FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Kəlbəcərdə sərgilər təşkil olunub
Bu gün, 10:00 | MƏDƏNİYYƏT
Kəlbəcərdə sərgilər təşkil olunub

Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə keçirilən Şəhər Günü tədbirləri çərçivəsində rayonun mərkəzi meydanında xalça və rəsm sərgiləri təşkil edilib. Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, rayonun idarə və müəssisələrinin rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri sərgilərlə tanış olublar.

Nazirlikdən Fact-info.az-a bildirilib ki, “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov qonaqlara sərgilər və təqdim olunan layihələr haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Dadaş Məmmədovun müəllifi olduğu “Dirçəliş” layihəsində Azərbaycanın Zəfər tarixinə quruculuq, bərpa və işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsi prizmasından yanaşılır. Layihənin əsas ideyası Zəfərin yalnız tarixi hadisə kimi deyil, həm də dağıdılmış şəhərlərin bərpasında, mədəni irsin yenidən canlandırılmasında, yeni yaşayış məkanlarının və infrastrukturun yaradılmasında təzahür etdiyini nümayiş etdirməkdir.

Sona Quliyevanın ideya müəllifi, Dadaş Məmmədovun layihə rəhbəri olduğu “İkinci həyat” layihəsi isə Azərbaycanın ənənəvi xalça sənətini müasir təsviri incəsənətlə birləşdirir. Layihə çərçivəsində köhnə və zədələnmiş Azərbaycan xalçaları rəssamların yaradıcı yanaşması ilə yeni bədii əsərlərə çevrilir.

Rəsm sərgisində Qarabağın əsrarəngiz təbiəti, tarixi və memarlıq abidələri əks olunub.

Tədbirdə uşaqlar üçün də maraqlı fəaliyyət təşkil edilib. Onlar şəhərin mərkəzi meydanında quraşdırılmış böyük lövhə üzərində müxtəlif eskizləri rəngləyərək yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.

Bayram proqramı çərçivəsində ziyarətçilərə milli mətbəximizin nümunələri də təqdim olunub.




Baxış sayı: 80
Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Bu gün, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Bu gün, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Bu gün, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Bu gün, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır Dünən, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ Dünən, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations Dünən, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir Dünən, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub Dünən, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub Dünən, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür Dünən, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub Dünən, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" Dünən, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30