FACT-INFO.AZ » MƏDƏNİYYƏT » İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub
Bu gün, 10:00 | MƏDƏNİYYƏT
İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub

Azərbaycan İtaliyanın paytaxtı Romada ənənəvi olaraq keçirilən “Muzeylərdə musiqi” təşəbbüsünün 16-cı buraxılışında konsert proqramı ilə iştirak edib.

Azərbaycanın İtaliyadakı səfirliyindən bildirilib ki, Azərbaycanın İtaliyadakı səfirliyi və səfirliyin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Romanın Kapitolini Muzeyində “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı fortepiano konserti təşkil edilib.

Tədbirdə Azərbaycanın İtaliyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə məsul diplomatı Nigar Qurbanova Ramazanlı səfirlik adından Roma Bələdiyyəsinə və “Zètema Progetto Cultura” təşkilatına bu gözəl fürsətə görə təşəkkürünü bildirib.

Azərbaycanın artıq dörd ildən çoxdur ki, bu təşəbbüsdə qürurla iştirak etdiyini vurğulayan N.Qurbanova Ramazanlı ölkəmizin zəngin mədəni irsini və milli musiqi ənənələrini beynəlxalq auditoriya ilə bölüşmək imkanından məmnunluğunu ifadə edib.

Konsert proqramında istedadlı azərbaycanlı pianoçu Nərgiz Əliyarovanın ifasında Qara Qarayev, Frederik Şopen, Faiq Sücəddinov, Sergey Raxmaninov, Firəngiz Əlizadə və Fikrət Əmirovun əsərləri, eləcə də Azərbaycanın sevilən xalq mahnısı “Sarı gəlin” səsləndirilib.

Qeyd edək ki, bu il 16-cı dəfə təşkil olunan “Muzeylərdə musiqi” təşəbbüsü çərçivəsində 42 mindən çox ziyarətçi iştirak edib. Azərbaycanla yanaşı, Argentina, Bosniya və Herseqovina, Çexiya və Hindistan səfirlikləri də bu beynəlxalq mədəniyyət təşəbbüsünə qoşulublar.




Baxış sayı: 110
İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub Bu gün, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür Bu gün, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub Bu gün, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" Bu gün, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30