FACT-INFO.AZ » CƏMİYYƏT » Ailə arxivləri miqrasiya və demoqrafik proseslərin öyrənilməsi baxımından mühüm mənbədir
13-08-2026, 21:00 | CƏMİYYƏT
Ailə arxivləri miqrasiya və demoqrafik proseslərin öyrənilməsi baxımından mühüm mənbədir

Ailə arxivlərinin qorunub saxlanılması yalnız keçmiş nəsillər haqqında məlumatların gələcəyə ötürülməsi baxımından deyil, həm də rəsmi mənbələrdə əks olunmayan sosial-tarixi faktların mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri Fact-info.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Boran Əziz bildirib.

B.Əziz qeyd edib ki, ailələrdə toplanan sənədlər və şəxsi materiallar cəmiyyətdə baş verən dəyişikliklərin daha dolğun mənzərəsini yaratmağa imkan verir. Ailə arxivlərinin araşdırılması zamanı əhalinin məskunlaşma yerləri, miqrasiya marşrutları və köçlərin səbəbləri barədə dəqiq məlumatlar üzə çıxır. Ulu babaların doğulduğu mahallar, kəndlər və tayfa mənsubiyyəti haqqında qeydlər həmin dövrün sosial mənzərəsi barədə əlavə təsəvvür yaradır.

Mütəxəssisin sözlərinə görə, bu sənədlər konkret tarixi hadisələrin öyrənilməsi baxımından da xüsusi dəyərə malikdir. Bəzi ailə arxivlərində Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qafqaz İslam Ordusunun tərkibində Bakı yürüşündə iştirak etmiş şəxslərə aid materiallar, eləcə də müharibə iştirakçılarının məktubları və mükafatları qorunur. Xüsusilə 1920–1930-cu illərdəki mürəkkəb siyasi şəraitdə bu cür sənədlərin saxlanılaraq nəsildən-nəslə ötürülməsi onların elmi və tarixi əhəmiyyətini daha da artırır.

Ailə şəcərələrinin sistemli şəkildə formalaşdırılmasının vacibliyinə toxunan tarixçi bildirib ki, nəsil ağacının hazırlanması və hər yeni nəsil tərəfindən tamamlanması demoqrafik dəyişiklikləri izləməyə imkan verir. Ailə qollarının davamlılığının və ya kəsilməsinin müşahidə olunması doğum səviyyəsinin azalmasının nəsillərin gələcəyinə təsirini əyani şəkildə göstərir.

B.Əziz vurğulayıb ki, ailə tarixinin ardıcıl şəkildə qorunması təkcə fərdi məsələ deyil, həm də dövlət əhəmiyyətli mövzudur. Bu yanaşma gələcəkdə miqrasiya, məskunlaşma və demoqrafik proseslərin daha geniş miqyasda öyrənilməsinə şərait yaradır.




Baxış sayı: 180
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30