FACT-INFO.AZ » AKTUAL » 30 illik zəhmətimin bəhrəsi olan “Türk dillərinin tibbi terminoloji lüğəti”ni hazırlamaq qürurvericidir
25-05-2026, 21:00 | AKTUAL
30 illik zəhmətimin bəhrəsi olan “Türk dillərinin tibbi terminoloji lüğəti”ni hazırlamaq qürurvericidir

Tibb elminin ayrılmaz hissəsinə çevrilən, tibbi təcrübəni və elmi nailiyyətləri özündə ehtiva edən “Türk dillərinin tibbi terminoloji lüğətləri” adlı ikicildlik kitab bu yaxınlarda  təqdim olundu. Kitabın müəlliflərindən biri, Azərbaycan Tibb Universitetinin  professoru, AMEA-nın müxbir üzvü Nuru Bayramov həmin fundamental nəşrlə bağlı fikirlərini açıqlayıb:
 -Bu kitabın ərsəyə gəlməsinin təxminən 30 illik tarixi vardır. Biz 1994-cü ildə elmi-tədqiqat, həmçinin ixtisasartırma məqsədilə  Türkiyəyə getmişdik. Orada Azərbaycanı sevən Prof. Dr. Əli Özdən,  Prof.Dr. Yusif Bayraqdar, Prof.Dr Burhan Şahin  kimi müəllimlərimiz var idi. Onlar Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yaranmasında, birgə konfransların keçirilməsində çox çalışırdılar. Biz də gənc olaraq bu işdə əlimizdən gələni edirdik. Türkiyəli müəlimlərimiz bildirirdilər ki, siz müasir tibbi öyrənib Azərbaycana qayıtmalısınız, çünki orada bu müasir təbabətə  ehtiyac var, digər tərəfdən Türk Dövlətləri arasında əlaqələr çox genişlənəcək. Türkiyə ilə Orta Asiya arasında əlaqələrin yaradılmasında sizin üzərinizə  böyük iş düşür. Bu fikirlər bizim Türkiyədəki müəllimlərimizin tövsiyələri idi. Biz o zaman Orta Asiyadan gələn tibbi heyətlə   türkiyəli həkimlər arasında əlaqələrdə, tərcümə işində öz töhfəmizi verirdik. Azərbaycanla  Türkiyə arasında qastroenteroloji və cərrahi əlaqələrin inkişafında məhrum akademikimiz Böyükkişi Ağayevin böyük əməyi var idi.

-Nuru müəllim,  Türk xalqları arasında terminlər lüğətinin yaranması zərurəti haqqında nə deyə bilərsiniz?

-Mən  o zaman görürdüm ki, Orta Asiyadan gələn gənc həkimlərin türkiyəli həmkarları arasında dil məsələsində anlaşılmazlıq olur. Ona görə, yeni bir lüğətin, xüsusilə, türk dillərinin tibbi terminlər sözlüyünün hazırlaması ideyası haqqında düşünürdüm. Türkiyədəki  müəllimimiz  Yusif Bayraqdara bu barədə fikirlərimi çatdırdırdım. O, bu ideyanı alqışladı və “Haydı başlayarım” – dedi. Daha sonra “Türk xalqlarının qastroenteroloji terminlər” lüğətini hazırladıq. Onun hazırlanması asan olmadı. Mən həkimlərimizin köməyindən istifadə edərək  bu lüğəti hazırlayıb türkiyəli, qazaxıstanlı, özbəkistanlı, qırğızıstanlı həmkarlarıma göndərdim. Onlardan bu lüğəti öz dillərinə tərcümə etməyi xahiş etdim.

 -Belə nəşrləri hazırlayarkən  əlifba problemi yaranırdımı?

