FACT-INFO.AZ » CƏMİYYƏT » Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında
Dünən, 16:30 | CƏMİYYƏT
Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında

Şirvan aşıqlığının Azərbaycan aşıq sənətinin bir qolu kimi formalaşmasında kənd və şəhər mədəniyyətlərinin əlaqəsi, o cümlədən, saray mədəniyyətinə inteqrasiyası elmi baxımdan ciddi məntiqi və tarixi təcrübəyə əsaslanır. Saray mühiti üçün məqbul sayılan, sevilən və dəyərləndirilən muğam ifaçılığı, zərb alətlərinin müşayiəti ilə oxunan havalar saray xanəndələrinə hörmət və nüfuz qazandırıb. İncəsənətin bu sahəsi geniş inkişaf tapıb və ətraf vilayətlərə də yayılıb. Yalnız iri şəhərlərdə deyil, hətta kəndlərdə də belə toy mərasimlərinin daha təntənəli və şən keçməsi üçün sənətkarlara böyük ehtiyac duyulurdu. Kənd mühitində məclis keçirən aşıq isə təkcə bu tələbi ödəyə bilmirdi. Xanəndəliyə, zərbli və nəfəsli musiqi alətlərinə meyl get-gedə güclənir, bu da təkcə çalıb çağıran aşıqın nüfuzuna təsir edirdi. İstər-istəməz aşıq mühitlə barışmalı, ətrafına başqa çalğıçılar da toplamalı olurdu. Bu uzun tarixi gediş aşığı xanəndəyə, sazı tara yaxınlaşdırıb. Deməli, aşıq öz sənətini yaşatmaqla yanaşı məqamı gələndə xanəndəni də əvəz edirdi. Aydındır ki, xanəndənin saraydakı nüfuzu aşığı da saraya sövq edir, saz tutan barmaqları tədricən muğam notları üstə köklənirdi. 

Bir milli mədəniyyətin içərisində mövcud olmuş ozan sənəti və aşıq sənəti xalq musiqisini və xalq şeirini inkişaf etdirmiş, əhalinin estetik tələbatını uğurla ödəyə bilmişdir. Rəhmətlik Folklorşünas alimimiz professor Qara Namazovun təbirincə desək, Şirvan aşıqlarına əski sənət mirası ozanlardan qalmışdır: «Tarixin daş yaddaşından nə qədər silinsə də, yenə də Şirvan-Dağıstan ozanlarının izləri itməmişdir. Molla Qasım Şirvani (XIII yüzil), Məlik Kürəli (XIII yüzil), Abbas Bayatlı (XYI yü- zil), Dostu Şirvanlı (XYI yüzilin II yarısı), Aşıq Abdulla (XYIII yüzil), Dəllək Murad, Şair Tanı, Aşıq Soltan, Baba Şirvani (XYIII yüzil), Məhəmməd Varxiyanlı (XYIII-XIX yüzil), Aşıq Oruc Tircanlı (XIX), nəhayət bizim yüzildə Aşıq Ağaməhəmməd, Aşıq İbrahim, Aşıq Bilal, Aşıq Şa- mil, Aşıq Qurbanxan və yüzlərlə Şirvan aşıqları bu məktəbi ləyaqətlə davam və inkişaf etdirmişlər. 

Bu ənənəni davam etdirən saz-söz sənətkarlarından biri də 30 ildən çox ulu Azərbaycanda, hətta ondan çox-çox kənarlarda tanınan Aşıq Pənah Pənahovdur. Aşıq Pənah yaradıcı sənətkar olub. O, Şirvan aşıq mühitinin ənənələrini davam etdirib, saz havalarını təkmilləşdirib, həm də özünəməxsus şəkildə ifa edib. Pənah aşıq- şairdi. Şeirlərində daha çox ustalıqla hikmətli fikirlərə, yadaşlarda qala bilən nəsihatəmiz misralara, beytlərə, bəndlərə rast gəlirik.

