FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Füzuli poeziyası, Səttar dünyası…
7-06-2017, 11:20 | MƏDƏNİYYƏT
Füzuli poeziyası, Səttar dünyası…

Lakin bunu təkcə ona görə demirlər ki, o, klassik Azərbaycan poeziyasının vurğunu, əsl xiridarı idi. Dilindən Füzulinin, Vaqifin, Seyid Əzim Şirvaninin, Sabirin misraları əskik olmazdı. Füzulinin məşhur

“Məcnunla mənim dərdimin əfsanəsi birdir,

Söz ayrısa da, aşiqi-divanəsi birdir” -

beytini təkrar-təkrar söyləməkdən doymazdı. Elə dostları arasında da şairlər çox idi. Poeziyadan söz düşəndə o, “Birinci yeri Füzuliyə, ikincini Vaqifə verirəm. Qalan yerləri özünüz bölüşdürün”, - deyib hökmünü verərdi...

Füzulinin Azərbaycan təsviri sənətində daha çox bədii münasibət bildirilən şairlərdən olması birmənalıdır. Rəssamlarımızın ən müxtəlif nəsilləri çox vaxt sirr qatına bələnmiş kimi görünən Füzuli dünyasına əsərlər həsr etsələr də, heç kim yaratdığını Səttar Bəhlulzadənin əsərləri ilə yanaşı qoymağa cəsarət etməzdi. Masa arxasında oturanda da yaranmış ən qısa fasilədə əli boş dayanmazdı. Çəkdikləri də ya Füzuli idi, ya da ki, Leyli və Məcnun... Müəllimlərindən eşitdiklərini tez-tez mənə çatdırmaqdan da usanmazdı. Həmişə də deyərdi ki, dünyanın heç bir şairi Leyli ilə Məcnunu qovuşdurmağa cəsarət etməyib. Bu da səbəbsiz olmayıb. Belə ki, Məcnun faciəsinin kökündə ilahi eşqin ünvanını səhv salması durub. Onun sevgilisinə qovuşmaması da ona verilən cəzadır. “Leyli və Məcnun” da nəsihətnamədir, ətrafdakılara bu cür sevməməyi tövsiyə edir...

Bununla belə Füzuli öz “Leyli və Məcnun”u ilə Səttarı da ovsunlamışdı. Rənglərlə, cizgilərlə bu eşq dastanını vəsf etməkdən usanmazdı. O, hətta Arif Məlikovun yazmaq arzusunda olduğu “Leyli və Məcnun” baletinin quruluşçu rəssamı olmağı da boynuna götürmüşdü. Amma ömür vəfa etmədi...

Çoxdandır ki, sənətsevərlər arasında “Füzuli ilə Səttarın torpağı bir yerdən götürülüb”, “Füzuli Səttar Bəhlulzadənin mənəvi ulduzudur” deyimləri gəzib-dolaşır. Doğrudan da Füzuli poeziyasındakı lirik-fəlsəfi qayə, sözün əsl mənasında, Səttar tablolarına köçüb. Beləcə, bütün yaradıcılığı boyu rəssam sayagəlməz mənzərələri ilə yanaşı, həm də zəngin poetik mənbəyə – əfsanəyə dönmüş nakam məhəbbət dastanına, qəm karvanının sarbanı olan Füzuliyə saysız-hesabsız əsərlər həsr edib. Başqa sözlə desək, şairanəliklə rəssamlıq Səttar şəxsiyyətində və yaradıcılığında ülvi şəkildə birləşmişdi. Onunla yaxından tanışlığımızın qarşılığında deyə bilərik ki, rəssam Səttar rənglər aləmində şair, poeziyaya münasibətində isə az qala alimdir. Onun Füzuli dünyasında çoxlarına qaranlıq qalan mətləbləri böyük ustalıqla “xırdalamasına” şahidlik edənlər üçün bu qənaətimiz təbiidir. Füzulinin poeziyada eləyə bildiklərinə Səttarın rəssamlıqda nail olması isə adi gözlə belə görünən həqiqətdir...

Səttar Bəhlulzadənin Füzuli ünvanlı əsərlərindən söz açanda ilk növbədə, demək lazımdır ki, Füzuli kimi böyük söz xiridarının şeirin predmetinə münasibəti təzadlı və çoxqatlı olduğu kimi, Səttarın da öz sələflərindən və müasirlərindən fərqli olaraq təbiətlə, Füzuli yaradıcılığı ilə ünsiyyəti, təması, ondan almaq, başqalarına göstərmək və vermək istəyi bir başqa bədii-estetik keyfiyyət idi. Bizcə, Səttar özünə şəriksiz həmdəm saydığı təbiət motivləri ilə onların öz “dilində” danışmağı bacardığı kimi, özünə mənəvi ata, əbədi ilham qaynağı saydığı Füzuli yaradıcılığındakı kədəri də dərindən duyub, bilavasitə misralarda hifz olunan çoxqatlı məzmuna müvafiq şəkildə onu bizlərə təqdim etməyə nail olub. Odur ki, Səttar da kədərin sözlə şəklini çəkən sələfi kimi, özü də təbiətə münasibətində olduğu kimi, şairin kədərini rənglərlə ifadə edə bilib. Ancaq bu kədər rənglərin axarında o dərəcədə süslənib ki, tamaşaçı onu həm duyğulandırıcı poetika, həm də fəlsəfi nümunə kimi qəbul edir. Elə Füzuli ünvanlı əsərləri yaradarkən əsasən “Leyli və Məcnun” poemasının başlıca məzmununa tapınmalı olan rəssamın çox tezliklə çəkdiyi təbiət lövhələrində nümayiş etdirdiyi lirik-poetik ovqatı sonradan nakam məhəbbəti gerçəkləşdirən hadisələrin davamlı şəkil aldığı fəlsəfi–psixoloji təqdimat və buna müvafiq bədii şərhlə əvəzləməsi də bunun nəticəsində baş tutub. Səttar Bəhlulzadə əsərlərindəki poetika fərdi yaşantılardan qaynaqlanan, nizama salınmış, ancaq çərçivəyə sığmayan bütöv bir estetik konsepsiyadır. Bu mənada onun nəticə etibarilə novatorluqla, orijinallıqla, milli ənənələrlə səsləşən bütövlüklə sonuclanması da təbii qəbul olunur. Buna doğru uzanan yol isə bütün mənalarda təzadlar burulğanından keçmişdi. Əslində taleyin hökmü ilə fizioloji təkliyə məhkum olunduğunu çox tez başa düşən və eyni zamanda, əsl missiyasını duyan rəssam özünün qurbanlıq olduğunu dərk etmişdi. Belə bir çox ağır psixoloji durumla onun sənət aləmində özünəməxsus zirvəni fəth etməsini də yalnız və yalnız qeyri-adi yaradıcılıq fədakarlığı, niyyətinin qəbul olunması kimi dəyərləndirmək olar. Səttarın təbiətə münasibəti, onunla ünsiyyəti sələflərindən və müasirlərindən o dərəcədə fərqli idi ki, yaradanın bu bənzərsiz “əsərindən” arzulanan ali bədii keyfiyyəti alan da yalnız onun özü oldu. Başqa sözlə desək, təbiət də onu duydu, onun səmimiyyətinə sonadək inandı və sayagəlməz sirrini ona açdı...

Ziyadxan Əliyev

Azərbaycan Respublikasının Əməkdar İncəsənət

Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

   

 

 




Baxış sayı: 1 838
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031