Milli Kitabxanada “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib.
Kitabxanadan Fact-info.az-a bildirilib ki, məlumat bazasında böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında ölkə başçısının Sərəncamı, “Əfzələddin Xaqani Şirvani”, “Tarixləşən ömür”, “Şair haqqında nəşrlər”, “Yaradıcılıq nümunələri”, “Xaqani yaradıcılığı və ədəbi irsi”, “Şirvani irsi dünya universitet kitabxanalarında”, “Xaqani Şirvani haqqında fikirlər”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Xaqani rəsmlərdə” və “Videoqalereya” bölmələri yer alıb.
Elektron məlumat bazasında Xaqani Şirvaninin müxtəlif illərdə nəşr olunmuş əsərləri və onların tam mətnli elektron versiyaları, şair haqqında yazılmış monoqrafiyalar, elmi məqalələr, dissertasiyalar, dövri mətbuat materialları, foto və videomateriallar sistemli şəkildə toplanıb.
Məlumat bazası geniş oxucu auditoriyası, tədqiqatçılar, müəllimlər, tələbələr və Xaqani Şirvaninin zəngin irsi ilə maraqlanan hər kəs üçün etibarlı informasiya mənbəyi olmaqla yanaşı, klassik Azərbaycan ədəbi irsinin təbliği və öyrənilməsinə mühüm töhfə verir.
Baxış sayı: 115
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