Aşıq Pənah Ələsgər oğlu Pənahov 1926-c ildə Salyan rayonunda dünyaya gəlmişdir. İstedadlı bir gənc kimi aşıq sənətinə maraq göstərmişdir. Bu maraqla da Aşıq Qurban Sadıqovun yanına gəlmiş və ondan dərs almışdır. O, 1948-ci ildən sərbəst aşıqlıq fəaliyyətinə başlamışdır. Keçən əsrin əllinci illərindən el şənliklərində tanınan Aşıq Pənahın müsabiqələrdə, festivallarda iştirakı onu daha da məşhurlaşdırır. Dövrünün görkəmli aşığı dövlət tədbirlərində, el bayramlarında konsert proqramlarının daimi iştirakçısına çevrilir. 32 saz havasını ustalıqla ifa edən Aşıq Pənah ifaçı aşıq olmaqla yanaşı, eyni zamanda yaradıcı aşıq kimi qoşma və gəraylı janrında şeirlər yazmışdr. O, qoşmalarında vətən, yurd sevgisi, əməyə məhəbbət, təbiətə, insana bağlılıq kimi müsbət keyfiyyətlər aşılayır. Vətənin gözəlliklərini qoşmalarında canlandıran aşıq sanki Azərbaycanın xəritəsini çəkir. Aşıq Pənahın "Dilbər", De, danış!", "Vurulmuşam”, “Bizim qızlar”, “Ana Kürüm", "Aşiqin", "Gördüm" və s. qoşma və gəraylıları və “Nə qəşəng bəzənmisən?” və s. mahnıları zamanında dillər əzbəri, məclislər yaraşığı olub. Həm qədim saz ifa üslubunu, həm də müasir ifa üslubunu öz çalğısında məharətlə təqdim edən Aşıq Şirvan aşıqlığına məxsus ifaçılıq prinsiplərinə əməl edib.

Aşıq Pənah Pənahov dövlət tərəfindən bir sıra medal, diplom və Fəxri Fərmanlara, “Əməkdar Mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. 1974-cü ildə AYB-nin üzvü olub. Aşıq Pənahın "Saz və söz" (Bakı-1963), “Məhəbbətdən danışaq" (Bakı-1966), “Təzə söz, təzə mahnı" (Bakı-1971), “Mənim sazım"(Bakı-1978) kitabları işıq üzü görüb. Aşıq Pənah ənənəvi dastanlarımızı məharətlə ifa etməklə yanaşı, özü də "Sülh" "Pambıqçılar" adlı iki dastan bağlayıb. Bundan əlavə, aşığın özünün bəstələdiyi 18 aşıq havası var ki, bunlardan “Dilbər”, “Yeddi qardaş”, “Azərbaycan” havaları məşhur olub. Onun yaradıcılıq irsindən "Bir də gəl", "Gəzə-gəzə", "Gözəllərin var", "Məndədir” və s. nümunələr qızıl fondda qorunmaqdadır. Aşıq Pənah klassik Azərbaycan dastanlarının mahir ifaçısı kimi də ad-san qazanıb və özü də “Sülh”, “Pambıqçılar” adlı 2 dastan bağlayıb. O, 1978-ci ilin avqustunda, 52 yaşını tamamlamamış-çox erkən dünyasını dəyişib.

Hal-hazırda Salyan rayonunda bir küçə, bir ümumtəhsil məktəbi onun adını daşıyır. Doğma ocağında onun xatirələrini yaşadan ev muzeyi fəaliyyət göstərir. 2007-ci ildə Aşıq Pənah haqqında Eldar İsgəndərzadənin ssenarisi əsasında Vasif Məmmədzadə qısa metrajlı sənədli-bədii televiziya filmi çəkib.

Yaqut Bahadurqızı 

Filologiya üzrə fəlsəfə doktoru, dosent,

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı 

Muzeyinin Xaqani Şirvani adına Aran Regional Filialının 

Müdiri




Baxış sayı: 95
Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında Dünən, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib Dünən, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir Dünən, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts Dünən, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb Dünən, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir Dünən, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib Dünən, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti Dünən, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb Dünən, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz Dünən, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30 Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir 19-11-2026, 19:30 “Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib 19-11-2026, 19:00 Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach 19-11-2026, 17:30 Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb 19-11-2026, 17:00 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib 19-11-2026, 14:30 Azərbaycanda aqrar subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir 19-11-2026, 12:30 On ayda sürət həddinin aşılması səbəbindən yol qəzalarında 256 nəfər ölüb 19-11-2026, 12:00 Azərbaycan və Gürcüstan alimləri Nizami və Rustaveli yaradıcılığını birgə tədqiq edirlər 19-11-2026, 10:30 Fransa hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq 19-11-2026, 10:00 QHT Agentliyinin 2027-ci il üzrə qrant müsabiqələri elan olunacaq 19-11-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30