Ukrayna Prezidenti Volodimir Zelenski ballistik raket hücumlarının qarşısını almaq üçün ABŞ-dən sahib olduğu “Patriot” ələ keçirici raketlərinin ən azı 5 faizini Ukraynaya satmağı xahiş edib.
Prezident bu barədə cümə axşamı yayımlanan müsahibəsində bildirib.
Son həftələrdə Ukraynanın paytaxtı Kiyev ballistik raketlərlə vurulub, nəticədə mülki şəxslər həlak olub və yaşayış binalarına ciddi ziyan dəyib. Avqustun 5-nə keçən gecə 17 nəfərin öldüyü hücum zamanı Ukrayna atlılan 28 ballistik raketin heç birini ələ keçirə bilməyib.
“Bu il Ukraynanın 2025-ci illə müqayisədə 2,5 dəfə az ələ keçirici raketi var”, — deyə Ukrayna prezidenti CNN-ə müsahibəsində bildirib.
“Bu il amerikalı tərəfdaşlarımızdan ehtiyatlarında olan ələ keçirici raketlərin 5 faizini bizə satmalarını xahiş edirəm. Əgər onlar bizə 5 faiz satsalar, qışı keçirəcək və insanların həyatını xilas edəcəyik”, — Volodimir Zelenski deyib. O, hazırda ABŞ-dən bu raketlərin cəmi 1 faizini aldıqlarını bildirib.
Kiyev Yaxın Şərqdəki münaqişənin tədarük imkanlarını azaltdığı vaxtdan “Patriot” ələ keçirici raketlərinin ciddi çatışmazlığı ilə üzləşdiyini açıqlayıb. ABŞ bu sistemlərə İranla apardığı müharibədə özü üçün ehtiyac duyur.
Yalnız ABŞ istehsalı “Patriot” kimi qabaqcıl sistemlər yüksək sürətlə və kəskin trayektoriya üzrə uçan ballistik raketləri məhv etməyə qadirdir.
Ukrayna ordusu iyul ayında Ukraynaya müxtəlif növ 450-dən çox raket, o cümlədən təxminən 200 ballistik raket atıldığını bildirib.
Baxış sayı: 90
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