- O zaman Orta Asiyada kiril əlifbasından istifadə olunurdu. Bu da Türkiyədəki həkimlərlə Orta Asiyadakı həmkarlarımız arasında anlaşılmazlıq yaradacaqdı. Ona görə, biz bu, lüğəti ortaq əlifba yaradaraq  hazırlamağı  düşünürdük. Nəhayət ki, həmkarlarımız  həmin lüğətin əlyazmasını yazıb mənə göndərdilər. Həmin vaxt, 1995-ci ildə məndə komputer olduğuna  görə, bütün bu əlyazmaları kompüterdə ortaq əlifbada yazdıq. Azərbaycan, latın, qazax, özbək, türk, rus, ingilis dillərində  “Türk xalqlarının qastroenteroloji terminlər”  lüğətini hazırladıq. Bu çox sensasıyalı hadisə idi. Sonra Türkiyədəki bizim xocamız Yusif Bayraqdar dedi ki, bunlar azdır. Biz yenidən “Kardiovasküler sözlüyü” hazırladıq. 

2000-ci ildə mən  Azərbaycana gəlib fəaliyyətimi Tibb Universitetində davam etdirdim. Baxdım ki, müasir tibb təhsili ilə bağlı kitablar azdır.  Ona görə, bəzi dərsliklər yazdım. Lüğətlə məşğul olmağıma vaxt olmurdu.  Amma Yusif xoca beynəlxalq tədbirlərdə görüşən zaman mənə lüğət hazırlamağı dəfələrlə xatırladırdı. O, mənə: “Sən bu lüğəti hazırlamasan, bunu heç kim  hazırlamayacaq”- deyirdi.

-Çox fundamental kitab olan “Türk dillərinin tibbi terminoloji lüğəti”nin hazırlaması prosesi ilə bağlı nəyi qeyd edərdiniz?

-2008-ci ildə İlham İsmayılovun rəhbrlik etdiyi Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin dəstəyi ilə  Çoxdilli Anatomiya Terminləri Lüğətini nəşr edirdik. Bu lüğət Yusif Xocamı yenə qane etmədi. O, qeyd edirdi ki, bunlar azdır. Nəhayət ki, 2023-cü ildə  Beynəlxalq Türk Akademiyasına prezident  akademik Şahin Mustafayev seçildi. Yaxşı tanıdığım Şahin müəllim görüş zamanı türk xalqları ilə bağlı, əməkdaşlığı dərinləşdirən layihələr verməyimizi tövsiyə etdi. Mənim bu sahədə iki layihəm var idi. Onun biri bu, “Çox dilli lüğət, ikincisi, Ortaq cərrahiyyə dərsliyi”ni hazırlamaq idi. Şahin müəllim dedi ki, Ortaq cərrahiyyə gündəmdə olmaya bilər, amma lüğət aktualdır.  Bu məsələni Akademik Əhliman Əmiraslanova dedim və o bunun vacib olduğunu bildirdi.  Beləliklə biz bu lüğətin hazırlanmasına başladıq. Akademik Əhliman Əmiraslanovun öz həmkarları ilə birlikdə hazırladığı lüğətləri, Professor Çingiz Rəhimovun hazırladığı lüğətləri nəzərdən keçirdik. Beləliklə, 11 min sözdən ibarət Azərbaycan, rus, ingilis dillərində terminlər lüğətini hazırladıq. Artıq həmin sözlük digər türk dillərinə  tərcümə edilməli idi.  Xaricdə bu sahə ilə məşğul olacaq həkimləri aradıq. Artıq Orta Asiyadan olan həmkarlarımızın bəziləri dünyalarını dəyişmişdilər. Biz çox çətinliklə də olsa, Orta Asiyada yaşayan tibbi terminilərini tərcümə edəcək şəxsləri tapa bildik.  Bu işdə bizə layihənin koordinatoru, qazax kökənli, Türk dilini gözəl bilən Aynur Myemerova yaxından dəstək oldu. Tərcümə işi tam başa çatandan sonra lüğət hər bir ölkənin terminologoya komissiyalarına göndərildi. Çünki həmin qurumların rəyi, bu lüğətdəki sözlərin dəqiq tərcüməsi zəruri idi. Nəhayət kitab işıq üzü gördü. Bu kitab mənim 53-cü kitabımdır. 30 illik zəhmətimin bəhrəsi olan “Türk dillərinin tibbi terminoloji lüğəti”ni hazırlamaq qürurvericidir. Kitabda terminlər 11 dildə  ingilis və rus dilləri ilə yanaşı, 9 türk dilində- Azərbaycan, Başkırt, Qazax, Qaraqalpaq, Qırğız, Özbək, Tatar, Türk və Türkmən dillərində təqdim olunmuşdur. Terminlərin əsas bazası azərbaycanlı alimlərin (Nuru Bayramov, Əhliman Əmiraslanov və Çingiz Rəhimov) tərəfindən hazırlanmış, daha sonra digər türk dövlətlərindən olan mütəxəssislər tərəfindən öz dillərinə tərcümə olunaraq genişləndirilmişdir. -Bu kitabın digər Türk respublikalarında təqdimatı təşkil olunacaq?

