Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış müdafiə müqaviləsi Pakistanın Cənubi Asiyada təhlükəsizlik və sabitliyin təmin olunmasında mühüm rol oynadığını bir daha nümayiş etdirir.
Fact-info.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasim Mohiuddin Pakistanın Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.
Diplomat bildirib ki, hazırda regionda davam edən gərginliklər fonunda Pakistan mühüm rolunu yenidən nümayiş etdirib.
“Bizim köməyimiz və məsləhətlərimiz sayəsində müharibənin qarşısı müəyyən qədər alındı. Biz hələ də sülh yolu ilə həll variantının tapılmasına çalışırıq”, – deyə Qasim Mohiuddin qeyd edib.
O vurğulayıb ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında bağlanan müdafiə müqaviləsi də regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Səfirin sözlərinə görə, bu əməkdaşlıq Pakistanın Cənubi Asiyada təhlükəsizlik və sabitlik zəmanətçisi kimi rolunu daha da gücləndirir.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
