Türkiyə Respublikası Milli Müdafiə Universiteti rektorunun müavini Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti tədris gəzintisi proqramı çərçivəsində Azərbaycanda səfərdədir.
Müdafiə Nazirliyindən Fact-info.az-a verilən məlumata görə, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət ediblər.
Proqram çərçivəsində nümayəndə heyəti Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülovla görüşüb. Görüşdə hərbi təhsil sahəsində əməkdaşlıq əlaqələri və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Sonda tərəflər qarşılıqlı hədiyyələr təqdim ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Qənimətlər Parkında və Heydər Əliyev Mərkəzində olub.
Baxış sayı: 75
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