-  Onu da qeyd edim ki, mayın 12-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında “Türk dillərinin tibbi terminoloji lüğətləri” adlı ikicildlik  bu nəşrin təqdimatı keçirildi. Bu barədə media geniş məlumatlar yazdı. Türkiyədəki Yusif xocamın və digər xarici həmkarlarımızın  kitabın işıq üzü görməsi haqqında məlumatları var. Mərhələrlə həmin türk dövlətlərində  təqdimatlar təşkil olunacaq.  Belə kitablar, layihələr türk dillərində ortaq terminoloji bazanın formalaşdırılması  gələcək elmi əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaradır. -Nuru müəllim,  belə tibbi və digər terminləri dilimizə tərcümə etməyə Azərbaycan dilinin və digər türk dillərinin potensialı imkan verirmi?

-Biz tarixə müraciət etsək görərik ki,  orta əsrlərdə bir çox regionlarda  həm rəsmi dövlət dili, həm də xalq dili olub.  Xalq bəzən o rəsmi dilləri anlamırdı. Bizim yaşadığımız coğrafiyada da belə hallar olub. Amma bizdə xalq dili çox zəngin olub. Xüsusilə şifahi xalq ədəbiyyatı, aşıq sənəti  dilimizin zənginləşməsinə, inkişafına çox böyük təsir göstərib. Aşıq sənətinin çox tanınmış simaları, klassiklərimiz, özəlliklə Aşıq Ələsgər  bir daha sübut etdilər ki, bizim dilimiz o qədər zəngindir ki,  əcnəbi dillərə müraciət etməyə, söz almağa ehtiyac yoxdur.  İstənilən terminlərin, əcnəbi sözlərin Azərbaycan dilində qarışığını tapmaq mümkündür. Belə terminlər kitabının çapı ana dilimizin və ümumilikdə türk xalqlarının dillərinin zənginliyindən xəbər verir.


Kitabı aşağıdakı link və QR-kod ilə görmək olar.

https://turkicacademy.org/izdaniya/kniga/turk-dillerinin-tip-terimleri-sozlugu-dictionary-medical-terms-turkic-languages

https://turkicacademy.org/izdaniya/kniga/turk-dillerinin-tip-terimleri-sozlugu-dictionary-medical-terms-turkic-languages-2siltvol

Fact-info.az



 

 


 





Baxış sayı: 620
Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir Dünən, 12:00 Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək Dünən, 11:30 Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib Dünən, 11:30 Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir 4-09-2026, 20:30 Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 4-09-2026, 20:00 Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib 4-09-2026, 18:30 Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək 4-09-2026, 18:00 Azerbaijan’s mine problem raised in Prague 4-09-2026, 17:30 Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı 4-09-2026, 15:30 ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb 4-09-2026, 09:30 "Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır" - Sahibə Qafarova 4-09-2026, 08:30 Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib 4-09-2026, 08:30 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 3-09-2026, 20:00 Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır 3-09-2026, 19:30 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib 3-09-2026, 16:30 Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb 3-09-2026, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi 3-09-2026, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb 3-09-2026, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir 3-09-2026, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub 3-09-2026, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib 3-09-2026, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər 3-09-2026, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb 2-09-2026, 21:00 Tibb sahəsində mühüm islahat 2-09-2026, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib 2-09-2026, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib 2-09-2026, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” 2-09-2026, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir 2-09-2026, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib 2-09-2026, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb 2-09-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930