FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya yaradılıb
16-08-2026, 10:30 | MƏDƏNİYYƏT
Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya yaradılıb

Prezident Kitabxanasının Kolleksiyalar bölməsinin “Ədəbi irs” adlı alt bölməsində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş yeni virtual kolleksiya yaradılıb.

Bu barədə Fact-info.az-a Prezident Kitabxanasından məlumat verilib.

Bildirilib ki, virtual kolleksiyada Bəxtiyar Vahabzadənin şair, alim və dramaturq kimi fəaliyyətini əks etdirən çoxsaylı şeir kitabları, poemaları, teatr səhnəsində uğurla tamaşaya qoyulmuş pyesləri, eləcə də elmi-publisistik əsərləri və monoqrafiyaları toplanıb. Bu nəşrlər bütövlükdə görkəmli ədibin yaradıcılığının zənginliyini, ictimai münasibətləri və insanın daxili dünyasını ustalıqla əks etdirmək bacarığını nümayiş etdirir.

Tədqiqatçılar və geniş oxucu kütləsi üçün etibarlı informasiya resursu rolunu oynayan bu virtual kolleksiya Bəxtiyar Vahabzadənin bədii-fəlsəfi dünyasına dərindən bələd olmaq, eləcə də onun ədəbi-tarixi irsini rəqəmsal mühitdə yaşatmaq məqsədi daşıyır.

Qeyd edək ki, Bəxtiyar Vahabzadə Azərbaycan poeziyasında vətəndaşlıq mövqeyinin güclənməsi və fəlsəfi lirikanın inkişafı baxımından müstəsna xidmətləri olan qüdrətli söz ustasıdır. Onun insan və zaman, mənəvi dəyərlər, milli kimlik və ictimai məsuliyyət məsələlərini əhatə edən bədii irsi, xüsusilə azərbaycançılıq məfkurəsi milli özünüdərk prosesində müstəsna rol oynayır. Ana dilimizin saflığının qorunmasına mühüm töhfələr verən, “Gülüstan” və “Şəhidlər” kimi poemalarında xalqın taleyini bədii ümumiləşdirmə səviyyəsində əks etdirən ədib milli ədəbi-ictimai təfəkkürün inkişaf tarixində dərin iz qoymuşdur.

Bəxtiyar Vahabzadənin əsərləri yarandığı dövrdən etibarən bir çox xarici dillərə tərcümə edilərək geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır. Yalnız şair və dramaturq kimi deyil, akademik, Milli Məclisin deputatı və aktiv ictimai xadim kimi də fəaliyyət göstərən B.Vahabzadənin çoxşaxəli yaradıcılığı müasir Azərbaycan ədəbiyyatının inkişafında mühüm mərhələ təşkil edərək milli-mədəni yaddaşın formalaşmasında əhəmiyyətli rol oynamışdır.




Baxış sayı: 120
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30