FACT-INFO.AZ » SİYASƏT » Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir
Bu gün, 13:30 | SİYASƏT
Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir

Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 470-dən çox müəssisə fəaliyyət göstərir, Azərbaycanda isə özbək sərmayəsi ilə 130-dan artıq şirkət qeydiyyatdan keçib. Ümumi məqsədimiz 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaqdır.

Bu sözləri Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva noyabrın 25-də Bakıda keçirilən İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda çıxışı zamanı deyib.

“Sənaye kooperasiyamızın iri nümunələrindən biri Hacıqabulda avtomobil və avtobusların birgə istehsalıdır. Bu ilin iyulunadək orada 10 mindən çox “Chevrolet” avtomobili və 275 “ISUZU” avtobusu buraxılıb. Xankəndidə isə birgə tikiş fabriki doğma yurdlarına qayıdan insanlara ailələrinin yanında, evdə işləmək imkanı verib. Belə nümunələri xeyli gətirə bilərik və hər il iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və digər sahələrdə yeni-yeni layihələr yaranır”, - deyə Özbəkistan Ali Məclisi Senatının sədri bildirib.

Onun sözlərinə görə, islahatların qanunvericilik təminatında və dövlətlərarası münasibətlərin reallaşdırılmasında parlamentlərimizin üzərinə xüsusi rol düşür.

“Yaxın iki ildə birgə işimizi dörd istiqamətdə cəmləşdirməyi təklif edirəm. Birincisi, ikitərəfli münasibətlərin, profil sazişinin icrasına parlament nəzarətinin təmin edilməsidir. Profil komitələri mütəmadi olaraq mübadilə etməli, hansı qərarların artıq nəticə verdiyini, harada ləngimələrin yarandığını və harada qanunvericilik dəstəyinin tələb olunduğunu müzakirə etməlidirlər.

İkincisi, parlamentlərarası dialoqumuzda regionların iştirakının fəallaşdırılmasıdır. Artıq birgə müəssisələrin işlədiyi və ortaq layihələrimizin reallaşdırıldığı yerlərdə görüşlərdən başlamaq olar. Yerli deputatlar, sahibkarlar, mütəxəssislər bu layihələrin inkişafına nəyin kömək edəcəyini və yeni təşəbbüslər üçün harada imkan olduğunu yaxşı bilirlər.

Üçüncü istiqamət, beynəlxalq parlament platformalarında əlaqələndirmədir. Nümayəndə heyətlərimiz Parlamentlərarası İttifaqda, TÜRKPA-da, ATƏT Parlament Assambleyasında, MDB Parlamentlərarası Assambleyasında və digər beynəlxalq platformalarda birlikdə dəstəkləyə biləcəyimiz təşəbbüsləri əvvəlcədən müzakirə etməlidirlər.

Dördüncü istiqamət, universitetlər, elmi və mədəni müəssisələr arasında birbaşa əlaqələrdir. Biz gənclər və təhsil mübadilələrini, tarixi abidələrin qorunması üzrə mütəxəssislərin birgə işini, Nizami Gəncəvinin və Əlişir Nəvainin, eləcə də digər böyük əcdadlarımızın irsinə həsr olunmuş sərgiləri və elmi görüşləri dəstəkləyə bilərik. İstərdik ki, belə layihələr sayəsində tanış olan gənclər dostluğu uzun illər qoruyub saxlasınlar", - deyə Tənzilə Narbayeva qeyd edib.




Baxış sayı: 70
Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir Bu gün, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub Bu gün, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub Bu gün, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür Bu gün, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub Bu gün, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" Bu gün, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30