FACT-INFO.AZ » İQTİSADİYYAT » Qlobal bazarlarda narahatlıq davam edir
Bu gün, 13:30 | İQTİSADİYYAT
Qlobal bazarlarda narahatlıq davam edir

ABŞ-nin səhm fyuçersləri texnologiya şirkətlərinin səhmlərində müşahidə olunan kəskin satışlardan sonra yeni həftəyə yüksəlişlə başlasa da, Asiya fond bazarlarında satış təzyiqi davam edib.

Cümə günü süni intellekt şirkətlərinin səhmlərində qeydə alınan kəskin ucuzlaşmadan sonra investorların yenidən alışlara başlaması ABŞ-nin səhm fyuçerslərinin bahalaşmasına səbəb olub. Təhlükəsiz aktivlərə tələbin azalması fonunda isə ABŞ dövlət istiqrazlarının fyuçersləri ucuzlaşıb, Yapon yeninin məzənnəsi zəifləyib.

Asiya ticarətində “S&P 500” fyuçersləri 1,9 faiz, “Nasdaq 100” fyuçersləri isə 2,3 faiz yüksəlib. Asiya bazarlarında isə ehtiyatlı mövqe qorunub. “MSCI Asia Pacific” indeksi 1,1 faiz geriləyib, Cənubi Koreyanın “Kospi” indeksi 5 faizdən çox ucuzlaşıb. “MSCI Emerging Markets” indeksi isə ilin əvvəlindən bəri əldə etdiyi artımı itirmək təhlükəsi ilə üzləşib.

ABŞ səhmlərindəki satışlar zamanı təhlükəsiz aktivlərə tələbin artması nəticəsində ötən cümə günü 0,7 faiz bahalaşan Yapon yeni sonradan 0,2 faiz ucuzlaşıb. ABŞ dollarının yen qarşısında məzənnəsi 158,92 səviyyəsində qərarlaşıb.

İnvestorlar “Wall Street”in qorxu indeksi kimi tanınan VIX-in ötən cümə günü 2025-ci ilin aprelindən bəri ən yüksək səviyyəyə yüksəlməsindən sonra bazarlarda dəyişkənliyin davam edəcəyini gözləyirlər.

İlin əvvəlində maliyyə bazarlarında nikbinliyi gücləndirən süni intellektlə bağlı müsbət gözləntilər noyabr ayında yerini narahatlıqlara verib. Buna ABŞ-də keçirilən aralıq seçkilər, “Nvidia” şirkətində idarəetmə ilə bağlı böhran və FED-in inflyasiya ilə mübarizə məqsədilə faiz dərəcələrini daha da artıracağına dair gözləntilər təsir göstərib.

Ötən cümə günü “Nvidia” şirkətinin səhmləri 14 faiz, yarımkeçirici istehsalçılarını izləyən indeks isə 11 faiz ucuzlaşıb.

Analitiklər bildirirlər ki, investorlar xüsusilə süni intellekt məlumat mərkəzlərinə yönəldilən investisiyaların orta və uzunmüddətli perspektivindən getdikcə daha çox narahat olurlar. Şirkətlərin ilkin kütləvi səhm təkliflərindən (IPO) sonra süni intellekt sahəsində daha geniş investisiya ekosisteminin formalaşması investorların kapitalı sektorun müxtəlif istiqamətləri üzrə bölüşdürməsi üçün əlavə imkanlar yaradır.

Əmtəə bazarlarında da azalma müşahidə olunub. Süni intellekt sektorundan qaynaqlanan tələblə bağlı şübhələr fonunda misin London Metal Birjasında bir tonunun qiyməti 12 min dollardan aşağı düşüb. “Brent” markalı neft də ucuzlaşıb.

Qızıl isə FED-in yaxın müddətdə faiz dərəcələrini artıracağına dair gözləntilərin zəifləməsi nəticəsində son 8 ayın ən kəskin həftəlik enişindən sonra mövqelərini bərpa edib. Qiymətli metalın bir troya unsiyasının qiyməti təxminən 2 faiz artaraq 3600 dollar ətrafında qərarlaşıb.

“Bitcoin” həftəsonu əldə etdiyi bahalaşmanın bir hissəsini itirərək 61 min dollar ətrafında ticarət olunub. “Bloomberg Dollar Index” isə 0,1 faiz azalaraq 1242 bəndə enib.

 




Baxış sayı: 80
Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb Bu gün, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir Bu gün, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib Bu gün, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti Bu gün, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb Bu gün, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz Bu gün, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30 Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir 19-11-2026, 19:30 “Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib 19-11-2026, 19:00 Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach 19-11-2026, 17:30 Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb 19-11-2026, 17:00 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib 19-11-2026, 14:30 Azərbaycanda aqrar subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir 19-11-2026, 12:30 On ayda sürət həddinin aşılması səbəbindən yol qəzalarında 256 nəfər ölüb 19-11-2026, 12:00 Azərbaycan və Gürcüstan alimləri Nizami və Rustaveli yaradıcılığını birgə tədqiq edirlər 19-11-2026, 10:30 Fransa hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq 19-11-2026, 10:00 QHT Agentliyinin 2027-ci il üzrə qrant müsabiqələri elan olunacaq 19-11-2026, 10:00 Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir 18-11-2026, 17:30 Yohan David Vadeful: Azərbaycan Avropa üçün çox önəmli tərəfdaşdır 18-11-2026, 17:30 Nəğmələrdə yaşayan ömür 18-11-2026, 17:00 ANAMA sədri "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda iştirak edib 18-11-2026, 15:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30