FACT-INFO.AZ » CƏMİYYƏT » Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
Bu gün, 10:00 | CƏMİYYƏT
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm

UNESCO-nun himayəsi altında Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzinin direktoru Oljas Süleymenov Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib.

Fact-info.az xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan xalqının Sizin rəhbərliyinizlə ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirən və artıran, dünyada siyasi və mədəni proseslərin ən mühüm iştirakçılarından birinə çevirən şanlı Qələbəsinin 6-cı ildönümü tamam olur.

Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm, çünki bu diyar qazax torpağı kimi mənə doğmadır. Həmçinin Heydər Əliyevin xatirəsi mənim həyatımda və xalqlarımızın tarixində müstəsna yerə malikdir. Dahi lider 80 il ömür sürsə də, əsrlər boyu yaşayacaq irs və dəyərlər qoyub.

Mən hazırda həyatımı həsr etdiyim nailiyyətlərə yekun vurur və onları ümumiləşdirirəm. Bu il bizim gördüyümüz işlərin ən əsası Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyi idi. Bu əsas mövzu qədim vaxtlardan günümüzədək gəlib çatan və müasir dövrdə İlham Əliyev kimi türk dövlətləri liderlərinin xarakterlərində özünü göstərən türkçülüyün tarixi və mədəni dəyərləri ilə bağlıdır.

Rəhbərlik etdiyim Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzi bu əlamətdar tarixlə bağlı fürsətdən istifadə edərək Türk dünyasının görkəmli elm və mədəniyyət xadimlərinin iştirakı ilə böyük tədbirlər təşkil edir və layihələr həyata keçirir. Onların fəal iştirakı nailiyyətlərimizin beynəlxalq səviyyədə tanınmasına imkan verir.

Qoy, bu nailiyyətlər Azərbaycanın və bütün Türk dünyasının qələbələrinin layiqli davamına çevrilsin".




Baxış sayı: 95
Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Bu gün, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Bu gün, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Bu gün, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik Dünən, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki Dünən, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Dünən, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Dünən, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət Dünən, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib 5-11-2026, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram 5-11-2026, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30