FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ
Bu gün, 18:30 | TƏDQİQATLAR-ANALITIKA / AKTUAL
Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ

Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni Konstitusiyanın hazırlanması ilə bağlı tapşırıq verməsi müsbət addım kimi qiymətləndirilə bilər. Çünki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın gözlədiyi əsas dəyişikliklərdən birinin Ermənistanın yeni Konstitusiyasında öz əksini tapması mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi 8 avqust 2025-ci ildə Vaşinqtonda hər iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanıb.

Sazişin paraflanmasından sonra iki ölkə arasında münasibətlərdə müəyyən yaxınlaşma müşahidə olunur. Atəşkəs rejimi qorunur, Azərbaycan Ermənistana neft və digər məhsulların ixracını həyata keçirir. Eyni zamanda, Qazaxıstandan gətirilən taxılın Azərbaycan ərazisi vasitəsilə Ermənistana çatdırılması təmin olunur.

Bütün bunlar normallaşma prosesinin başlanğıcında olduğumuzu göstərir. Lakin bu prosesin tam başa çatması və tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında zəruri dəyişikliklərin edilməsi vacibdir.

Yeni Konstitusiyanın qəbul edilməsi Paşinyan üçün nə dərəcədə realdır?

Digər mühüm məqam Nikol Paşinyanın siyasi dəstəyi və yeni Konstitusiyanın qəbul edilməsi məsələsidir. Paşinyan son seçkilərdə 49 faiz səs toplayıb. Yeni Konstitusiyanın qəbul edilməsi üçün isə parlamentdə əlavə altı deputatın dəstəyinə ehtiyac olduğu bildirilir.

Bu baxımdan, Paşinyanın digər siyasi qüvvələrlə aparacağı dialoq xüsusi əhəmiyyət daşıyır. Onun əlavə deputatların dəstəyini qazanması və onları yeni Konstitusiyanın qəbulunun vacibliyinə inandırması prosesin nəticəsinə təsir göstərəcək.

Mən hesab edirəm ki, Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklərin edilməməsi üçün ciddi əsas yoxdur. Çünki bir ölkənin Konstitusiyasında başqa dövlətlərin ərazi bütövlüyünə və torpaqlarına iddia kimi qiymətləndirilə biləcək müddəaların yer alması beynəlxalq münasibətlər baxımından qəbulolunmazdır. Belə müddəalar regionda davamlı sülhün təmin edilməsinə də maneə yaradır.

Bu məsələdə rasional yanaşma nümayiş etdirilməli və mübahisələrə səbəb olan müddəalar aradan qaldırılmalıdır. Eyni prinsip Türkiyə üçün də keçərlidir. Yəni qonşu dövlətin ərazi bütövlüyünə dair iddiaların digər ölkənin Konstitusiyasında əks olunması qəbuledilməzdir. Bu cür yanaşma gələcəkdə davamlı sülhün formalaşmasına mane ola bilər.

Azərbaycanın Ermənistan Konstitusiyasındakı müvafiq müddəaların dəyişdirilməsini tələb etməsi də məhz bu baxımdan əhəmiyyətlidir.

Türkiyə-Ermənistan münasibətlərində yeni mərhələ başlaya bilərmi?

Türkiyə 1993-cü ildə Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğalına etiraz olaraq Ermənistanla sərhədlərini bağlayıb. Bu, beynəlxalq münasibətlər tarixində xüsusi nümunələrdən biridir. Bir dövlətin başqa dövlətlə həmrəyliyini nümayiş etdirmək məqsədilə üçüncü ölkə ilə sərhədlərini bağlaması nadir hallarda rast gəlinən hadisədir.

Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və həmrəylik münasibətləri o qədər güclüdür ki, Türkiyə 33 ildir Ermənistanla sərhədlərini bağlı saxlayır.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından və sülh prosesinin yekunlaşmasından sonra Türkiyənin də Ermənistanla bağlı sərhədlərini açması gözlənilir.

Bununla da iki ölkə arasında ticarət əlaqələri inkişaf etməyə başlayacaq, diplomatik münasibətlərin qurulması üçün imkanlar yaranacaq və qarşılıqlı səfirliklərin açılması gündəmə gələcək.

Başqa sözlə, Türkiyə-Ermənistan münasibətlərində normallaşmanın yeni mərhələsi başlaya bilər. Sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması və iqtisadi əməkdaşlığın genişlənməsi iki ölkə arasında münasibətlərin inkişafına şərait yaradacaq.

Lakin bir daha qeyd etmək istəyirəm ki, bu proses Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından və sülhün təmin olunmasından sonra reallaşa bilər.

Cənubi Qafqazda güc balansı necə dəyişəcək?

Cənubi Qafqazda Azərbaycanın çox böyük siyasi və iqtisadi potensiala malik olduğunu görürük. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Eyni zamanda, ölkəmiz həm Mərkəzi Asiyada, həm də Avropada mühüm geosiyasi və iqtisadi nüfuza malikdir.

Şübhəsiz ki, Azərbaycan gələcəkdə Cənubi Qafqazın əsas güc mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək. Lakin burada əsas məsələ yalnız güc amili deyil. Əsas məqsəd regionda sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması olmalıdır.

Yeni mərhələdə Cənubi Qafqaz xalqları arasında yaxınlaşma, qarşılıqlı əməkdaşlıq və dostluq münasibətlərinin formalaşması vacibdir. Ən mühüm məsələ də məhz budur.

Ermənistan xalqı uzun illərdir ki, regional təcrid şəraitində yaşayır. Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı olması Ermənistanın iqtisadi və nəqliyyat imkanlarını məhdudlaşdırıb. Sərhədlərin açılması ilə Ermənistan vətəndaşları daha sərbəst hərəkət etmək, Azərbaycan və Türkiyə üzərindən müxtəlif istiqamətlərə çıxış əldə etmək imkanı qazanacaqlar.

Bu, Ermənistan üçün də yeni iqtisadi və sosial imkanlar yaradacaq. Eyni zamanda, regionda iqtisadi əlaqələrin genişlənməsinə və qarşılıqlı asılılığın artmasına şərait formalaşdıracaq.

Güc balansına gəldikdə isə, mövcud geosiyasi reallıqlar fonunda Azərbaycanın mövqelərinin daha da güclənəcəyini düşünürəm. Bununla belə, yeni sülh sazişinin imzalanması və həyata keçirilməsi regionda münasibətlərin xarakterini dəyişəcək.

Nəticə etibarilə, Cənubi Qafqaz yeni bir mərhələyə qədəm qoya bilər. Bu mərhələnin əsas xüsusiyyətləri sülh, sabitlik, iqtisadi əməkdaşlıq və dostluq münasibətləri olmalıdır. Bu prosesdən ən çox faydalananlar isə, şübhəsiz ki, region xalqları olacaq.

Hulusi Kılıç

Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi




Baxış sayı: 85
Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır Bu gün, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ Bu gün, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations Bu gün, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir Bu gün, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub Bu gün, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub Bu gün, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür Bu gün, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub Bu gün, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" Bu gün, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30