Bakıda “VR Standartları 2026” kitabının və rəqəmsal adaptiv erqonomik ölçü sisteminin təqdimatı keçirilib.
Fact-info.az xəbər verir ki, Azərbaycan İnnovasiya Mərkəzində keçirilən tədbirdə memarlıq və layihələndirmə sahəsində müasir yanaşmalar, insan amilinin məkan təşkilində nəzərə alınması, tikinti prosesində texniki nəzarət və bu istiqamətdə mütəxəssis hazırlığı məsələləri diqqət mərkəzində olub.
Kitabın müəllifi novator-memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturandır. Nəşrin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlandığı bildirilib.
Qeyd olunub ki, kitabda beynəlxalq norma və standartlar, memarlıq və tikinti sahəsində mövcud təcrübə, layihələndirmə, mühəndis sistemlərinin əlaqələndirilməsi, tikinti işlərinin icrası və texniki yoxlama məsələləri əhatə olunur.
Təqdim edilən rəqəmsal adaptiv erqonomik ölçü sistemi insanın antropometrik göstəricilərinin, fərdi ehtiyaclarının və məkanın funksional təyinatının layihələndirmə prosesində nəzərə alınmasını nəzərdə tutur. Sistem əsasında fərdi göstəricilərə uyğun ölçü təkliflərinin hesablanması və layihə qərarlarının əsaslandırılması mümkün olur.
Tədbirdə, həmçinin memarlıq və dizayn sahəsində praktiki bilik və bacarıqların inkişafına yönəlmiş beşaylıq tədris proqramı haqqında məlumat verilib. Proqramın məzmununa məkan planlaşdırılması, işıqlandırma, havalandırma, isitmə və soyutma sistemləri, təhlükəsizlik, texniki yoxlama və audit mövzuları daxildir. Bildirilib ki, təqdim olunan metodoloji yanaşma layihələndirmə ilə tikinti işlərinin icrası arasında əlaqənin gücləndirilməsini, işlərin mərhələli yoxlanılmasını və nəticələrin sənədləşdirilməsini nəzərdə tutur.
Baxış sayı: 70
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
