FACT-INFO.AZ » XƏBƏR » Konstitusiya Məhkəməsinin Plenumunda Ali Məhkəmənin müraciəti əsasında qərar qəbul edilib
Dünən, 10:30 | XƏBƏR
Konstitusiya Məhkəməsinin Plenumunda Ali Məhkəmənin müraciəti əsasında qərar qəbul edilib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

525.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, məhkəmə iclasında Ali Məhkəmənin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin I və II hissələri, 71-ci maddəsinin II hissəsi baxımından Mülki Məcəllənin 26-cı və Ailə Məcəlləsinin 53.3-cü maddələrinin Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3, 6.24–6.28-ci bəndləri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Məmmədovun məruzəsini, maraqlı subyektlər Ali Məhkəmənin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ədliyyə Nazirliyi, Sumqayıt Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Ş.Yusifovun və həmin kafedranın müəllimi H.İrzayevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin mahiyyətindən irəli gələrək, Mülki Məcəllənin 26.4-cü, Ailə Məcəlləsinin 189-cu maddələrinin tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla adın subyektiv səbəblərlə bağlı növbəti dəfə dəyişdirilməsi barədə müraciətlər yalnız əvvəlki dəyişiklik faktının mövcudluğu səbəbilə rədd edilə bilməz.

Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndinin məzmununun Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin I və II, 71-ci maddəsinin II, 149-cu maddəsinin V hissələrinin, Mülki Məcəllənin 26.4-cü, Ailə Məcəlləsinin 53.3 və 189-cu maddələrinin tələblərinə uyğunlaşdırılması Nazirlər Kabinetinə tövsiyə edilib.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.




Baxış sayı: 60
Bakıda növbəti bal yarmarkası başlayıb Dünən, 21:00 Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir Dünən, 17:30 Bakıda və rayonlarda intensiv yağış yağacaq Dünən, 15:00 Xocalı və Ağdərə rayonlarına növbəti köç Dünən, 14:30 Mirzoyanın müavini Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb Dünən, 14:00 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Dünən, 11:00 Konstitusiya Məhkəməsinin Plenumunda Ali Məhkəmənin müraciəti əsasında qərar qəbul edilib Dünən, 10:30 Müəllimlik peşəsini şərəflə yaşadan Əmirağa Eyyubov Dünən, 09:30 Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli 26-11-2026, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər 26-11-2026, 17:30 Ermənistanın konstitusiya riskləri 26-11-2026, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır 26-11-2026, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir 26-11-2026, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again 26-11-2026, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək 26-11-2026, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür 26-11-2026, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq 26-11-2026, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub 26-11-2026, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30