Hesab edirəm ki, bu cür görüşlər xüsusi əhəmiyyət kəsb edir. Çünki onlar yalnız siyasi dialoqun möhkəmləndirilməsinə deyil, həm də əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün konkret qanunvericilik mexanizmlərinin formalaşdırılmasına imkan yaradır. Parlamentlər dövlətlər arasında uzunmüddətli və davamlı əməkdaşlıq üçün zəruri hüquqi bazanın təmin edilməsinə xidmət etməlidirlər.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım noyabrın 25-də Bakıda keçirilən İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan və Özbəkistanı tarixi, mədəni və mənəvi bağlar, ortaq dəyərlər və ənənələr birləşdirir. Bu gün bu münasibətlər qarşılıqlı etimada və dəstəyə əsaslanır, ardıcıl şəkildə inkişaf edir və strateji müttəfiqlik xarakteri qazanır. Bu prosesdə enerji sahəsində əməkdaşlıq xüsusi yer tutur və bu əməkdaşlıq yalnız ölkələrimiz üçün deyil, bütövlükdə region üçün yeni imkanlar açır. Müasir dünyada energetika artıq çoxdan yalnız resursların istehsalı və tədarükü məsələsi olmaqdan çıxıb. O, birbaşa iqtisadi təhlükəsizlik, texnoloji inkişaf, ekoloji rifah və dövlətlərin rəqabət qabiliyyəti ilə bağlıdır. Buna görə də təmiz enerjiyə keçid və təbii resurslardan səmərəli istifadə dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir.
Baxış sayı: 65
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
