Noyabrın 27-də Xocalı və Ağdərə rayonlarına növbəti köç reallaşıb. 170 nəfər olmaqla 49 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşub.
Xocalı şəhərində ailələrə yeni mənzillərinin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Çıxış edənlər keçmiş məcburi köçkünləri təbrik edərək, onlara doğma yurdlarında xoşbəxt və firavan həyat arzulayıblar.
Bildirilib ki, köç olan kəndlərdə yaşayış üçün bütün zəruri infrastruktur yaradılıb. Yaşayış evləri bərpa olunub, elektrik, qaz, içməli su, yol və rabitə xətləri istifadəyə verilib. Köçən ailələrin məşğulluq məsələsi isə daim diqqət mərkəzindədir.
ANAMA-nın əməkdaşları sakinlərə mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verib. Tanımadıqları naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələrini tövsiyə ediblər.
Sonra ailələr sevinc hissi ilə yeni evlərində yerləşiblər.
Qeyd edək ki, bu mərhələdə Ağdərənin Vəngli kəndinə 10 ailə - 42 nəfər, Çıldıran kəndinə 15 ailə - 49 nəfər, Kolatağ kəndinə 2 ailə - 6 nəfər, Heyvalı kəndinə 1 ailə - 1 nəfər, Xocalının Badara kəndinə 4 ailə - 7 nəfər, Xanyurdu kəndinə 9 ailə - 32 nəfər, Xanabad kəndinə 8 ailə - 33 nəfər köçürülür.
Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.
Baxış sayı: 75
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
