FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?
9-10-2026, 12:00 | TƏDQİQATLAR-ANALITIKA
Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

Kanadalı şair və yazıçı Enn Karsonun klassik antik ənənəni müasir bədii formalarla birləşdirməsi Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi və Məhəmməd Füzuli irsinin yeni metodoloji yanaşmalarla tədqiqi baxımından da əhəmiyyətlidir.

Fact-info.az xəbər verir ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şükufə Vəliyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, klassik mətnin müasir dövrdə yenidən mənalandırılması onun sadəcə bərpası deyil, arxetipal obraz və ideyaların müasir insanın problemləri ilə əlaqələndirilməsi nəticəsində yeni məna qatlarının yaradılmasıdır. Bu yanaşma Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasındakı Məcnun obrazının cəmiyyətin sosial normaları ilə fərdi seçim arasında qalan müasir insan kontekstində yenidən dəyərləndirilməsinə imkan verir. Nizaminin “Xəmsə”sinə daxil olan digər əsərlər də müasir ədəbiyyat üçün zəngin ideya mənbəyidir. “İsgəndərnamə”də ədalətli idarəçilik, elm və cəmiyyət, “Yeddi gözəl”də mədəniyyətlərarası dialoq, “Xosrov və Şirin”də isə sevgi, hakimiyyət və fərdi seçim məsələləri müasir roman və dramaturgiyada yeni interpretasiyalar üçün geniş imkanlar yaradır.

Alim qeyd edib ki, Məhəmməd Füzulinin eşq və ayrılıq fəlsəfəsi də müasir insanın daxili aləmi, yaddaşı və emosional təcrübəsi kontekstində yeni bədii-fəlsəfi məna qazana bilər. Bu baxımdan, klassik irsin müasir ədəbiyyatla əlaqələndirilməsi onun əvvəlki məzmununun təkrarlanmasından daha çox, əsərlərlə intertekstual və yaradıcı dialoqun qurulmasını nəzərdə tutur. Onun fikrincə, Nizami Gəncəvi və Məhəmməd Füzulinin yaradıcılığı yalnız tarixi-mədəni irs kimi deyil, müasir poeziya, roman, dramaturgiya, kino və digər sənət sahələri üçün canlı ideya-estetik resurs kimi dəyərləndirilməlidir.

Ş.Vəliyeva vurğulayıb ki, klassik irsin beynəlxalq auditoriyaya çatdırılmasında adekvat və konseptual tərcümələr, eləcə də müasir bədii interpretasiyalar mühüm rol oynayır. Məsələn, “Leyli və Məcnun” əsərinin müasir roman, qrafik roman və ya dramaturji əsər formatında yenidən təqdim edilməsi klassik poetik kodların xarici oxucu üçün daha əlçatan olmasına şərait yarada bilər. “Xəmsə”nin ideyaları əsasında müasir romanların, filmlərin və serialların yaradılması da Azərbaycan klassik ədəbiyyatının beynəlxalq mədəni diskursda tanıdılmasına töhfə verə bilər. O bildirib ki, klassik irsin müasir interpretasiyası Azərbaycan ədəbiyyatının dünya ədəbi məkanında görünürlüğünü artırmaqla yanaşı, milli ədəbi dəyərlərin yeni bədii formalarda təqdim olunmasına imkan yaradır. Enn Karsonun yaradıcılıq təcrübəsi klassik ənənənin beynəlxalq əhəmiyyətinin yalnız onun qorunması ilə deyil, həm də müasir müəlliflərin həmin irslə qurduğu yaradıcı dialoqla müəyyənləşdiyini göstərir. Bu təcrübə Azərbaycan ədəbiyyatşünaslığı üçün də əhəmiyyətli istiqamət müəyyənləşdirir: Nizami Gəncəvi və Məhəmməd Füzuli kimi qüdrətli sənətkarların irsi müasir sənət formaları və konseptual tərcümələr vasitəsilə dünya mədəniyyətinin canlı dialoq məkanına inteqrasiya olunmalıdır.




Baxış sayı: 70
Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir Bu gün, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək Bu gün, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub Bu gün, 11:30 Ölkə ərazisinin faktiki hava durumu Bu gün, 10:00 Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub Bu gün, 10:00 Azərbaycanlı məktəblinin beynəlxalq uğuru: Cavanşir Nəsibli 24 ölkə arasında birinci oldu Bu gün, 09:30 Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub Bu gün, 08:00 “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb Dünən, 20:00 Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır Dünən, 20:00 CÜMHURİYYƏTİN İŞIĞINDA AZƏRBAYCAN–TÜRKİYƏ MƏDƏNİ ƏLAQƏLƏRİ: TRAKYA FOLKLORU, MUSİQİSİ VƏ TARİXİ İRSİ Dünən, 17:30 Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb Dünən, 17:30 Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 15:30 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb Dünən, 12:30 “Sənət dialoqu” layihəsi çərçivəsində Dünən, 10:56 Xankəndi mühüm beynəlxalq tədbirə ev sahibliyi edir Dünən, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib Dünən, 09:30 Donald Tramp Hörmüz boğazının adını dəyişərək öz adını vermək niyyətində olduğunu bildirib Dünən, 09:30 Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib 28-10-2026, 20:30 Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib 28-10-2026, 20:30 Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb 28-10-2026, 19:00 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb 28-10-2026, 17:00 FHN radiasiya təhlükəsizliyinə həsr olunan tədbir keçirib 28-10-2026, 12:30 Dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir 28-10-2026, 12:00 Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub 28-10-2026, 11:30 Prezident Bakıda keçirilən İƏT ölkələri korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşünə müraciət ünvalayıb 28-10-2026, 11:00 Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib 28-10-2026, 10:00 Mirzoyan: “TRIPP sülh müqaviləsi imzalanmadan əvvəl işə salına bilər” 27-10-2026, 19:30 Terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 27-10-2026, 17:00 Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia 27-10-2026, 16:00 Forumda Azərbaycanın mədəni irsin qorunmasına və sülhün təşviqinə töhfələri vurğulanıb 27-10-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031