşkəndli Aşıq Nəcəf Dünən, 11:00 Bakıda növbəti bal yarmarkası başlayıb 27-11-2026, 21:00 Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir 27-11-2026, 17:30 Bakıda və rayonlarda intensiv yağış yağacaq 27-11-2026, 15:00 Xocalı və Ağdərə rayonlarına növbəti köç 27-11-2026, 14:30 Mirzoyanın müavini Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb 27-11-2026, 14:00 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib 27-11-2026, 11:00 Konstitusiya Məhkəməsinin Plenumunda Ali Məhkəmənin müraciəti əsasında qərar qəbul edilib 27-11-2026, 10:30 Müəllimlik peşəsini şərəflə yaşadan Əmirağa Eyyubov 27-11-2026, 09:30 Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli 26-11-2026, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər 26-11-2026, 17:30 Ermənistanın konstitusiya riskləri 26-11-2026, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır 26-11-2026, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir 26-11-2026, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again 26-11-2026, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək 26-11-2026, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür 26-11-2026, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq 26-11-2026, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub 26-11-2026, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30