ABŞ Ukraynanın F-16 qırıcı təyyarələrinin texniki xidməti və ehtiyat hissələri ilə təminatı üçün 621,9 milyon dollar dəyərində satış paketini təsdiqləyib.
Xərcləri Belçika, Danimarka, Niderland və Norveç qarşılayacaq. Paket üçün ABŞ büdcəsindən vəsait ayrılmayacaq.
ABŞ Dövlət Departamentinin açıqlamasına görə, Ukraynanın müraciəti əsasında hazırlanan paket təyyarə hissələrini, patron və yanacaq doldurma sistemlərini, laboratoriya avadanlıqlarını, eləcə də daşınma xidmətlərini əhatə edir.
Satınalma “Ukrayna üzrə Birgə Çoxmillətli Proqram” (JUMPSTART) çərçivəsində maliyyələşdiriləcək. Bildirilib ki, satışın həyata keçirilməsi üçün Ukraynaya əlavə ABŞ hökumət əməkdaşlarının və ya podratçı nümayəndələrinin göndərilməsinə ehtiyac olmayacaq.
ABŞ Dövlət Departamenti bu dəstəyin Ukraynanın F-16 parkına texniki xidmət imkanlarını genişləndirəcəyini və ölkənin hava təhlükəsizliyinə töhfə verəcəyini bildirib.
Qeyd edək ki, “The Wall Street Journal” qəzetinin daha əvvəl yaydığı məlumata görə, texniki xidmətin gecikməsi və ehtiyat hissələrinin çatışmazlığı səbəbindən Ukraynanın F-16 təyyarələrinin yarıdan çoxu uçuşa yararsız vəziyyətdədir. Ukrayna rəsmiləri intensiv istifadə və təyyarələrin istismar müddətinin aşınmanı sürətləndirdiyini bildirirlər.
Baxış sayı: 65
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
